27/10/2020 22:55
728 x 90

AMEA-nın saytının baş redaktoru istefa verdi

img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının (http://science.gov.az/) Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb.

Report xəbər verir ki, N.Qəhrəmanova yeni işə başlaması ilə əlaqədar olaraq qeyd olunan vəzifələrindən öz ərizəsi ilə çıxıb.

Belə ki, o, AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Qəhrəmanova 11 ildir science.az-da çalışırdı.

Qeyd edək ki, son vaxtlar akademiyanın saytı AMEA-nın prezidenti Ramiz Mehdiyevin yazıları ilə populyarlaşmışdı.

Son xəbərlər