Cümə axşamı günü, 12 noyabr 2026
     

Moskva Qarabağ məsələsində “Kazan düsturu”nu yenidən işə salmağa hazırlaşır

Image


Artıq beynəlxalq ictimaiyyətə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ölkələrə də dəqiq məlumdur ki, yaxın tezlikdə konfliktin dinc yolla həlli istiqamətində əməli addımlar atılmasa, Azərbaycan ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək məcburiyyətində qalacaq.

Bu zaman yaranan vəziyyətə görə bütün məsuliyyət problemin dinc yolla həllinə maneə yaradan əsas tərəf kimi Ermənistanın üzərinə düşəcək. Hadisələrin bu səpkidə gözlənilən inkişafı vasitəçi ölkələri, o cümlədən Ermənistanın ağası sayılan Rusiyanı da ciddi şəkildə narahat etməkdədir. Məhz belə bir vaxtda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamaları xüsusi diqqət cəlb edir.

Sergey Lavrov qeyd edir ki, Qarabağ münaqişəsinin tərəfləri danışıqlarda irəliləyişin əldə edilməsi üçün bir-birinə qarşı inamzıslıqdan imtina etməli, 2011-ci ildə keçirilmiş Kazan sammitinin razılaşmalarından istifadə etməlidirlər.

O, Qarabağ münaqişəsinin həllinin vacib olduğunu da xüsusi olaarq vurğulayıb: “Ən vacibi inamsızlıqdan çəkinmək və həqiqi, praqmatik ideyalarda cəmləşməkdir”. Onun sözlərinə görə, bu ideyaları kağız üzərində rəsmiləşdirmək lazımdır. Rusiyanın xarici işlər naziri qeyd edib ki, Kazan sammitinin bir çox müddəaları hələ də aktuallığını itirməyib. Çox maraqlıdır ki, bu məsələyə eyni qaydada Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov da toxunub. Markov hesab edir ki, Qarabağ münaqişəsinin həllinin tezləşməsinə diqqət artmalıdır: “Münaqişənin nizama salınması üzrə bazanın hazırlandığını da qeyd etməliyəm. Dəfələrlə bildirilib ki, masada həll variantları var. Hər şeydən əvvəl “Kazan düsturu”nu reallaşdırmaq mümkündür”. 

Qeyd edək ki, 8 il əvvəl Rusiyanın o vaxtkı prezidenti olan Dmitri Medvedyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü keçirilmişdi. Bu görüşdən sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı "Kazan düsturu" gündəmə gəldi. Bu plana görə, öncə Dağlıq Qarabağətrafı rayonlar Azərbaycana qaytarılır, qaçqınlar qayıdır, daha sonra Qarabağın müvəqqəti statusu müəyyən olunur. “Kazan düsturu”, demək olar ki, Minsk Qrupu həmsədrləri tərəfindən tərtib olunub danışıqlar masasına qoyulan “Madrid prinsipləri”nə çox yaxındır. Hər iki həll modeli münaqişənin Azərbaycanın ərazi bütövlüyü saxlanmaqla çözümünü nəzərdə tutur. Sadəcə, Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən problemin həlli uzanır. Vəziyyət bu şəkildə davam edəcəyi təqdirdə isə Qarabağ məsələsinin güc yolu ilə həlli qaçılmaz sayılır. Elə Sergey Markov da bu durumda Qarabağda “aprel müharibəsi” ssenarisinin təkrarlanacağını istisna etmir: “Ermənistanın parlament üsul-idarəsinə keçidi Qarabağ münaqişəsi ilə bağlı siyasətində heç bir dəyişikliyə səbəb olmayacaq. Böyük ehtimalla, Serj Sarkisyan baş nazir olacaq və hakimiyyəti əlində saxlayacaq. Lakin onun xalq arasında nüfuzu aşağıdır. Bu baxımdan, seçkiqabağı kampaniyada və seçki dövründə Qarabağda gərginlik yarada biləcəyi istisna deyil. Bütövlükdə vəziyyət gözlənilməz məcrada inkişaf edə bilər. Digər tərəfdən, Ermənistanda rəhbərlik dəyişsə belə Qarabağla bağlı ictimai rəyə hesablanmış sərt ritorika davam edəcək”. Sergey Markov Bakının bu vəziyyətlə barışmayacağını və bunu Rusiyada da yaxşı bildiklərini qeyd edir. O bildirib ki, Rusiyanın məqsədi indi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində kompromisə çatmaqdır: “Bu kompromis hər kəsi qane etməlidir. Bu kompromis ölkə daxilində geniş müzakirə edilməlidir. “Kazan düsturu” münaqişənin həllində yaxşı addımdır. Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, hər zaman alışa bilər. Ona görə də biz münaqişənin həll edilməsi istiqamətində səylərimizi artırmalıyıq”.

Erməni politoloq Levon Şirinyan da bildirir ki, məsələnin həllinin uzanması və bu səbəbdən çözümün hərbi müstəviyə keçməsi İrəvan üçün yaxşı nəticələrə gətirib çıxarmayacaq: “Tezliklə münaqiqşənin həlli istiqamətində zəruri addımlar atılmasa, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində çox gərgin vəziyyət yaranacaq”. Onun sözlərinə görə, imkan olan kimi rəsmi Bakı aprel döyüşlərini təkrar edəcək: “Ermənistanın iqtisadi, siyasi müttəfiqi və sponsoru olan Rusiya rəsmi İrəvanla strateji vəzifələri müzakirə edərək həll etməyib. Ermənistan tərəfi ölkədə ciddi islahatlar aparmalıdır. Hakimiyyətdə intellektual olmaq lazımdır. Amma biz bunları görmürük”. Münaqişə hərbi müstəvidə həll olunacağı halda Ermənistanın çox böyük itkilərlə üzləşəcəyinə dair Azərbaycan da qarşı tərəfə tez-tex xəbərdarlıqlar edir. Bunu şərtləndirən əsas amil isə, heç şübhəsiz, ordumuzun düşmən üzərində böyük üstünlüyüdür. Azərbaycan Ordusunun birlik komandiri, 2016-cı il aprel döyüşlərinin qəhrəmanlarından olan general-mayor Mayis Bərxudarov bu xüsusda bildirir: “Ermənilər özləri də deyirlər ki, biz Azərbaycanın qarşısında heç bir şəkildə dura bilmərik. Bu gün İrəvanın mərkəzinə qədər vurmağa qadir ağır artilleriyamız var. Xankəndini də vura bilərik, Şuşanı da – düşməndə olan torpaqların hər nöqtəsinə zərbə endirə bilərik. Düşmənin yalnız “İsgəndər”i var. Hərçənd, heç onun da ona məxsus olub-olmadığı bəlli deyil. Düşmən ordusunun ondan istifadə etməyi bacarıb-bacarmaması da ayrı bir sualdır. Amma düşmən elə sürpriz silahlarla qarşılaşacaq, Azərbaycanın elə gücü ilə üzləşəcək ki, inanın, o həmin erməni cəmiyyətindəki ağıllı adamlar qalxıb nə vaxtsa bu barədə xəbərdarlıq etdiklərini dilə gətirəcəklər. Bir söz deyə bilərəm ki, növbəti döyüş əməliyyatlarında düşmən canlı qüvvə də itirəcək, texnika da və biz torpaqları qeri qaytaracağıq. Bunu mən əminliklə deyə bilərəm. Cənab Prezidentin qayğısı ilə aprel döyüşlərindən sonra bölgədə bir neçə dəfə üstünlüyə malik olmağımız və gələcək döyüş üçün vacib olacaq bütün silah-sursatın, texnikanın bizə verilməsi ondan xəbər verir ki, biz hər dəqiqə, hər an bunu müəvəffəqiyyətlə yerinə yetirməyə qadirik. Düşmən bu gün bizimlə müqayisə olunacaq səviyyədə deyil. İstər canlı qüvvəsi, istər texnikası, istərsə də silah-sursatı müqayisə olunacaq səviyyəyə malik deyil. Onların resursları yoxdur. Özləri də bunu hiss edirlər və ilk səhv addımı atacaqları təqdirdə başlarına hansı oyunun gələcəyini çox yaxşı bilirlər”.

Yeri gəlmişkən qeyd edək ki, elə ermənilər özləri də Azərbaycanın onlara güclü zərbə endirmək iqtidarında olduğunu açıq etiraf edirlər. Bura təkcə Azərbaycanın zəbt olunmuş ərazilərindəki hərbi obyektlər yox, Ermənistanın öz daxilindəki hissələr də daxildir. Özü də düşməni bu xüsusda daha çox qorxudan Azərbaycan ordusunun Naxçıvanda cəmləşdirilmiş və müasir silahlarla təchiz edilmiş birləşməsidir. Son məlumatlar da göstərir ki, Ermənistan hərbi-siyasi dairələri əvvəllər Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun artan gücü ilə bağlı özünü görməzliyə vurmağa çalışırdısa, son vaxtlar düşmən ölkədə “Naxçıvandan qaynaqlanan hərbi təhdid” barədə getdikcə açıq danışmağa, narahatlıq ifadə etməyə başlayıblar. Ermənistanda hakim koalisiyanın ortağı olan ”Daşnaksütyun” partiyasının lideri Kiro Manoyan isə Naxçıvan məsələsində həm də Azərbaycanın Türkiyə ilə birgə hərəkət etdiyini bildirib. Onun sözlərinə görə, Qarabağ məsələsində Azərbaycan Türkiyənin birbaşa iştirakının olmadığını göstərir, amma Naxçıvan məsələsində fərqli situasiyadır: “Naxçıvan məsələsində diqqətli olmaq lazımdır. Türkiyə və Azərbaycan Naxçıvanı hərbiləşdirir və oradan təhlükə yarana bilər. Və bu halda tamam ayrı situasiya meydana çıxacaq”. Daşnak siyasətçinin sözlərinə görə, Azərbaycan Qarabağda hücuma keçsə, Rusiyanın buna reaksiya verib-verməyəcəyi hələ sual altındadır. Naxçıvandan hücum zamanı isə həm Rusiya qarışacaq, həm Ermənistan “bütün arsenalını” işə salacaq: “Ermənistan ərazisinin istənilən hissəsinə yönəlmiş bu cür hərəkətlər belə nəticələr meydana çıxaracaq. Amma Naxçıvan istiqaməti daha təhlükəlidir. Çünki bu təhlükə ağlasığmaz nəticələrə gətirib çıxara bilər”.

Qeyd edək ki, Azərbaycan Ordusu üçün son illərdə alınan yeni silah və hərbi texnikanın bir hissəsi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna verilib. Naxçıvandakı hərbi birləşmənin sərəncamında İrəvanı darmadağın etməyə yetəcək qədər silahlar, o cümlədən müxtəlif çaplı reaktiv artilleriya sistemləri, T-90S tankları, BTR-82 zirehli transportyorları və digər zirehli texnika var. Habelə Azərbaycan Ordusunun bir neçə qırıcısı Naxçıvanda yerləşdirilib. Aydındır ki, münaqiqə yeniləndiyi halda Ermənistan hər addımda lovğalandığı “İsgəndər” raketlərini tətbiq etməyə qərar versə, o zaman Azərbaycan Ordusu da Naxçıvan istiqamətindən, İrəvan da daxil olmaqla, bu ölkə ərazisindəki strateji hədəfləri vurmaq üçün legitim haqqa sahib olacaq. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar üzrə Analitik Mərkəz də bildirir ki, Ermənistan bu reallığı nəzərə almalı, Rusiyaya çox da bel bağlamamalıdır. Qeyd olunur ki, regionda hazırkı geosiyasi hərəkətlilik, xüsusilə Rusiya-Türkiyə yaxınlaşması və Azərbaycan-Rusiya münasibətlərinin güclənməsi ona gətirib çıxarıb ki, Ermənistan Avropa İttifaqında və Birləşmiş Ştatlarda dəstək axtarır. Lakin bu xüsusda İrəvanın fəaliyytəinin iflasa uğradığı da qeyd olunur. ABŞ-ın Belarus və Gürcüstandakı keçmiş səfiri Kennet Yalovits isə xəbərdarlıq edib ki, regionda istənilən gələcək münaqişə Ermənistanla Azərbaycan arasında birbaşa müharibə ilə nəticələnə bilər. Amerikalı ekspert qeyd edir ki,  erməni hərbçiləri Azərbaycana zərbə endirməyə çalışsalar, Bakı Ermənistandakı istənilən obyektə zərbə endirəcək. Məhz bu şəraitdə Ermənistan üçün ən yaxşı çıxış yolunun sülh yolu ilə Qarabağ münaqişəsinin həllinə razılıq verməsi olduğu qeyd edilir. Əks halda Ermənistanı acınacaqlı aqibət gözləyir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ