ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini təmas xəttində gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırlar. Trend-in məlumatına görə, bu barədə həmsədrlərin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Regionda son siyasi hadisələri və təmas xəttində eskalasiyanın mümkünlüyü fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri bu həssas dövrdə atəşkəs rejiminə hörmət etməyin vacibliyini vurğulayırlar və xüsusilə də ağır silahları cəbhə xəttindən arxasda saxlamağa çağırırlar".
Həmsədrlər münaqişə tərəflərlərini gərginliyin azaldılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırır və münaqişənin uzunmüddətli və dinc həllini tapmaq məqsədilə intensiv danışıqların bərpası üçün tərəflərlə görüşü səbirsizliklə gözləyirlər.
Ermənistandakı hadisələr fonunda, həmsədrlərin cəbhə xəttində yeni gərginlik yaranmasından narahatlıq ifadə etməsi də diqqət çəkir. Buradan belə nəticə çıxarmaq olar ki, Sarkisya rejiminin hələ də hakimiyyətdə qalan tör-töküntülərinin cəbhə xəttində təxribat törətməsi ehtimalı tək Azərbaycanın deyil, həmsədrlərin də diqqətindən yayınmayıb.