01/11/2020 02:47
728 x 90

Qarabağ şəhid ailələrinə və müharibə veteranlarına dəstək davam edir – 14 şəhid ailəsi və veteran…

Fatimə Hacıbəyli: “Prezidentin Azərbaycan vətəndaşına verdiyi dəyərin daha bir göstəricisidir”

img

Dövlət şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılmasına xüsusi önəm verir. Onların pensiya və müavinətləri mütəmadi artırılır, minik avtomobili ilə təmin edilir, mənzillə təminatları unudulmur.

Bu günlərdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naftalanda 6, Ağstafa rayonunda 6, Lerik rayonunda isə 2 yeni inşa edilmiş fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Qeyd edək ki, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır. Qalan evlər də ilin sonunadək veriləcək.

Ümumilikdə, ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8186 mənzil və fərdi ev təqdim edilib.

Danılmaz faktdır ki, ölkəmizdə şəhid ailəsi və Qarabağ müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir.

  • “Şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları dövlətin daim diqqətindədir”

“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, ölkə Prezidentinin tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi evin, 400 avtomobilin verilməsi nəzərdə tutulub. Həmsöhbətimizin sözlərinə görə, şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb: “Ümumən, ötən dövrdə bu təqaüdün məbləği 3 dəfə artırılıb. Şəhid vərəsələrinə birdəfəlik ödəmə, yəni 11 min manatın ödənməsi proqramı artıq 100 faizə yaxın icra olunub. Danılmaz faktdır ki, ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb, onların problemləri ilə maraqlanıb, firavanlığının qeydinə qalıblar. Bir çox mənzilin, avtomobilin açarlarını şəhid ailələrinə Prezident İlham Əliyevin şəxsən təqdim etməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, xalq tərəfindən yüksək dəyərləndirilir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan dövlətinin ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan, yaralanan, zərər çəkən insanların sosial müdafiəsi istiqamətində bütün resurslarından istifadə etməsi hər il artan xətt üzrə inkişaf edir. Bu da ölkə Prezidentinin Azərbaycan vətəndaşına verdiyi dəyərin daha bir göstəricisidir.

Günel CƏLİLOVA

Son xəbərlər