Cümə günü, 13 noyabr 2026
     

Vətəndaş məsuliyyətini başlı-başına buraxanda – bir vaxtlar koronaya qarşı ən qabaqcıl sayılan Şəki pandemiyanın yeni dalğasında...

Image


Respublikamızda karantin rejimi yumşaldıldıqdan sonra yoluxma hallarının azalması müşahidə edilmədi. Hətta bu onunla nəticələndi ki, bəzi rayonlarda karantinə kütləvi yoluxma halları baş verdi.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 5 avqust tarixində xüsusi karantin rejimi tətbiq edilən rayon və şəhərlər siyahısından Şəki şəhəri çıxarıldıqdan sonra bu günlərdə orada koronavirusa kütləvi yoluxma qeydə alınıb. Belə ki, Şəkidə “Bazar” adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı baş verib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mətbuata verilən məlumata görə, həmin ərazidə 01.09.2020 tarixindən bu günə qədər götürülən test nümunələrinin 13-də koronovirus testi pozitiv olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır: "Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əksepidemik işlər aparılır.

Mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işlərinin aparılması məqsədilə Operativ Qərargah tərəfindən bazarın müvəqqəti bağlanması qərarı verilib".

Qeyd etdiyimiz kimi, Şəki avqustun 5-də karantindən çıxarılan ilk rayonlardan olub və qısa vaxt keçdikdən sonra vətəndaş məsuliyyətsizliyi yenidən virusu alovlandırıb.

  • Fərrux Sədirov: “Məsələyə hansı tərəfdən baxırsız baxın, burada söhbət vətəndaşın məsuliyyətsizliyindən...”

İnfeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Fərrux Sədirov “Bakı-Xəbər”ə bildirdi ki, Şəkidə yoluxmanın bu şəkildə artmasının səbəbi vətəndaşlar arasında virusla bağlı arxayınçılığın yaranmasıdır. F.Sədirov hesab edir ki, bəzi vətəndaşlar karantin yumşalmalarını “artıq virusa yoluxma təhlükəsi yoxdur” kimi qəbul etməyə başlayıb və bu da onlarda arxayınçılıq yaradıb. “Məsələyə hansı tərəfdən baxırsız baxın, burada söhbət vətəndaşın məsuliyyətsizliyindən deyil, duruma alışqanlıq məsələsindən gedir. Aylardır davam edən COVID-19 pandemiyasını nəinki Azərbaycanda, bütövlükdə, dünyada insanlar adi hal olaraq qarşılamağa başlayır. İnsanlarda belə təəssürat yaranır ki, sərt karantin rejimi götürülübsə, müəyyən sosial məkanlar, ictimai iaşə obyektləri açılıbsa, demək, artıq pandemiya bitib, koronavirus yox oldu, xəstəlik yoxdur. Bu kimi düşüncələr, qeyri-ixtiyari olaraq, insanlara rahatlıq gətirir. İnsanlarda yaranan arxayınçılığın nəticələrini də yoluxmaların sayının artmasında görə bilirik. Nəzarətə gəlincə, Azərbaycanda qlobal nəzarət mexanizmi həyata keçirilir. Amma hər bir insanın başının üstündə nəzarətçi qoymaq da mümkün deyil, bu imkansız bir şeydir və dünyanın heç bir yerində bunun tətbiq edilməsi mümkünsüzdür. İnsanlarımızın daha çox maariflənməsinə və məsələni ciddiyə almasına ehtiyac var”.

Əvvəlki pandemiya dövrü ilə müqayisədə hazırda vətəndaşlarımızın daha məsuliyyətli olmağa başladığını deyən F.Sədirovun sözlərinə görə, insanlar artıq maska taxmaq, sosial məsafə və qaydaları gözləməkdə daha həssasdırlar. “Ancaq bu hələ yetərli deyil, bunu daha da gücləndirmək lazımdır”.

  • Ayaz Hüseynov: “Şəkidə də virusa yoluxma halının kütləviləşməsi birbaşa vətəndaş məsuliyyətinin zəif olması ilə bağlı məsələdir”

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bizimlə söhbətində bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVID-19 virusunun bütün dünyaya yayılması ilə əlaqədar pandemiya elan edildi. O qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vəziyyəti öz nəzarəti altına götürdü və hər bir vətəndaşın sağlamlığını hər şeydən üstün tutaraq, ölkədə müvafiq karantin tədbirlərinin görülməsinə göstəriş verdi. “Belə ki, Operativ Qərargahın elan etdiyi ilk sərtləşdirilmiş karantin rejimi öz töhfəsini verib. Lakin cəmiyyətdə bu virusa inamsızlıq var idi və bir çox insan məsələnin süni şəkildə şişirdilmiş olduğunu qeyd edirdi.

Bu düşüncələr zəminində insanlar maska taxmadı, məsafə saxlamadı və yoluxma yenidən artaraq karantin qaydaları sərtləşdi. Hazırda Operativ Qərargahın çoxsaylı yumşalma qərarlarını müşahidə edirik. Məhz bu dönəmdə vətəndaşlarımızın məsuliyyətli olması çox vacib məsələdir. Belə ki, həm payız aylarına doğru digər respirator xəstəliklərin çoxalması və onların COVID-19 virusu ilə bərabər daha da təhlükəli olması aydın məsələdir. Bununla bağlı vərəndaşların daha da məsuliyyətli olması və məsələnin nə qədər ciddi olmasını anlaması çox vacibdir. Unutmayaq ki, bu, ümummilli məsələdir və belə ağır dönəmdə cəmiyyət və dövlət tamlığı ilə bir olmalı və qoyulan qaydalara yekdilliklə əməl edilməlidir. Əks halda, biz sərt karantin rejiminə geri qayıtma risqi ilə üz-üzə qalacağıq. Dünyada COVID-19 infeksiyasına qarşı peyvənd icad edilənə qədər saydığımız sadə qaydalara: 1. maskadan istifadə, 2. sosial məsafə, 3. şəxsi gigiyena, 4. ətraf mühitin qorunmasına əməl etməklə, tez bir zamanda yoluxma sayını minimuma endirərək, əvvəlki həyat tempində yaşaya biləcəyik”.

A.Hüseynovun vurğuladığına görə, dünya ölkələrinə nəzər salsaq, hazırda COVID19 virusunun artma dinamikasını müşahidə edə bilərik. “Müşahidələrimizə gorə, Azərbaycanda çox olmasa da,  amma hələ də qoyulan sadə qaydalara cəmiyyət içində əməl etməyənlər var. Yuxarıda deyilənləri nəzərə alaraq, bir daha təkrarlamaq istərdim ki, birlik nümayiş etdirilməlidir. Dövlətin qoyduğu qaydalara şərtsiz əməl edilməli və yalnız bundan sonra yoluxma sayı minimuma endikdə, normal həyata tam olaraq qayıda biləcəyik”.

Şəkildə yoluxma hallarının kütləvi hal almasınının səbəblərini şərh edən A.Hüseynovun fikrincə, virusla mübarizə ümummilli məsələdir və burada hər bir vətəndaşın payı olmalıdır. “Hər bir Azərbaycan vətəndaşının borcudur ki, bu məsələdə məsuliyyətli olsun, həm özünü, həm də digər vətəndaşımızı qorusun. Burada sadə qaydalara əməl edilsəydi, biz yoluxma sayının bu şəkildə artdığını müşahidə etməyəcəkdik. Xüsusən də üzü soyuq aylara gedirik və məsuliyyət daha da artırılmalıdır. Ona görə də hər bir vətəndaşımızı bir daha dövlətin qoyduğu qaydalara əməl etməyə çağırıram. Bu məsələ cərimə ilə həll olunmur, gərək burada vətəndaşın mənəvi məsuliyyəti də olsun. Ən əsas da indi valideynlər uşaqlarına daha çox diqqət etsinlər, çünki uşaqlar daşıyıcı kimi virusu gətirib ailə üzvlərinə yoluxdura bilərlər. Şəkidə də virusa yoluxma halının kütləviləşməsi birbaşa vətəndaş məsuliyyətinin zəif olması ilə bağlı məsələdir. Burada insanlar məsuliyyət göstərib həm özlərini, həm ailə üzvlərini, həm də digər insanları qorumalıdırlar. Sadə qaydalara əməl edilsə, inanıram ki, çox qısa vaxta biz yoluxma sayını aşağı sala biləcəyik. Peyvənd tapılana qədər hər bir vətəndaş bu virusla yaşama tərzini bilməlidir. Çünki, əks halda, yenidən sərt karantin rejimi gerçəkləşdirilə bilər. Bunun baş verməməsində isə vətəndaş məsuliyyəti əsas rol oynayır” - deyə A.Hüseynov vurğuladı.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ