22/10/2020 13:45
728 x 90

"SuperToys" mağazalarında mentalitetimizə zidd gəlinciklər - baş qız, bədən oğlan…

Könül İsmayılova: “Bu tip oyuncaqlar çaşbaşlıq yaratmaqla yanaşı, uşağın gələcəyi üçün ciddi cinsəl problemlər yaşada bilər”

img

Bakıda oyuncaq mağazalarının birində daha bir "trans gəlincik" qalmaqalı baş verib. Paytaxtda məşhur oyuncaq mağazalar şəbəkəsi olan "SuperToys"da "trans gəlincik" satışa çıxarılıb. Belə ki, oyuncağın başı qız, bədəni isə oğlandır. Maraqlısı ondadır ki, sözügedən gəlinciklər mağazada ən çox alınan oyuncaqlar sırasındadır.

Valideynlər diqqət yetirməyərək həmin oyuncaqları alırlar. Hətta bu barədə valideynlərdən biri mağazanın sosial şəbəkədəki səhifəsində paylaşıma "bu oyuncaqların satışını dayandırmalısınız" yazıb.

Xatırladaq ki, bu hal Bakıda ilk dəfə baş vermir. Bu məsələlərə münasibət bildirən psixoloqlar deyirlər ki, belə gəlinciklər 3 yaşdan böyük uşaqlara alınır.

  • ...bu, körpə psixikasına mənfi təsir göstərir”

Psixoloq Könül İsmayılova bildirdi ki, bu tip oyuncaqlar çaşbaşlıq yaratmaqla yanaşı, uşağın gələcəyi üçün ciddi cinsəl problemlər yaşada bilər: “Valideynlər oyuncaq alarkən maksimum diqqətli olsunlar”.

Həmsöhbətimizin sözlərinə görə, xaricdə uşaqlara cinsi inkişaf və tərbiyə haqqında üsullar hər yaşa uyğun öyrədilir: "Məktəbəqədər yaşlı uşaqlarda artıq 3 yaşdan sonra öz cinsinə və əks cinsə maraq oyanmağa başlayır. Bu həm özünü identifikasiya, həm də ətraf mühitlə tanışlıqdır. Belə gəlinciklər uşaqlarda yanlış məlumat yaradır və bu, körpə psixikasına mənfi təsir göstərir. Bunlar hamısı milli şüur üzərində təsir ola biər. Məncə, müvafiq qurumlara bu haqda şikayət edilməlidir".

Günel CƏLİLOVA

Son xəbərlər