24/10/2020 17:58
728 x 90

Ədliyyəmizin Baş İcra İdarəsinin icraatında olan 700 mindən artıq işin yarısı vətəndaşların kredit borcları ilə bağlıdır - çıxış yolları…

Feyzulla Mehdiyev: “Məhkəmədə mülki işlərin 50 faizindən çoxunu bank məsələləri, kredit borcları təşkil edir”

img

“İcra işlərinin böyük əksəriyyəti, təxminən 50 faizə qədəri kredit borclarına dair məsələləri əhatə edir”. Bunu məhkəmə qərarlarının icrası işinin təşkilinə həsr olunan ictimai müzakirədə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Kredit borcları şöbəsinin rəis əvəzi Emin Veysov bildirib.

Onun sözlərinə görə, icra məmurları icra qanununa uyğun olaraq, həmin işlərin təmin olunması, həyata keçirilməsi işi ilə məşğul olurlar: “Bu məsələdə səmərəliliyin artırılması, operativliyin təmin olunması işləri ilə məşğuluq. Bəzi işlər var ki, onların həlli istiqamətində tədbirlər planı hazırlanır. Dövlət başçısının fərmanına uyğun olaraq, problemli kreditlərin restrukturizasiyası ilə bağlı görülən işlərə gəldikdə isə, təxminən 100 minə yaxın işə xitam verilib və bu proses davam edir”.

Xatırladaq ki, dövlət başçısının 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə yeni kommersiya və ayrıca inzibati məhkəmələr yaradılıb. Onlar 2020-ci il yanvar ayının 1-dən fəaliyyətə başlayıb. Bəllidir ki, məhkəmələrdə kredit borcu ilə bağlı mübahisələr çoxluq təşkil edirdi.

Onu da bildirək ki, məhkəmələrdə kredit borcu ilə işlərin çoxalmasının səbəblərindən biri kimi karantin rejiminin tətbiq edilməsi qeyd olunur.

  • “İnsanlar yüksək faizlə kredit götürür və sonra ödəyə bilmirlər”

Vəkil Feyzulla Mehdiyev bildirdi ki, məhkəmədə mülki işlərin 50 faizindən çoxunu bank məsələləri, kredit borcları təşkil edir: "Bunun səbəbləri çoxdur. İlk səbəbi kreditlərin faiz dərəcələrinin yüksək olmasıdır. İnsanlar yüksək faizlə kredit götürür və sonra ödəyə bilmirlər. Nəticədə bu, məhkəmə mübahisələrinə gətirib çıxarır. Hesab edirəm ki, faiz dərəcələri az olsa, məhkəmələr də yüklənməz. İnsanlar vaxtlı-vaxtında aylıq kredit borclarını ödəyə bilərlər. Fikrimcə, problemdən çıxış yolu kreditlərin faiz dərəcələrinin azalmasıdır".

Günel CƏLİLOVA

Son xəbərlər