20/09/2020 10:55
728 x 90

Yol polisi təhlükəsizlik tədbirlərini gücləndirdi – dərs ilinin başlanması ilə bağlı... - FOTO

img

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq Astarada məktəblilərin iştirakı ilə yol nəqliyyat qəzalarının baş verməməsi, həmçinin yol hərəkətinin normal fəaliyyətini təmin etmək məqsədilə Dövlət Yol Polisi əməkdaşlarının aidiyyəti üzrə xidməti təşkil olunub.

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən təhsil müəssisələri, onlara bitişik küçə və yollar nəzarətə götürülməklə xidmət həyata keçirilib. Təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkətə, həmçinin məktəbliləri gətirən avtomobillərin dayanıb azyaşlıları düşürüb mindirməsinə nəzarət olunub ki, sıxlıq və tıxac yaranmasın. Məqsəd dərs ilinin başlaması ilə əlaqədar yollarda hərəkət axınını normal qaydada təşkil etmək və məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyini təmin etməkdir. Görülən tədbirlər valideynlərin və müəllimlərin ürəyincə olub.

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq keçirilən “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı sentyabr ayının 5-dən oktyabr ayının 5-dək davam edəcək

Son xəbərlər