Koronavirus (COVID-19) pandemiyası qoruyucu maskaları həyatımızın ayrılmaz bir parçasına çevirib. İndi evdən onsuz çıxmaq olmaz. Böyükdən-kiçiyə hər kəs qapalı məkanlarda maska taxmalıdır. Bu, COVID-19-a yoluxma risqinə qarşı görülən sadə tədbirlərdən biridir.
Məlumdur ki, bu həftədən dərslər də başlayıb və əvvəlcədən müəyyən olunmuş qaydada bir sıra dərslər təhsil müəssisələrində keçirilir. Valideynlər isə nigarandırlar. Övladını məktəbə göndərəcək olanlar onlara maska taxdırıb-taxdırmamaqda qərarsızlıq yaşayırlar. Bir tərəfdən hava çox istidir və qapalı məkanda maskada oturmaq uşaqlar üçün çox çətindir. Digər tərəfdən də virusa yoluxma ehtimalı valideynləri iki yol ayrıcında qoyur.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 12 yaşdan yuxarı uşaqların, 1 metrdən artıq ara məsafəsini saxlamaq təminatı olmadığı şəraitdə, maska taxması o müəssisə üçün zəruridir. Mütəxəssislər isə ibtidai sinif şagirdlərinə maska taxmağı məsləhət görmürlər. Belə ki, tibbi maska məktəblilərin infeksiyadan qorunmasına kömək etsə də, yaratdığı problemlər də sirr deyil.
“…ağciyərlər havanı düzgün bölüşdürə bilməsə, uşaqlarda halsızlıq yarana bilər”
Həkim onu da əlavə etdi ki, məktəblilərə tənəffüzü çətinləşdirən maskaları taxmaq qətiyyən olmaz. Ağciyərlər havanı düzgün bölüşdürə bilməsə, uşaqlarda halsızlıq yarana bilər. Məktəblilər adi maskalardan istifadə etsələr daha yaxşı olar.
Günel CƏLİLOVA