Cümə axşamı günü, 12 noyabr 2026
     

Qondarma “DQR”in qanunsuz mənafeləri naminə Fransanı Azərbaycanla gərginliyə çəkənlər sakitləşmir...

Image


Akif Nağı: “Prosesin qarşısı vaxtında alınmasa, bu, kütləvi xarakter alsa, sonra bizim üçün daha çətin olacaq”

 

Azərbaycan ərazisində qanusuz fəaliyyət göstərən qondarma “Dağlıq Qarabağ Respublikası”nın “xalq məclisi”nin sədri Aşot Quliyan Fransaya etdiyi səfər çərçivəsində həmin ölkənin yüksək vəzifəli şəxsləri tərəfindən qəbul edilib. Ermənistan mətbuatının verdiyi məlumata görə, Qulyan həmçinin “Artsax-Fransa” dostluq cəmiyyətinə rəhbərlik edir.

Məlumatda bildirilir ki, Aşot Qulyan aprelin 5-də Fransa Senatının və Xalq Məclisinin deputatları ilə yanaşı, həmin ölkə rəhbərliyində mühüm posta sahib olan rəsmilər tərəfindən qəbul edilib. Onu qəbul edənlər sırasında Fransa Xalq Məclisinin sədr müavini Byuro-Bonnarın, həmin qurumun “Ermənistan-Fransa” dostluq qrupunun rəhbəri  Jak Marilosyanın, Senatın “Ermənistan-Fransa” qrupunun rəhbəri Jilber-Lyuk Devinazın adlarını çəkmək olar. Həmin görüşlərdə Aşot Qulyan bildirib ki,  təmsil etdiyi “Artsax” Fransa ilə bütün sahələr üzrə əməkdaşlığın qurulmasına yüksək dəyər verir və bunu prioritetlər sırasına aid edir. Qondarma qurum rəsmisi bildirib ki, Paris və Xankəndində təşkil edilən görüşlərin formatları isə münasibətlərin daha da dərinləşməsinə, təcrübə mübadiləsinə kömək edir: “Bu xüsusda biz  “Fransa-Artsax” qrupunun fəaliyyətinə böyük önəm veririk. Hansı ki, bizim üçün Fransaya açılan pəncərə rolunu oynayır”.

Vurğulanır ki, Fransız parlamentarilər Aşot Qulyana Dağlıq Qarabağ münaqişəsinin real vəziyyəti və həlli perspektivləri haqda suallar veriblər. Qulyanla yanaşı, erməniləri həmin görüşlərdə “Artsax” “parlamenti”nin “Vətən” fraksiyasının rəhbəri Artur Tovmasyan, Martuni (Xocavənd) şəhərinin meri Mqer Xaçaraturyan, qondarma qurumun Fransadakı təmsilçisi Ovanes Qevorkyan, Ermənistanın Fransadakı səlahiyyətli nümayəndəsi Levon Amirdjanyan təmsil ediblər. Qondarma qurumu təmsil edən nümayəndə heyətinin Fransadakı səfər proqramı davam edir.

Qeyd edək ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılan vasitəçilik missiyasına həmsədrlik edən  ölkələrdən biridir. Onun rəsmilərinin bu cür davranışları həmin missiyanın üzərinə kölgə salır və Parisin separatçılara göstərdiyi qayğının təzahürü kimi dəyərləndirilə bilər. Dəfələrlə Azərbaycanın rəsmi etirazlarına baxmayaraq, təəssüflər olsun ki, Fransa qondarma quruma göstərdiyi diqqət və açıq dəstəkdən əl çəkmir. Əksər hallarda Fransa hökuməti bu cür davranışların onların rəsmi mövqeyi kimi yozulması ilə razılaşmayıb. Bəs hazırkı vəziyyət necə izah oluna bilər? Fransanın qanunverici orqanının sədr müavini və digər rəhbər şəxsləri separatçılardan ibarət nümayəndə heyətini rəsmi səviyyədə qəbul edirsə, bunun adını nə qoymaq olar?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə bildirdi ki, Fransanın bu hərəkətinə artıq hansısa başqa don geydirilməsi mümkün deyil: “Bilirsiniz ki, Fransa adətən ortaya belə məsələlər çıxanda vəziyyətdən müxtəlif bəhanələrlə çıxmağa çalışır. İndiki vəziyyət isə acınacaqlıdır. Qondarma qurumun bir nümayəndə heyətinə Fransada dövlət səviyyəsində diqqət göstərilib. Mən bunu Fransanın münaqişəyə olan dövlət mövqeyi kimi dəyərləndirirəm.  Məlumata rast gəldim ki, bizim Xarici İşlər Nazirliyi bununla bağlı nota verməyə hazırlaşır. Düz edirlər, hətta bir az da sərt mövqe ortaya qoyulmalıdır. Artıq ermənilər təhlükəli bir mərhələyə start veriblər. Onlar faktiki olaraq qondarma rejimin tanıdılması işinə girişiblər. Mən deyərdim ki, hətta müəyyən nəticələrə də imza atıblar. Bir müddət əvvəl qondarma rejimin rəhbəri ABŞ-a səfər edib Konqresdə görüşlər keçirdi. İndi də onun nümayəndəsi sayılan Qulyan ermənilərin daha çox məskunlaşdığı Fransaya səfər edir və yüksək səviyyədə qəbul edilir. Fransa hökuməti bu məsələyə birmənalı şəkildə aydınlıq gətirməlidir. “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” kimi bəyanatlarla bu cür münasibət bir araya sığmır və bizə kifayət etmir. Azərbaycan hakimiyyəti bu cür dövlətlərə münasibətdə daha sərt olmalıdır. Yeri gəlsə, diplomatik əlaqələrin kəsilməsinə gedilməlidir. Çünki prosesin qarşısı vaxtında alınmasa, bu, kütləvi xarakter alsa, sonra bizim üçün daha çətin olacaq. Artıq ermənilər bu istiqamətdə ciddi maliyyə də xərcləyirlər.  Yalnız dövlət deyil, cəmiyyət də məsələyə sərt reaksiya verməlidir. Biz artıq Fransa Səfirliyinin qarşısında bu məsələ ilə bağlı etiraz aksiyası keçirməyi planlaşdırırıq. Fransanın bu cür davranışı ATƏT-in Minsk Qrupuna olan mənfi münasibəti bir qədər də pisləşdirmiş oldu. Onlar açıq şəkildə ermənilərin tərəfini saxlayırsa, hansı güvəndən söhbət gedə bilər?”

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ