Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi və Perm Diyarşünaslıq Muzeyinin Uşaq Muzey Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Karantin dövründə uşaqlarla iş üzrə təcrübə mübadiləsi, uşaqların marağını cəlbetmə formaları” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.
Bu barədə baki-xeber.com-a Milli Xalça Muzeyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutan konfransda müxtəlif məsələlər müzakirə edilib, qarşılıqlı əməkdaşlığın perspektivləri haqqında danışılıb.
İradə SARIYEVA