Cümə günü, 13 noyabr 2026
     

Gilənar şəkli yanında əlifbamızın “V” hərfi, yəni “vişnya”- bizdə məktəb şagirdləri üçün belə dərsliklər yazanlar da var... Ördəyin “ikinci ərə” getməsindən sonra yeni “nümunə”...

Image


Dərslik siyasəti ölkəmizin strateji əhəmiyyətə malik olan istiqamətlərindən biri olsa da və bu prosesin peşəkarlar, mütəxəssislər tərəfindən həyata keçirilməsi vacib sayılsa da, təəssüflər olsun ki, son zamanlar bu sahədə qeyri-peşəkarları daha çox görmək mümkündür.

Aidiyyəti qurumlar tərəfindən dərsliklərin hazırlanması prosesinin başlı-başına buraxılması, yaxud hansısa nəşriyyatlara etibar edilməsi böyük fəsadlara yol açır. Ağrılı da olsa deməliyik ki, dərsliklərimizdəki problemlər, sadəcə, texniki qüsurlar deyil, burada elə ciddi ideoloji səhvlər olur ki, onu sonradan düzəltmək mümkünsüz bir işə çevrilir. Çox təəssüf ki, dərslik sahəsi peşəkarların meydanına çevrilməli olduğu halda, qeyri-peşəkarların təcrübə laboratoriyasına çevrilir. Buna yüzlərlə fakt gətirmək olar.

Uşaq ədəbiyyatı, uşaqlar üçün dərsliklərin hazırlanması o qədər həssaslıq tələb edir ki, burada uşaq psixikasını zədələyən hər hansı bir nüansa yol vermək olmaz. Yadınızdadırsa, özünü “uşaq şairəsi” adlandıran Aygün Bal adlı birisinin “Qaz ilə göyərçinin əhvalatı” adlı bir kitabı da ciddi tənqid edildi. Uşaqlara eşq macərasının, yüngül həyatın təbliğ edildiyi qeyri-əxlaqi kitab cəmiyyətimizdə çox pis qarşılandı. Uşaqların psixologiyasına zidd olan kitablar, ümumiyyətlə, yığışdırılmalıdır. Qazla göyərçinin eşq macərasını yazmaq, bunu təbliğ etmək böyük mənəvi cinayətdir…

Dərsliklərlə bağlı probemlər bitib tükənmir. Neçə gündür sosial şəbəkələrdə “Əlifba” dərsliyinin müzakirəsi gedir. Söhbət ondan gedir ki, “Əlifba”nı tərtib edənlər “V” hərfinə nümunə söz kimi hərfin yanında dilimizdə albalı adlandırılan “vişnə” şəkli qoyublar. Yəni “V-vişnə”. Halbuki, “V” hərfinin yanına vələmir bitkisini də çəkmək olardı. Həm uşaqlarımız qədim dənli bitki ilə tanış olar, həm də onun faydasını öyrənərdilər.

“Əlifba” dərsliyindəki bu nümunə sosial şəbəkələrdən istifadə edən mütəxəssislər, pedaqoqlar tərəfindən ciddi tənqid edilir. Nəinki bu məsələ, eləcə də dərsliklərimizdəki digər qabarıq qüsurlar da kəskin tənqidə məruz qalıb.

  • Əpoş Vəliyev: “Dərslikdən səhv tapan şagirdin həmin dərslikdən bilik öyrənməyə inamı qalmır”

Filologiya elmləri üzrə fəlsəfə doktoru, fəal ictimaiyyətçi Əpoş Vəliyev “Bakı-Xəbər”ə bildirdi ki, bütün bunların başvermə səbəbi dərsliklərin hazırlanmasında qeyri-peşəkarlara meydan verilməsidir. “Hər il növbəti tədris ili başlayarkən dərsliklərlə bağlı müzakirələr də başlayır. Şagirdlərin yaxşı oxuması, biliklərə yiyələnməsi, məktəbi sevməsi üçün dərsliyin mükəmməl olması vacib şərtlərdən biridir. Məktəbdə oxuduğum dövrlə indiki dövrü müqayisə etdikdə dərsliklərin günü-gündən daha da çox qüsurla yazılmasının şahidi oluram. Bu qüsurları Təhsil Nazirliyi və dərslik müəllifləri çox zaman texniki qüsur adı ilə ört-basdır etməyə çalışsalar da, mümkün olmur, müzakirələr mübahisələrə çevrilir, cəmiyyət dərsliklərin mükəmməl şəkildə peşəkarlar tərəfindən yazılmasını tələb edir. Amma görünən odur ki, Təhsil Nazirliyi cəmiyyətin tələbinə hələ də məhəl qoymur, öz bildiyini edir. Əks halda, birinci sinif şagirdi hərf öyrənərkən dərslikdə səhv tapmazdı.

Bir neçə gündür birinci sinif şagirdinin “V” hərfi ilə bağlı səhv tapması cəmiyyətdə müzakirə edilir. Dərsliyi vərəqləyəndə aydın olur ki, “V” hərfi ilə bağlı şəkilli nümunə verilib. Həmin şəkil isə albalı adlı meyvənin şəklidir. Amma dərsliyi yazan müəllif “V” hərfi ilə başlayan söz kimi rus sözü olan “vişnə” sözünü nümunə kimi verib. Belə kobud səhvlər şagirdlərin məktəbə, dərsə həvəsini itirir. Dərslikdən səhv tapan şagirdin həmin dərslikdən bilik öyrənməyə inamı qalmır”.

Ə.Vəliyev qeyd etdi ki, ötən illərdə “Böyük Ermənistan” xəritəsinin səhvən orta məktəb dərsliyinə salınması da cəmiyyətdə qəzəb doğurdu. “Bu məsələ günlərlə müzakirə edildi, amma heç kimə bu kobud səhvə görə cəza verilmədi. Daha sonra ibtidai sinif dərsliyində yol hərəkəti ilə bağlı mövzuda kobud səhvlə qarşılaşdıq. Həmin səhv şagirdlərin həyatı bahasına başa gələcəkdi. Çünki şagirdlərə yolu keçərkən “öncə sola, yolun ortasından sonra sağa baxması” öyrədilməli olduğu halda, “öncə sağa, yolun ortasından sonra isə sola baxmaq” öyrədilirdi. Bu qaydalara əməl edən şagirdin maşın qəzası keçirməsi qaçılmaz idi. Belə kobud səhvlər dərsliklərdə çoxdur və tezliklə aradan qaldırılmalıdır. Dərsliklər peşəkarlar tərəfindən yazılmalıdır. Dərslik yazılarkən psixoloq, pedaqoqlarla məsləhətləşmələr aparılmalı, şagirdlərin yaşı, psixoloji durumu nəzərə alınmalıdır. Yazıldıqdan sonra dərsliklər mütləq redaktə olunmalı, ciddi şəkildə yoxlanılmalıdır. Yalnız bundan sonra dərsliklər məktəbə göndərilməli, şagirdlərə verilməlidir. Təhsilin effektli olması, şagirdlərin biliklərə yiyələnə bilməsi üçün orta məktəb dərslikləri mükəmməl, qüsursuz olmalıdır” - deyə müsahibimiz vurğuladı.

  • Səadət Şıxıyeva: “Son illər tədrisdə anlaya bilmədiyim bir məqam da dərsliklərin çoxvariantlı olmasıdır”

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva da “Bakı-Xəbər”ə bildirdi ki, bu problem çox aktualdır və hər bir Azərbaycan vətəndaşını narahat edən və ya narahat etməli olan bir məsələdir. “Əslində, dərslik məsələsi qısa bir müddət içində həlli mümkün məsələ deyil. Bunun mexanizmi və nəzarət sistemini yenidən işləməlidirlər. Çünki hazırda bu sahə ilə bağlı müşahidə etdiklərimiz nəzarətin yetəri şəkildə olmadığı təsəvvürünü yaradır. Dərsliklərin tərtibi və hansının ölkə üzrə mühüm dərs vəsaiti sayılması məsələsinə yenidən baxılmalıdır. Mən bütün dərs vəsaitləri deyil, yalnız son illərdə diqqət mərkəzində saxladığım ədəbiyyat dərsliklərinin vəziyyətindən ümumi danışmaq istəyirəm. Bu dərsliklərdə mətn seçimi, onların uşaq psixologiyasına uyğunluğu, gələcəyin tələbəsi və ümumiyyətlə, vətəndaşı üçün əhəmiyyət dərəcəsi nəzərə alınmalıdır. Bu çox mühüm şərtdir. Bəzi mətnləri yazmada müəllifin məqsədi və həmin mətni seçib dərsliyə daxil etmədə tərtibçinin məqsədi nədir, bilinmir… Konkret bir nümunəni xatırladım. 5-ci sinif  “Ədəbiyyat” dərsliyində Ələmdar Quluzadənin “Alim və quldur” adlı bir hekayəsi yer alır. Mən anlamadım ki, bu hekayənin qəhrəmanı uşağa hansı hərəkəti ilə örnək olacaq... Əsərin qəhrəmanı orta çağ dünya ədəbiyyatında ortaq və ənənəvi olan bir kələkbazı xatırladır və onun alim obrazı barədə yaradılan təsəvvür də yanlışdır.

Ümumiyyətlə, dərsliklərdə seçilən mətnlərdə məqsəd və ideya aydınlığı olmalı, uşağın sevərək oxuyub öyrənə biləcəyi mətnlərə üstünlük verilməlidir.

Son illər tədrisdə anlaya bilmədiyim bir məqam da dərsliklərin çoxvariantlı olmasıdır. Hazırda biz bir qrup tədqiqatçı və müəllim eyni sinifdə tədris olunan dörd “Ədəbiyyat” dərsliyinin geniş müzakirəsinə hazırlaşırıq. Açığı, bu şəkildə çoxvariantlılığın təhsil və tədrisə yardım edəcəyinə şübhəm var. Bu kimi geniş imkanlar yaradılması təsadüfi adamların da bu ciddi sahəyə yol almasına şərait yaradır. Əslində, dövlətin tədris proqramında dərsliyin bir, yardımçı dərs vəsaitlərinin isə çox olması doğru olar”.

S.Şıxıyeva qeyd edir ki, haqqında bəhs edilən nöqsanlı dərsliklərin yaranmasının ən ciddi səbəblərindən biri də bu sahədə mövcud olan pərakəndəlikdir. “Zənnimcə, dərs üçün müəyyənləşdirilən materiallarda iki müəllifin olması vacibdir: bunlardan biri həmin sahə üzrə tanınmış, imzası təsdiqini tapmış alim, digəri orta məktəb müəllimi olmalıdır və beləliklə də nəzəriyyə ilə təcrübə əlaqələndirilə bilər. Eləcə də rəyçinin biri mütləq uşaq psixologiyası üzə mütəxəssis olmalıdır. Hər yaşın öz qavrayışı, öz baxış bucağı var. Uşaq gələcək həyata böyüklərin dilində danışaraq hazırlana bilməz. Onlara həyati həqiqətlər öz anlayışına yaxın biçimdə aşılanmalıdır. Bunun üçün isə bədii mətnlərin seçimi və təqdiminə nəzarət gücləndirilməlidir. Bunun üçün dərsliklərin müzakirəsi və rəyləşdirilməsi formal səciyyəli olmamalıdır. İnsanlar əməkləri müqabilində maaş almadıqca, bu işlərin yüksək səviyyəli təşkili də mümkün olmayacaq. Müəllif, redaktor kimi, rəyçinin də əməyi dəyərləndirilməlidir, nəticədə onların da məsuliyyəti artmış olar. Sonda bu  məsələyə də toxunmaq istərdim ki, hamı rus məktəblərinə marağın artmasından narahatdır. Bu problemi həll etmənin, zənnimcə, iki yolu var: Azərbaycan bölmələrində tədrisin səviyyəsinin yüksəldilməsi (bunun yolu isə dərsliklərin keyfiyyətinin yüksəldilməsindən keçir), digəri ölkə üzrə işə qəbul qaydalarında ana dilinə mükəmməl bələdlik tələbinin qoyulması” - deyə müsahibimiz vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ