Gələcəkdə fəxri ad alanlar onu doğrultmalı olacaq...

Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər.
“Trend”in məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin sentyabrın 17-də keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.
A.Kərimov bildirib ki, fəxri adların verilməsi zamanı öhdəliklərin də olmasını istəyir: “Gələcəkdə fəxri adlar alan şəxslər öz üzərlərinə müəyyən öhdəliklər götürəcəklər. Bizim məqsədimiz odur ki, bu şəxslər cəmiyyəti narahat edən məsələlərlə bağlı vətəndaş mövqeyi bildirsinlər”.