Cümə axşamı günü, 12 noyabr 2026
     

Qanlı Sarkisyan xuntasının Qarabağ kartı ilə erməni xalqını istismar etməsinə son qoyuldu

Image


Ermənistanda baş verənlər bu ölkədə hakimiyyət dəyişikliyinin hər an reallaşa biləcəyi, baş nazir postunu qəsb edən Serj Sarksiyanın fəaliyyət başlamadan yeni bir şəxslə əvəzlənəcəyinə dair verilən proqnozların özünü doğrultması ilə nəticələndi. Xüsusən də İrəvanda hərbçilərin və polisin bir qrupunun,   dövlət qulluqçularının bir-birinin ardınca nümayişçilərin tərəfinə keçməsi Serj Sarksiyana əlavə seçim yeri qoymurdu. O, müxtəlif vədlər versə də, aksiyaçıları məqsədlərindən döndərə bilmədi.  Bütün Ermənistanı “Serjik, rədd ol!” şüarı ilə keçirilən aksiyalar bürüdü.

Yaranmış vəziyyətdə son çarələrdən biri kimi Sarksiyan köhnə taktikanı, yəni cəbhədə gərgin vəziyyətin olması düşüncəsini erməni cəmiyyətinə sırımaq istəsə də, bu da nəticə vermədi. Xatırladaq ki,  bu fonda hakimiyyətin nəzarətində olan Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan ordusunun guya canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə məlumat yayılmışdı. Azərbaycan Müdafiə Nazirliyi isə bunu düşmən tərəfin növbətitəxribatı adlandırıb. Qeyd olunur ki, Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır: “Nümayiş etdirilən kadrlar Azərbaycan ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib. Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir. Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”.

İndi görünən odur ki, küncə sıxışdırılan Serj Sarksiyanın cəbhə təxribatları da ona kömək ola bilmədi. Onun Qarabağ siyasəti sonda özünə qarşı çevrildi. Məhz Qarabağ kartını əsas tutan Sarkisyanın 10 illik prezidentlik fəaliyyəti erməni xalqı üçün ilk növbədə iqtisadi böhrana səbəb olub. İkincisi, Ermənistan üçün bu, həm iqtisadi, həm enerji, həm də nəqliyyat baxımından təhdid vəziyyəti yaradıb. Yəni Ermənistanın təcridi daha da dərinləşib. Bundan əlavə, Ermənistandan əhalinin köç prosesi artıq yeni mərhələyə daxil olub. Ermənistan əhalisinin yoxsulluq səviyyəsi də artıq dözülməz xarakter alıb. Bütün bunlar reallıqdır. Eyni zamanda, xalq onun da fərqindədir ki, Ermənistanda böhran daha da dərinləşir.  Xalq onu da görürdü ki, onu bu vəziyyətə salan bir rejim hakimiyyətdə baş nazir postunu zəbt etməklə vəzifəsini davam etdirmək istəyir. Bu o demək idi  ki, iqtisadi iflas, təcrid vəziyyəti daha da dərinləşəcək. Əhalinin köçü bundan sonra daha geniş miqyas alacaq, yoxsulluq daha dözülməz bir vəziyyətə gəlib çıxacaq.

Digər tərəfdən ermənilərə də yaxşı bəlli idi ki, Sarksiyanın söykəndyii Qarabağ siyasəti fonunda Azərbaycan bu ölkənin təcridini daha da dərinləşdirəcək. Ümumiyyətlə, Azərbaycan diplomatiyası uğurlu addımları ilə konkret aspektlər üzrə dünyanın bir çox dövlətləri ilə səmərəli əməkdaşlıq sistemi yaradıb ki, bundan Ermənisçtan ciddi zərər görür.  O cümlədən rəsmi Bakı “Yeni İpək Yolu” layihəsində Cənubi Qafqazın lider dövləti kimi iştirak etməyin lazım olduğunu tərəfdaşlarına anlada bilib. Bu aspektdə dünya Azərbaycana böyük önəm verir. İran və Hindistanın bu prosesə qoşulması istiqamətində ciddi addımlar atılması isə Azərbaycanın regionda mövqelərini daha da gücləndirib. Elə bunun nəticəsidir ki, “Qərb-Şərq”, “Şimal-Cənub” əməkdaşlıq dəhlizində Ermənistan yer almır. Əslində, bu hal Ermənistanın bütövlükdə geosiyasi təcrid vəziyyətində olmasının təsdiqidir. Çünki digər beynəlxalq layihələri də xatırlasaq, onların heç birində İrəvanın iştirak etmədiyini görərik. Bu isə o deməkdir ki, Ermənistan geosiyasi təcrid vəziyyətinə düşüb. Onun yalnız Rusiya ilə sıx əlaqəsi var. Ancaq bu iki dövlətin ayrıca uzunmüddətli davamlı inkişafa nail ola bilməsi şansı sıfırdır. Bütün bunlar o deməkdir ki, rəsmi İrəvan geosiyasi və geoiqtisadi dalana dirənib. Onun manevr məkanı çox daralıb. Müxtəlif yerlərdə hay-küylə danışmalarına baxmayaraq, real olaraq Ermənistan tənha vəziyyətdədir. Onun böyük əməkdaşlıq formatlarının heç birində adı yoxdur. Bu isə, faktiki olaraq, Sarkisyan rejiminin xarici siyasətinin iflası demək idi və xalq da bunu görürdü. İqtisadiyyatı zəif olan, başqa dövlətlərin yardımları hesabına yaşayan Ermənistan bu durumda daha ağır vəziyyətə düşürdü. Hiss olunurdu ki, belə bir vəziyyət erməni siyasi və milli şüurunu ciddi narahat edir. Onlar çıxış yolları axtarırdılar.  Əslində, belə etiraflar da səslənirdi ki, Ermənistan yürütdüyü təcavüzkar siyasət nəticəsində Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrdən kənarda qalıb. Burada da yaxşı başa düşülürdü ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Ermənistanın regiona inteqrasiya edərək inkişaf etməsi mümkünsüzdür. Sarksiyan isə bunlara qarşı çıxırdı. Xalq bunu görür, ona görə də ayağa qalxıb Sarkisyan rejiminə qarşı açıq şəkildə öz etirazını bildirirdi. Bəzi ekspertlər hətta bunu “məxməri inqilab”ın başlanğıcı kimi də dəyərləndirirdilər. Hər halda, baş vernələr nəticəsini çox gözlətmədi. Sarksiyan baş nazir kürsüsündə cəmi 5 gün əyləşə bildi.  Hazırda

Ermənistanda etiraz edən siyasi qüvvələr və əhali Sarkisyanın başçılıq etdiyi Qarabağ klanını hakimiyyətdən birdəfəlik uaqlaşdırmaq istəyir və bu fonda ilkin addım atılıb.  Bununla da, Sarkisyanın təmsil etdiyi güc mərkəzi olaraq Rusiyanın təsirini zəiflətməyə, ölkənin Qərbə yaxınlaşmasına nail olmağa çalışırlar. Hazırda demək olar ki, Qərbyönümlü və Rusiyayönümlü siyasi qüvvələrin hakimiyyət uğrunda açıq nüfuz savaşı gedir.  Sabiq dövlət müşaviri Qabil Hüseynli bu xüsusda qeyd edir: “Ermənistanın özündə də çox yaxşı başa düşürlər ki, proseslərin arxasında Rusiya dayanıb və Moskva ciddi surətdə Ermənistandakı hakimiyyət strukturlarının dəyişikliyinə kömək edib. Qərb hazırda müəyyən qədər fəallıq nümayiş etdirir, prosesləri diqqətlə izləyir və çox keçmədən nəticələrə qiymət verəcək”.

Kremlin ideoloqu kimi tanınan Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin də qeyd olunan fonda maraqlı fikirlər səsləndirir: “Qərb - Rusiya qarşıdurması fonunda hansısa güclər Ermənistandakı aksiyaları idarə etməyə cəhd edəcək və onlar Dağlıq Qarabağda müharibəni alovlandıracaqlar. Bu da böyük qan tökülməsi ilə nəticələnəcək”. Onun sözlərinə görə, ermənilərin Sarkisyana etiraz etməsi normaldır: “Çünki Sarkisyanın idarəçiliyinin Ermənistanda bütün təbəqələrin maraqlarını təmin etdiyini demək çətindir. Lakin prosesin arxasında hansısa güclərin olması da istisna deyil. Bu aksiyalar sırf sosial etiraz dalğasıdırsa, bunu normal qarşılamaq lazımdır. Yox, geosiyasi oyunların bir parçasıdırsa, bunun hibrid müharibəsinin bir forması olduğunu deyə bilərik və nəticəsi həm Rusiya, həm Ermənistan üçün çox ağır ola bilər. Bu baxımdan, Qarabağda müharibənin başlaması və proseslərin regionu əhatə etməsi istisna deyil”. Duqin qeyd edib ki, Rusiya Ermənistanın daxili işinə qarışmır: “Hazırki etirazlar da Ermənistanın daxili işidir. Lakin proseslər Ermənistanla Rusiyanın münasibətlərinə xələl gətirsə, vəziyyət dəyişə bilər”. Elə erməni publisist Naira Ayrumyan da bildirir ki,  Moskva İrəvandakı etirazlardan sonra daha çox Gümrü bazasının bağlanmasından qorxur: “İrəvandakı mitinqlərdə heç vaxt geosiyasi kontekst dilə gətirilməyib, Rusiya xatırlanmayıb. Bazanı itirmək qorxusu Rusiyanı hərəkətə gətirə bilər”.

Qeyd edək ki, Ermənistanın şimalında yerləşən Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası var. Burada, həmçinin, MDB-nin hava hücumundan birləşmiş müdafiə sistemi çərçivəsində döyüş növbəsi aparılır. Etiraz aksiyalarının burada da genişlənməsi Rusiya bazası üçün böyük təhlükə hesab olunur. Kremldən verilən açıqlamaya görə, Moskva hazırda Ermənistandakı prosesləri diqqətlə izləyir və hansısa xüsusi planı yoxdur. Rus analitik və politoloq Aleksandr Sıtin də məsələyə maraqlı fonda yanaşır: “Ermənistan siyasətçiləri qədərincə Moskvanın təminatındadır. Bütün bu qazandıqlarını itirmək istəməzlər. Ermənistan birmənalı olaraq inkişaf vektorunu Avropaya çevirsə, NATO-ya girmək kursuna yönəlsə, Qarabağ məsələsində Moskvanın biləvasitə Azərbaycanın mövqeyinə kifayət qədər yaxınlaşması da qaçılmaz olacaq”.

Erməni siyasi şərhçi Naira Ayrumyan Azərbaycanın Qarabağla bağlı hərəkətə keçdiyini iddia edir və bunun Ermənistan üçün ciddi nəticələrə səbəb ola biləcəyini yazır. Onun iddiasına görə, Azərbaycan ordusunun arsenalını təkcə Rusiya yox, digər ölkələr vasitəsilə ilə zənginləşdirməyə davam edir: “Ermənistanda hakimiyyət davası aparıldığı bir vaxtda Azərbaycan  Qarabağla bağlı böyük addım atmağa hazırlaşır”. Amma yuxarıda qeyd olunduğu kimi, Azərbaycan hələlik cəbhədə güc tətbiqinə hazırlaşmır. Sadəcə bəyan edir ki, erməni tərəfinin istənilən təxribatına ən sərt formada cavab veriələcək. Bunun nə ilə nəticələnəcəyini şərh etməyə isə ehtiyac belə yoxdur. Ən azından o baxımdan ki, indi ermənilərin özləri də açıq etiraf edirlər ki, hərbi cəhətdən Azərbaycan onlardan çox güclüdür və istənilən yeni döyüş erməni tərəfinin məğlubiyyəti ilə bitəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ