25/10/2020 18:11
728 x 90

Gələn ildən övladlığa uşaq götürənlərə müavinətlər verilə bilər

img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığa götürülmə ilə bağlı hazırlanan təkliflər qəbul olunarsa, onlar 2021-ci ilin yanvar ayından qüvvəyə minəcək və geriyə şamil olunmayacaq. “Trend”in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığa götürmə ilə bağlı stimulılaşdırma stimulılaşdırma proqramı tərtib edilib. Bu proqrama əsasən, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə 480 manat aylıq müavinətin ödənilməsini təklif edilib: “Sağlamlıq imkanları məhdud uşaqların indiyədək övladlığa götürülməsi praktikası olmayıb. Buna görə də belə uşaqları uşaqları övladlığa götürən şəxslərə müavinətin ödənilməsini təklif edilib. Amma bu, hələ layihədir. Bunun üçün “Sosial müavinətlər haqqında” qanuna dəyişikliklərin edilməsi təklif olunub”.

C.Şahmalıyev qeyd edib ki, çox zaman 3 yaşdan yuxarı uşaqlar övladlığa götürülmür. Buna görə də 3 yaşdan yuxcarı uşaqların bir qismi müəssisələrdə qalır. Ona görə də belə uşaqları övladlığa götürən şəxslərə 160 manat aylıq müavinətin ödənilməsi təklif edilib.

Agentlik rəsmisi bu uşaqların təhsil, səhiyyə xərclərinin dövlət tərəfindən qarşılanmasının təklif edildiyini də açıqlayıb.

Son xəbərlər