şənbə günü, 26 sentyabr 2026
     

Şəhid fotolarını avtomobillərinə vuraraq “avtoşluq” edənlər – qayda yaratmaq çağırışları artır...

Image


Son vaxtlar şəhidlərimizin fotoşəkillərini avtomobillərinin şüşələrinə vuraraq şəhər küçələrində şütüyən gənc sürücüləri tez-tez görürük. Bunu həmin sürücülərin şəhidlərimizə hörməti kimi qəbul edirik. Amma bəzən elə hallara da rast gəlinir ki, belə sürücülərin bəzilərinin şəhid adına hörmətsizlik nümayiş etdirdiyinin şahidi oluruq.

Son vaxtlar şəhidlərimizin fotoları vurulan maşınlarla kobud qayda pozulması ilə bağlı hadisələr tez-tez gündəmə gəlir. Bəzi sürücülər şəhid hərbçilərimizin şəkillərini avtomobillərinin şüşələrinə yapışdırmaqla yüksək sürət həddini keçərək yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar.

  • Kamran Əliyev: “Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızı hər zaman xatırlamaq məqsədini daşıyırsa, bu, çox qürurverici haldır, amma…”

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirdi ki, onların bu hərəkətləri vətən uğrunda canından keçmiş qəhrəmanlarımızı hər zaman xatırlamaq məqsədini daşıyırsa, bu, çox qürurverici haldır: “Amma gəlin onu da unutmayaq ki, şəhidlərimizin fotoşəkillərinin yeri gündən qorunmaq üçün pərdə əvəzi avtomobillərin arxa və ya yan şüşələrində deyil, daha mötəbər yerlərdə, o cümlədən kitablarda, jurnallarda, dərsliklərdə olmalıdır ki, bu da mövcuddur. Bu gün ölkəmizdə elə şəhər, elə rayon, elə bir kənd yoxdur ki, orada şəhidlərin xatirəsinə “Şəhidlər parkı”, “Şəhidlər bulağı” və ya “Şəhidlər guşəsi” olmasın. Şəhidlərin ruhuna hörmət milliyyətindən, dinindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Amma avtomobildə bu şəkillərin müxtəlif məqsədlərlə istifadə olunması düşünmürük ki, onların ruhuna hörmət əlamətini ifadə etsin. Məsələn, indi elə bir sürücüyə rast gələ bilmərik ki, o, təsadüfən də olsa, yol hərəkəti qaydasını pozmasın. Bir anlıq təsəvvür edin, siz hörmət əlaməti olaraq şəhidin şəklini avtomobilə vurmusunuz və bilmədən, yaxud istəmədən qaydaları pozmaq məcburiyyətində qalmısınız. O halda, sizi görən digər insanlar nə düşünəcək?

Qeyd edim ki, belə avtomobil sürücülərinin törətdikləri qayda pozantuları ilə əlaqədar avtomatik rejimdə qeydə alınmış fotoşəkillər də mövcuddur. Onlarda yalnız bir fikir yaranacaq ki, şəhidin şəklindən məqsədli şəkildə sui-istifadə edir. Məhz belə halların baş verməməsi üçün qəhrəman şəhidimiz Mübariz İbrahimovun atası Ağakərim İbrahimov da Baş DYP İdarəsinə etdiyi müraciətdə gənc sürücülərimizin şəhidlərimizə olan sayğılarını, sevgilərini yüksək qiymətləndirdiyini, lakin bəzi sürücülərin şəhid şəkilləri vurulmuş avtomobillərlə yol hərəkəti qaydalarını pozmasının əleyhinə olduğunu və bunun yolverilməz olduğunu bildirib. Onun müraciəti təkcə öz oğlu ilə bağlı deyildi. O, bütün şəhidlərimizin ruhuna ehtiramla, hörmətlə yanaşmağı xahiş edərək, həmin şəkillərin avtomobilin gündən qorunan və ya tez-tez çirkab dəyən yerlərində deyil, salonunda yerləşdirilməsini daha uyğun hesab edib. Odur ki, əziz gənclərimiz bilsinlər ki, şəhidlərə olan sevgilərinə biz polislərin də heç bir şübhəsi yoxdur, lakin bu sevgini, bu hörməti yol təhlükəsizliyinə təsir edə biləcək hər hansı vasitələrlə deyil, onların uğrunda şəhid olduqları dövlətin qanunlarına əməl etməklə, düşmənlərimizin ölkəmizə qarşı apardığı çirkin siyasətin, sosial şəbəkələrdəki erməni əkstəbliğatının qarşısının alınmasında aktivlik göstərməklə və hər zaman ordumuza dəstək verməklə ifadə etsələr, həm şəhidlərimizin ruhu şad olar, həm də özlərini bu dövlətin, bu vətənin, bu xalqın müdafiəsində durmuş qəhrəman bir əsgər kimi hiss edərlər”.

  • Aytəkin Kamranqızı: “Hansısa sürücü şəhidlərimizin şəklindən sui-istifadə edib qayda pozuntusuna yol verirsə, bu, əlbəttə, həm şəhidə hörmətsizlikdir, həm də…”

Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, vətən uğrunda həlak olan şəhidlərin xatirəsini əbədiləşdirmək üçün onların şəkillərinin şəxsi avtomobillərə vurulması hər bir insanın şəxsi fikridir. Lakin burada yenə də avtomobil sürücüsünün məsuliyyəti və həmin şəhidə hörməti olmalıdır: “Hansısa sürücü şəhidlərimizin şəklindən sui-istifadə edib qayda pozuntusuna yol verirsə, bu, əlbəttə, həm şəhidə hörmətsizlikdir, həm də qaydalara düzgün əməl etməməsidir. Belə hal ikiqat məsuliyyətsizlik hesab olunur. Qanun hamı üçündür. Yol hərəkəti qaydalarını pozan istənilən sürücü DYP əməkdaşları tərəfindən saxlanaraq məsuliyyətə cəlb olunmalıdır. Şəhidlərimizə sayqı-hörmət başqa məsələdir, qanun-qaydaya hörmət başqa".

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ