Cümə axşamı günü, 12 noyabr 2026
     

Cinayətkar Sarkisyan klanının tör-töküntülərinin cəbhədə təxribat təhlükəsi – Azərbaycan MN dünyanı xəbərdar etdi

Image


Moskvadan “Sarkisyanı ABŞ yıxdı” mesajları gəldi...

 

Sarkisyanın istefasından sonra Azərbaycan MN Ermənistanda vəziyyətlə əlaqədar bəyanat yayıb. Bəyanat cinayətkar Sarkisyanın Qarabağda təxribatlar edə biləcəyinə diqqət çəkir.

Dünya üçün olduqca ilginc xəbərdarlıq elementlərinə malik bəyanatda qeyd olunur: "Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir".

Müdafiə Nazirliyi bəyan edir ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq.

Göründüyü kimi, Azərbaycan Müdafiə nazirliyi çox incə məqamları və elementləri tutub. Həqiqətən də Sarkisyanın cinayətkar dəstəsinin üzvlərinin xalqın qəzəbindən yaxa qurtarmaq üçün cəbhədə irimiqyaslı təxribatlar törətməsi çox realdır. Bununla vaxt udmaq və diqqəti əsas şeylərdən yayındırmaq cəhdləri ola bilər. Digər tərəfdən, Azərbaycan bu arada cəbhə xəttində hər hansı gərginlik yaratmaqda maraqlı olmadığını bəyan etməklə dünyaya çox aydın mesaj verdi ki, baş verə biləcək bütün təxribatların kökü Sarkisyanın hələ də hakimiyyətdən tam getməmiş mafioz klanının və xuntasının niyyətlərinə bağlıdır.

Bu arada, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini təmas xəttində gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırıb. Bu barədə həmsədrlərin bəyanatında deyilir. "Regionda son siyasi hadisələri və təmas xəttində eskalasiyanın mümkünlüyü fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri bu həssas dövrdə atəşkəs rejiminə hörmət etməyin vacibliyini vurğulayırlar və xüsusilə də ağır silahları cəbhə xəttindən arxada saxlamağa çağırırlar" – deyə bəyanatda bildirilir.

Həmsədrlər münaqişə tərəflərini gərginliyin azaldılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırır və münaqişənin uzunmüddətli və dinc həllini tapmaq məqsədilə intensiv danışıqların bərpası üçün tərəflərlə görüşü səbirsizliklə gözləyirlər.

Ermənistandakı hadisələr fonunda, həmsədrlərin cəbhə xəttində yeni gərginlik yaranmasından narahatlıq ifadə etməsi də diqqət çəkir. Buradan belə nəticə çıxarmaq olar ki, Sarkisya rejiminin hələ də hakimiyyətdə qalan tör-töküntülərinin cəbhə xəttində təxribat törətməsi ehtimalı tək Azərbaycanın deyil, həmsədrlərin də diqqətindən yayınmayıb.

Bu arada onu da deyək ki, Rusiya Ermənistanda baş verənləri onun daxili işi saysa da, bəzi Rusiya rəsmilərindən maraqlı konkret açıqlamalar gəlir. Bəzi açıqlamalarda açıq deyilir ki, Sarkisyanı ABŞ devirib.

Bəzi açıqlamalara baxaq.

Ermənistanın ABŞ-ın təsiri altına düşməsi və etibarsız müttəfiqə çevrilməsi ehtimalı şəraitində Rusiya Dağlıq Qarabağ münaqişəsi məsələsi də daxil olmaqla Cənubi Qafqazda üstünlüyü məhz Azərbaycana verməlidir. Bunu “Trend”ə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Ermənistanın baş naziri Serj Sarkisyanın istefasını şərh edərkən deyib. S.Markovun sözlərinə görə, S.Sarkisyanın və “Qarabağ klanı”nın gedişi Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərəcək, amma nə cür təsir göstərəcəyi məlum deyil: “Məsələ ondadır ki, bu təkcə S.Sarkisyanın uzaqlaşdırılması deyil, bu, amerikayönümlü erməni “maydanı”nın qələbəsidir. Nikol Paşinyan erməni dilində mənası “Çıxış” demək olan “Yelk”in rəhbəridir. O dəfələrlə deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Yəqin ki, bununla bağlı danışıqlar aparılacaq, amma Ermənistanın bu qurumdan çıxması az ehtimal olunur. Həm də ölkə quruma tam daxil də deyil”.

S.Markov hesab edir ki, Ermənistanda iğtişaşlar başlaya bilər, çünki bu çevrilişin nə dərəcədə dinc şəkildə başa çatacağı məlum deyil. Amma “Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılması Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi imkan verir: “Heç də bütün ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonların saxlanması və Azərbaycana qaytarılmamasına görə blokadada əziyyət çəkmək istəmirlər. Ona görə də “Kazan formulu” əsasında dinc yolla nizamlanma imkanı artır. Bu formula əsasən, Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana verilir və bunun cavabında Ermənistanın blokadası qaldırılır”.

Ölkədə hakimiyyətin devrilməsi fonunda Ermənistanın sosial-iqtisadi və siyasi kursunun dəyişməsi məsələsinə toxunan politoloq qeyd edib ki, etiraz hərəkatının liderlərini müstəqil saymır: “Onlar kifayət qədər amerikayönümlüdürlər və onların əsas vəzifələri Ermənistanı Rusiyadan qoparmaq və tarixdə terror aktları ilə tanınan “Daşnaksütyun” kimi təşkilatları Rusiyaya qarşı yönləndirməkdir”.

TAHİR



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ