22/10/2020 13:53
728 x 90

Şəkidə "Bazar" adlanan ərazidə koronavirusa kütləvi yoluxma... Bazar müvəqqəti bağlana bilər

img

Şəkidə "Bazar" adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb.

Baki-xeber.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilir ki, həmin ərazidə 01.09.2020 tarixindən bu günə qədər götürülən test nümunələrinin 13-də koronavirus testi pozitiv olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır: "Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əksepidemik işlər aparılır.

Mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işlərinin aparılması məqsədilə bazarın müvəqqəti bağlanması məsələsinə baxıla bilər".

Son xəbərlər