22/09/2020 11:31
728 x 90

Eldar Əzizov qanunsuz tikililərlə bağlı icra başçılarına xəbərdarlıq etdi

img

Bakı şəhərində koronavirus pandemiyasi ilə bağlı bir sıra məhdudiyyətlərin mövcudluğu şəraitində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri gündəlik olaraq paytaxt rayonlarında olur, əraziyə baxışlar keçirərək aşkar edilən nöqsanların aradan qaldırılması üçün yerli İcra Hakimiyyətləri nümayəndələri ilə birgə tədbirlər həyata keçirirlər.

Bakı Şəhər İcra Hakimiyyətindən baki-xeber.com-a verilən məlumata görə, həmçinin əməkdaşlar paytaxtın qəsəbə və yaşayış massivlərində karantin şəraitinin tələblərinə uyğun şəkildə əhali ilə görüşlər də keçirirlər. Görüşlərdə ərazidə mövcud olan nöqsanlar, onların aradan qaldırılması yolları, yeni işlərin görülməsi, qəsəbələrdə yeni abad həyət və məhəllələrin, parkların salınması və s. ilə bağlı suallar müzakirə edilir, sakinlər tərəfindən qaldırılan məsələlər qeydiyyata alınaraq onların həlli üçün müvafiq tədbirlər hazırlanır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da son bir neçə gün ərzində paytaxtın müxtəlif qəsəbə və yaşayış massivlərində olub, buradakı vəziyyətlə maraqlanıb və sakinlərlə görüşüb.

Xəzər rayonunun Binə, Qaradağ rayonunun Lökbatan və Pirallahı rayonunun Pirallahı qəsəbələrindəki görüşlərdə vətəndaşları daha çox narahat edən məsələlər – məişət tullantılarının daşınması, qanunsuz tikintilərin aparılması və s. məsələlərə toxunulub, müraciət və təkliflər nəzarətə götürülüb.

Vəziyyətlə yerində tanışlıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mövcud karantin qaydaları çərçivəsində Qaradağ və Xəzər rayonlarının İcra Hakimiyyəti Aparatlarında RİH əməkdaşları ilə keçirdiyi görüşdə ərazidəki vəziyyət, xüsusilə qanunsuz tikintilərlə bağlı konkret faktlar göstərib, cavabdeh şəxslər xəbərdarlıq edilib, 1 ay ərzində nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.

E.Əzizov bıldirib ki, ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar və korrupsiyaya qarşı tədbirlər daimidir və kampaniya xarakteri daşımır. Bakı Şəhər İcra Hakimiyyəti və onun strukturlarında nizam-intizam məsələləri daha da gücləndirilib, kadrların fəaliyyətinə və işlərə olan nəzarət artırılıb.

Son xəbərlər