27/10/2020 21:57
728 x 90

Baş Prokurorluq Nərimanovda müəllimənin intiharı ilə bağlı məlumat yaydı

img

Baş Prokurorluq Bakıda müəllimənin intiharı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumatda deyilir ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli binadan özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun açıqlamasında bildiririlir ki, sentyabrın 16-da saat 15 radələrində paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbə sakini Naidə İsayevanın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Nərimanov Rayon Prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən digər prosessual hərəkətlər yerinə yetirilib.

Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər