Cümə axşamı günü, 12 noyabr 2026
     

Parlamentli respublika quruluşu İrəvanın Qarabağ siyasətini dəyişə bilər(?)

Image


Ermənistanda yeni konstitusiya əsasında hakimiyyətin formalaşması prosesinə artıq start verilib. Belə ki, Ermənistanın yeni prezidenti Armen Sarkisyan aprelin 9-da and içərək rəsmi şəkildə fəaliyyətə başlayıb. Bununla, 10 il müddətində işğalçı ölkəyə rəhbərlik edən Serj Sarkisyanın prezident kimi fəaliyyəti sona yetib.

Armen Sarkisyanın andiçmə mərasiminə xüsusi olaraq xaricdən heç bir nümayəndə heyəti dəvət olunmayıb. Bununla da Ermənistanın parlament ölkəsinə çevrilməsi prosesi başa çatıb. Erməni mediası yazır ki, indi  Serj Sarkisyan üçün maraq doğuran əsas məsələ aprelin 17-də baş nazir postuna yiyələnməkdir. Bununla o, faktiki olaraq, ölkədə iadərəçiliyi həyata keçirən əsas şəxs olaraq qalacaq. Armen Sarkisyan isə elə Serj Sarkisyanın iradəsi əsasında fəaliyyət göstərəcək şəxs sayılır.

Qeyd edək ki, yeni prezident parlamentdə 7 il müddətinə seçililir. Bir şəxs ard-arda iki dəfə dövlət başçısı ola bilməz. Bu da o deməkdir ki, Armen Sarkisyan 2025-ci ildən sonra  Ermənistan prezidenti ola bilməz. Buna qədər isə onun Serj Sarkisyanın göstərişlərinin icrası ilə məşğul olacağı, əvəzində öz biznesini genişləndirməsinə lazımi dəstək alacağı proqonzlaşdırılır. Bu şəxs Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” holdinqinin sahibidir. 64 yaşlı Armen  Sarksyanın Türkmənistan və Özbəkistanda da biznesi var. Eyni zamanda onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb. Erməni mediası yazır ki, indi Armen Sarkisyan biznesinin bir hissəsini Ermənisatan köçürəcək və burada rəqiblərini sıradan çıxaracaq.

Rusiyada mənzillənmiş və ermənilərin nəzarətində olan “EADaily” portalı isə yazır ki, Armen Sarkisyanın dövlət başçısı olduğu müddətdə Ermənistanda hansısa müsbət irəliləyiş gözləmək olmaz. Portal yazır ki,  Serj Sarkisyandan yeni prezidentə  daha da artan yoxsulluq və miqrasiya, işsizlik,  xirtdəyə çıxan dövlət borcu kimi ağır miraslar qalıb. Xatırlanır ki, 2008-ci ildə Serj Sarkisyan prezident postuna sahiblənəndə Ermənistanda yoxsulluğun səviyyəsi rəsmi statistikaya görə 27.6 faiz idi. Həmin vaxt bu, son 10 ildə ən aşağı göstərici hesab edilirdi. Hazırda isə Ermənistanda yoxsulluğun səviyyəsi 30 faizdən çoxdur. Bu rəsmi statistikadır, müstəqil ekspertlər isə ölkədə yoxsulluq səviyyəsinin az qala 50 faizə çatdığını deyir. Ermənistan statistika xidmətinin açıqladığı rəqəmlərə görə, ölkədə inflyasiya cəmi 2.7 faizdir, lakin əslində iqtisadçılar qiymətlərin 21 faiz artdığını müəyyən edib. Elə rəsmi məlumatlara görə, ötən 10 ildə Ermənistanı ildə orta hesabla 38 min nəfər birdəfəlik tərk edib ki, bu da 380 min nəfər deməkdir. Robert Köçəryanın vaxtında isə Ermənistandan gedib geri qayıtmayanların sayı daha az idi - ildə 20-25 min nəfər. Sayt yazır ki, Ermənistanda miqrasiyanın səviyyəsi Sarkisyanın hakimiyyəti dövründə 2016-cı ildə ən yuxarı həddə çatıb - 48.200 nəfər. Aydındır ki, bunun əsas səbəbi həmin ilin aprelində Qarabağda başlayan döyüşlər və Ermənistan ordusunun ağır zərbə almasıdır.

Sayt yazır ki, Sarkisyan ötən il çıxışlarından birində ölkə əhalisinin sayının 2040-cı ildə 4 milyona çatdırılması vəzifəsini elan edib. Lakin bu ağlasığmaz rəqəmdir. Çünki ölkədə doğuşun səviyyəsi ildən-ilə aşağı düşür. Ötən il dünyaya gələn uşaqların sayı Sarkisyanın hakimiyyəti dövründə ən aşağı olub-cəmi 37 min 700 nəfər.  BMT-nin Əhali Fondunun hesabalamalarında isə deyilir ki, bu gedişlə 2040-cı ildə Ermənistan əhalisinin sayı 2.5 milyon nəfərə qədər azalacaq. Yaxud  Ermənistanın dövlət borcu bu ilin yanvarına olan məlumatlara görə 6.8 milyard dollara yaxınlaşır. Bunun 5.5 milyard dolları xarici borcdur. Ölkə 2019-cu ilə 7 milyard dollarlıq borcla daxil olacaq. Sayt bütün bu sosial-iqtisadi amillərin Ermənistanda əhali artımına imkan vermədiyini, Sarkisyanın proqnozunun tamamilə qeyri-real olduğunu bildirir. Amma diqqət ona yetirilir ki, indi bütün bu məsələlərə görə məsuliyyəti təkcə Serj Sarkisyan yox, həm də Armen Sarkisyan daşıyacaq. Fikirlər səslənirp ki, bu məsələdə Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin necə olacağı da xüsusi müzakirə mövzusudur. Çünki Serj Sarkisyan burada yenə məsuliyyət bölgüsünə gedir və Qarabağ məsələsində hansısa güzəştli addımın məsuliyyətini daha çox Armen Sarkisyanın üzərinə qoya bilər. Bu mənada “EADaily” portalı Qarabağ məsələsində Ermənistanda müəyyən dəyişikliklərin olmasını istisna etmir.  Bütün bunlar fonunda müxalfiət Serj Sarkisyanın baş nazir olmasının qarışısıın almağı düşünür. Parlamentdə təmsil olunan müxalif “Yelk” blokundan olan deputat Nikol Paşinyan bu xüsusda bildirir: “Biz hazırda buna qarşı addımları müzakirə edirik. Mən əllərimi yanıma salıb Sarkisyanın baş nazir olmasını izləyə bilmərəm. Ermənistan xalqı artıq hakimiyyət dəyişikliyi ilə bağlı böyük imkanı əlindən verib, lakin bu, son imkan deyil”. Lakin iddailar da  səslənir ki, Serj Sarkisyan yenə güc yolu ilə istəyinə nail olacaq. Xatırladaq ki, Sarkisyan Ermənistan prezidentliyinə 1 mart qırğını sayəsində gəlib. Belə ki, o, prezident seçildikdən sonra ölkədə Levon Ter Petrosyanın rəhbərliyi ilə müxalifətin mitinqi keçirilib. Hökumət isə bu mitinqi dağıtmaqdan ötrü kütləyə odlu silahdan atəş açmaq əmri verib, nəticədə 10 dinc sakin həlak olub, 230 nəfər yaralanıb. Bu hadisəlrin yenidən təkrarlanması tamamilə gözlənilən sayılır.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ