Suriya və İrqadakı PKK terrorçuları Ermənistan üzərindən Ukrayna və Avropaya qaçırlar. Baki-xeber.com xəbər verir ki, bunu Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) sədri Göksəl Gülbəy deyib.
O, bildirib ki, Suriya və İraqda əsasən xaricdən gəlmiş PKK terrorçuları Ermənistan vasitəsilə Avropaya gedirlər. Gülbəyin bildirdiyinə görə, terrorçular Avropaya qayıtmaq üçün Ermənistanı tranzit olaraq seçiblər.
“Suriya və İraqdan geri qayıdan terrorçular Ermənistan üzərindən Ukraynaya gedirlər. Ukraynanın Avropa Birliyi ilə vizasız səyahət müqaviləsi var. Bununla Qərb ölkələri özlərinə böyük bir problem yaratmış olurlar.
Türkiyə tərəfi bu keçidləri əngəlləmək və torpaqlarından terrorçuların keçməsini dayandırmaq üçün mübarizə aparır, amma bunun tamamilə dayandırmasının mümkün olduğunu demək olmaz.
Ukrayna pasportu almaq Ukraynada çox asandır və bu səbəbdən terrorçular bu ölkəyə gedir. Əsas problem yüzlərlə terrorçunun dünyanın müxtəlif nöqtələrindən bu bölgəyə gəlməsidir.
Avropa Birliyi, Kiyevin Rusiyaya qarşı olması səbəbindən vizaları ləğv etdi, ancaq bu vəziyyət Avropa Birliyi ərazisində təhlükəsizlik probleminə səbəb olacaq” – deyə G.Gülbəy bildirib.