27/10/2020 21:30
728 x 90

Azərbaycanda Mədəniyyət strategiyasının hazırlanması təklif edilir

img

Azərbaycanda Mədəniyyət strategiyası hazırlanmalıdır. “Trend”in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sentyabrın 17-də keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

A.Kərimov bildirib ki, Prezidentin qarşıya qoyduğu vəzifələrdən sonra Mədəniyyət Nazirliyində və tabeliyində olan qurumlarda vəziyyəti öyrənən, araşdıran zaman müəyyən problemlər aşkar olundu və həll yolları axtarıldı:

“Bu proses hələ də davam edir. “Mədəniyyət sahəsi strateji bir sahədir. Biz bu sahədə fəaliyyətimizi daha da genişləndirməliyik”.

“Hazırda biz beynəlxalq təşkilatlarla, özəl sektorla işimizi gücləndirməliyik” – deyən nazir müavini bildirib ki, TİKA ilə bizim artıq ilkin görüşlərimiz olub: “Onların bu sahədə maliyyə və təcrübələri var. Özəl sektoru bura cəlb etmək üçün güzəştlərin edilməsi üzərində işləməliyik”.

Nazir müavini əlavə edib ki, bərpaya ehtiyacı olan abidələrimiz çoxdur: “Biz bunun hamısını məhdud maliyyə resursları vasitəsilə ilə reallaşdıra bilmərik”.

Son xəbərlər