22/09/2020 12:38
728 x 90

DYP yeni dərs ilinin başlaması ilə əlbağlı hərəkət iştirakçılarına müraciət etdi

img

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi yeni dərs ilinin başlaması ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan müraciətdə bildirilib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 15-də orta təhsil müəssisələrinin yerləşdiyi küçə və yollarda, xüsusilə də paytaxt ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağı ehtimal olunur. Bunu nəzərə alaraq, DİN Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarından xahiş edir ki, şagirdləri məktəbə aparan valideynlər küçə və yollarda təhlükəsiz hərəkət qaydalarına, övladlarını məktəbə avtomobillərlə aparan sürücülər həmin ərazidəki dayanma, durma və parklanma qaydalarına, ictimai nəqliyyat vasitələrindən istifadə edən valideynlər isə tövsiyə olunan sosial məsafəni saxlamaqla tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə qaydalarına ciddi riayət etsinlər.

“Ümid edirik ki, azyaşlıların təhlükəsizliklərinin təmin olunması, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün hər bir hərəkət iştirakçısı müraciətimizə düşünülmüş şəkildə yanaşacaq və üzərinə düşən vəzifəni yerinə yetirməklə ilk dərs günündə azyaşlı məktəblilərə yollarda çətinlik yaşatmayacaq, eləcə də polisin gördüyü tədbirlərə yardımçı olmaqla koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasında vətəndaşlıq mövqeyini nümayiş etdirəcək”, - deyə müraciətdə qeyd olunub.

Son xəbərlər