27/10/2020 21:24
728 x 90

Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirə qatılıb

img

Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənmələri və əldə etdikləri biliyi təcrübədə tətbiq etmələri istiqamətində işlər davam etdirilir.

Baş Prokurorluqdan baki-xeber.com-a verilən məlumata görə, bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.

5-11 sentyabr tarixlərində Avstriyanın Vyana şəhərinin Laksenburq vilayətində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) təşkil etdiyi, 45 müxtəlif ölkələrdən olan 102 nümayəndənin iştirakı ilə keçirilmiş 2020 Beynəlxalq Antikorrupsiya onlayn platforma qaydasında (videoformat rejimində) Yay Akademiyasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Əhməd Həsənov və Abşeron rayon Prokurorluğunun müstəntiqi Günay Süleymanova iştirak edib.

Qabaqcıl tədris mərkəzlərindən biri olmaqla, təsis olunduğu 2011-ci ildən bugünədək 1000-dən artıq məzunu olan, dünyanın inkişaf etmiş ölkələri, həmçinin Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Antikorrupsiya Akademiyası tərəfindən hər il olduğu kimi bu il də təşkil olunmuş videoformatda keçirilmiş yay akademiyasının təlim kursunda dünyanın mötəbər təhsil müəssisələrində, eləcə də digər sahələrdə fəaliyyət göstərən 12 nəfər ekspert iştirak edib.

Mühazirələrdən daha çox Guido Palazzonun “Niyə yaxşı menecerlər düzgün olmayan qərarlar qəbul edirlər”, Muştaq Xanın “Korrupsiya və İqtisadi İnkişaf” və Riçard Messik, Hamiş Qold-Skot və Fernando Dayerin birlikdə təşkil etdiyi “İnfrastruktur sahəsində Korrupsiyanın qarşısı necə alınmalı” mövzuları iştirakçılar tərəfindən daha maraqla qarşılanmış, həmin mövzular ətrafında geniş və daha aktiv müzakirələr aparılıb. Tədrisin sonunda imtahan təşkil edilib və imtahanı uğurla başa vurmuş prokurorluq əməkdaşları Beynəlxalq Antikorrupsiya Akademiyasının 2020 Yay akademiyasını bitirmələri ilə əlaqədar sertifikatla təltif ediliblər.

Son xəbərlər