Bazar günü günü, 18 oktyabr 2026
     

İlham Əliyevin OPEK üzv və qeyri-üzvlərinə üç il əvvəlki müraciəti lazımi qiymətini aldı

Image


Dünya neft bazarında son günlərdə ciddi narahatlıqla izlənən məqamlardan biri də birjalarda təklif edilən “qara qızıl” çatışmazlığının  özünü getdikcə daha qabarıq şəkildə büruzə verməsidir. Hesab edilir ki, hasiıltçı ölkələr bazarlara daha çox neft təklif etməsə, çatışmazlıq daha da artacaq və bu da qiymətlərin fantastik həddə yüksəlməsinə gətirib çıxaracaq.

“Rosneft” səhmdarlarının ümumi iclasında illik çıxışı zamanı bu məsələyə toxunan “Rosneft” rəhbəri İqor Seçin də qeyd edib ki, dünya bazarını bu gedişlə neft defisiti gözləyir. Onun sözlərinə görə, neft defisiti 2025-ci ilə qədər 700-750 milyon ton həcmində olacaq. O, bu situasiyanın “Rosneft”ə dünya bazarında payını artırması üçün unikal imkanlar yaratdığını bildirib.

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) seminarında bu mövzuya toxunan energetika naziri Pərviz Şahbazov da qeyd olunan məqamın nəzərə alınmasının vacibliyini önə çəkib. P.Şahbazov OPEK+ formatında əməkdaşlığın neftin qiymətinin sabitləşdirilməsi məqsədinə nail olduğunu, lakin qlobal neft bazarında, neft sənayesində yaranan yeni vəziyyətin bu əməkdaşlıq üçün yeni prioritetlər müəyyənləşdirdiyini bildirib: “Dünyada iqtisadi artım templəri, neft-kimya sektorunun inkişafı, bərpaolunan enerji mənbələrinin hələlik nefti əvəz edə bilməməsi kimi faktorlar yaxın perspektivdə neftin enerji balansında aparıcı mövqeyini təmin edəcək. Bununla belə, bir sıra əsas neft ölkələrində geosiyasi səbəblərlə əlaqədar hasilatın kəskin azalması və bazara çıxışda gözlənilən məhdudiyyətlər, eləcə də son illərdə aşağı neft qiymətləri ilə əlaqədar transmilli şirkətlər üçün upstream sektorunun cəlbediciliyini itirməsi gələcəkdə qlobal tələbatın ödənilməsində çətinliklər vəd edir. Enerji bazarının yenidən balanslaşması, neft sənayesinə gələcəkdə tələbata uyğun investisiyaların qoyulmasını təmin etmək OPEK+ formatında əməkdaşlığı vacib edir”. Hazırda bir sıra OPEK üzvləri qlobal tələbatın artırılması üçün hasilatın yüksəldilməsini vacib saysa da, digərləri bununla razılaşmır. Belə vəziyyət öz növbəsində neftin qiymət yüksəlişinə təkan verir. Hesab edilir ki, yaxın tezlikdə müvafiq addımlar atılmasa, neftin qiyməti 100 dollarlıq həddə çatacaq. İndilikdə İran və Venesuelanın təzyiqlərə məruz qalması, Liviyada, Nigeriyada, İraqda mürəkkəb vəziyyət bazarlara daha az neftin çıxmasına səbəb olur. Bu isə qimyətləri tətikləyən faktor sayılır.

Hadisələrin bu tempdə inkişafında maraqlı olmayan rəsmi Bakı OPEK+ formatında məsələnin çözümünü istəyir. Ölkəmizin bu mövqeyi OPEK+ formatı tərəfindən də müsbət qarşılanır. Energetika naziri Pərviz Şahbazov bu xüsusda bildirib: “Vyana görüşündə çox geniş dialoq aparılıb, neftin gələcəkdə oynayacağı rol ətraflı müzakirə olunub və dərindən təhlil edilib. Bir daha hər kəs bu fikrə gəldi ki, neft bundan sonra da öz əhəmiyyətini qoruyub saxlayacaq və qarşıdakı onilliklərdə əsas enerji mənbələrindən biri olaraq qalacaq. Azərbaycan beynəlxalq aləmdə neft ölkəsi kimi tanınıb. Azərbaycanın Vyana görüşündə iştirakına çox böyük maraqla yanaşırlar, xüsusilə də OPEK və qeyri-OPEK ölkələrinin əməkdaşlığı çərçivəsində Azərbaycanın həyata keçirdiyi siyasət alqışlanır və bu, təqdir olunur”. Elə OPEK-in baş katibi Məhəmməd Barkindo da qeyd edir ki, OPEK Azərbaycanla olan mövcud münasibətləri yüksək qiymətləndirir: "Bizim səylərimizi dəstəkləyən Azərbaycan Prezidenti İlham Əliyevə öz təşəkkürümü çatdırıram. Azərbaycan Prezidenti nəinki təşkilatın səylərini dəstəkləyir, həmçinin də üç il bundan öncə Davos İqtisadi Forumunda OPEK və qeyri-OPEK ölkələrinin bir araya gəlməsi üçün çağırış etmişdi”. 1846-cı ildə dünyada sənaye üsulu ilə ilk dəfə neftin məhz Bakıda çıxarıldığını qeyd edən Barkindo neft-qaz sənayesində işləyən hər bir mütəxəssisin Bakını ziyarət etməli olduğunu, neftin çıxarılması və emal tarixi ilə burada daha da yaxından tanış olmasının vacibliyini bildirib.

İndilikdə isə maraq doğuran məqam neft qiymətlərinin bundan sonra necə dəyişəcəyidir. Qeyd edək ki, bu xüsusda ABŞ-la OPEK arasında yeni bir qarşıdurma da başlanır. Məsələ burasındadır ki, OPEK 1973-cü ildə baş vermiş ilk neft böhranından sonra Vaşinqton rəsmiləri üçün yenidən kabusa çevrilib. ABŞ prezidenti Donald Trampın xam neftin qiymətlərinin baha olması haqqında kartelə müraciətindən sonra Konqres də bu məsələyə müdaxilə etmək üçün hərəkətə keçib. ABŞ qanunvericiləri bir əsr əvvəl Con Rokfellerin neft imperiyasının dağıdılması üçün istifadə olunan NOPEC (Neft hasilatı və ixracı ilə məşğul olan kartellər əleyhinə Akt) qanun layihəsini yenidən müzakirəyə çıxarmaq istəyir. Mayın sonunda bu qanun layihəsi Konqresin Hüquq Komitəsinə təqdim edilib. Qanun qəbul ediləcəyi təqdirdə ABŞ hökuməti OPEK-i enerji bazarlarında möhtəkirliyə görə təzminat tələbilə məhkəməyə verə biləcək. Ekspertlərə görə, NOPEC aktının qəbul edilməsi ehtimalı az olsa da, kartel bu məsələyə ciddi yanaşmalıdır. ABŞ siyasətçiləri 2000-ci ildən sonra dəfələrlə bu qanun layihəsini parlamentdən keçirməyə cəhd edib, lakin sabiq prezidentlər Corc Buş və Barak Obama onların qarşısını veto xəbərdarlığı ilə almağa nail olub. OPEK üçün əsas risq də indiki dövlət başçısı Trampın öz sələfləri kimi hərəkət etməyəcəyi ehtimalıdır. Nyu-Yorkdakı Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin direktoru Ceyson Bordoff bildirib ki, əvvəlki prezidentlərdən fərqli olaraq, Tramp bu qanunu təsdiq edə bilər. Onun sözlərinə görə, OPEK-lə məhkəmə çəkişməsi heç də asan olmayacaq. Bu bəyanatlar OPEK rəsmilərini narahat edib. İranın karteldəki təmsilçisi Hüseyn Kazımi Ərdəbili ABŞ konqresmenlərinin bəyanatlarını qanunazidd və şantaj xarakterli adlandırıb.

NAHİD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ