Cümə axşamı günü, 12 noyabr 2026
     

50 güclü ordudan biri, Azərbaycan silah ixracatçısına çevrilib – Ermənistan xoşluqla yola gəlməsə...

Image


Azərbaycanın hərb müstəvisində işğalçı Ermənistanla müqayisədə kifayət qədər böyük üstünlüyə malik olması Dağlıq Qarabağ münaqişəsi həllini güc yolu ilə tapacağı təqdirdə nəticələrin necə olacağını bəri başdan təsəvvür etməyə imkan verir. Elə bu səbəbdən Ermənistan hamilərinin vasitəsilə əsas diqqəti buna yönəldib ki, Azərbaycan ərazi bütövlüyünün bərpası məsələsində güc amilindən istifadə etməsin. Lakin rəsmi Bakı ən yüksək səviyyədə bildirir ki, danışıqlar istənilən nəticəni verməyəcəyi təqdirdə zəbt olunmuş ərazilərin məhz güc yolu ilə azad olunması hüququndan istifadə edəcək. 

Belə bir vaxtda isə Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə  müsahibəsində səsləndirdiyi fikirlər Ermənistan üçün növbəti sərt hərbi xəbərarlıq kimi dəyərləndirilir. Azərbaycanın müasir silahlarla təchiz olunmuş ordusu barədə danışarkən dövlət başçısı bildirib: “Biz bu məsələni daim diqqət mərkəzində saxlayırıq və ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi əsas prioritetlərdən biridir. Bu istiqamətdə çox iş görülüb. Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Biz silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə, əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Əlbəttə ki, çoxsaylı təlimlər və treninqlər bizdə hələlik mövcud olan çatışmazlıqları göstərir. Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli möhkəmlətmişik. Bizim bütün hərbi bazalarımızın və hərbi şəhərciklərimizin 80 faizindən çoxu əslində yenidən inşa edilib. Qarşıdakı illərdə biz maddi-texniki baza ilə bağlı prosesi tam başa çatdıracağıq. Təbii ki, qarşıdakı illərdə biz hərbi quruculuq işi ilə fəal məşğul olacağıq. Silahların alınması məsələsinə gəldikdə, bu iş daha böyük seçim əsasında, daha konkret aparılacaq, müvafiq məsələlərin həlli üçün həyata keçiriləcək. Bununla paralel olaraq, təqribən 10 il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Ona görə ki, o vaxta qədər biz hərbi məhsullar istehsal etmirdik. Bu gün isə belə məhsulları nəinki istehsal edir, həm də ixrac edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu məhsullar beynəlxalq standartlara uyğundur və bizim bir sıra göstəricilər üzrə idxaldan asılılığımızı azaldır, həmçinin yaxşı ixrac potensialı yaradır. Belə ki, Azərbaycan silah ixrac edən ölkəyə çevrilir“. Bütün bunlar hərb müstəvisində Azərbaycanın Ermənistanla müqayüisədə kifayət qədər böyük üstünlüyə malik olmasını göstərən vacib faktorlar hesab edilir. Çünki Azərbaycan ordusunu müasir hərbi texnika ilə təmin etdiyi halda Ermənistan bu imkanlardan məhrumdur. Ölkənin silah ala bildiyi yeganə tərəf Rusiyadır. Rusiyadan isə silahları Ermənistan yalnız Kremlin ayırdığı kreditlər hesabına əldə edir. Erməni mediası və ekspertləri özləri etiraf edir ki, Kreml onlara əsas etibarı ilə köhnə və istismardan çıxmış texnikanı satır. Bütün bunlar bir daha iki ölkənin orduları arasında fərqi açıq şəkildə meydana qoyur.

Rusiyalı hərbi ekspert Pavel Felgenhauer də hərb müstəvisində Ermənistanın Azərbaycandan çox geridə qaldığını vurğulayır. “Moskva-Baku” portalına müsahibəsində rusiyalı hərbi ekspert diqqətə çatdırır ki, ordunun müasir texnika ilə təminatı baxımından fərq birmənalı şəkildə Azərbaycanın lehinədir: “Ermənilərin silahlı qüvvələri müasir deyil. Bəzi böyük olmayan yenilənmələr var. Müasir nəsə peyda olub, amma ümumilikdə Ermənistanda sovet ordusunun xüsusiyyətləri qorunub saxlanır. Yəni bu ordu SSRİ-nin 80-ci illərdə Əfqanıstan müharibəsi dövründəki ordusuna bənzəyir. Hərbi-texniki baxımdan qüvvələr balansı daha çox Azərbaycanın xeyrinə dəyişib. Yeni əlavə silahlar peyda olub. İki il ərzində mövcud olan şeyi yaxşı mənimsəmək olar. Almaq azdır, həm də bundan istifadə etməyi bacarmaq lazımdır. İki il əvvəl Azərbaycan ordusunun sürətli hücumu göstərdi ki, Azərbaycan təkcə müasir silahlar almayıb, həm də onu yaxşı mənimsəyə bilib. Məsələn, bu ordu İsrailin “Spayk” raketlərindən istifadə edir. Ermənistanda buna bənzər, hətta buna yaxın olan heç nə yoxdur. Bunlar üçüncü nəsil tank əleyhinə raketlərdir. Bu nəslə aid raketlər Rusiyada da yoxdur. Onları israillilərdən başqa yalnız amerikalılar buraxa bilir. ABŞ-ın “Javelin” raketləri var, amma “Spayk” bir sıra sahələrdə ABŞ raketini üstələyir. Ermənilər üçün iki il əvvəl xoş olmayan “Spayk” kimi raketlər ucbatından itki vermələri idi. Güman etmək olar ki, İrəvan özünün çatışmazlıqlarını daha yaxşı başa düşəcək. Azərbaycanın texniki üstünlüyü qorunub saxlanır. Bakı İrəvana nisbətdə bunun üçün daha çox pul xərcləyir. Görünür, bu pullar hədər yerə xərclənmir, alınan silahlar effektiv olur”.

Onun sözlərinə görə, ABŞ CAATSA qanununu Azərbaycana təhdid vasitəsi kimi istifadə etməyəcək. Xatırladaq ki, 2017-ci ilin iyulunda Konqresdə qəbul olunan “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət göstərmək haqqında” (CAATSA) qanuna əsasən, Rusiya şirkətləri ilə böyük həcmdə əməkdaşlıq edən, bu ölkədən iri məbləğdə maliyyə vəsaiti hesabına silah alan üçüncü ölkələrin uyğun qurumları və şirkətləri də ABŞ-ın sanksiyasına məruz qalacaq. Yeri gəlmişkən, bu ilin yanvarında Rusiyanın 33 təşkilatına qarşı məhdudlaşdırıcı tədbirlər qüvvəyə minib. Həmin şirkətlərin çoxu Rusiya Hərbi Müdafiə Sənayesi Kompleksinə aiddir.  Ekspertlər bunların Ermənistana təsirinin qaçılmaz olduğunu bildirir.  Azərbaycana gəldikdə isə vəziyyət fərqlidir. Pavel Felgenhauer bu xüsusda bildirir: “Amerikada kifayət qədər güclü erməni lobbisi var. Azərbaycan isə çox vacib ölkədir və onun vacibliyi İran ətrafında yaranan vəziyyətə görə daha da artır. Tramp İranla nüvə razılaşmasını ləğv etmək istəyir. Digər tərəfdən isə Vaşinqtonda Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi böyük şərəflə qəbul edilir. İran problemi hər zaman vacib olub, amma indi bu vaciblik artıb. Bakı Tehranla yaxşı münasibətlərini qoruyub saxlayır, amma digər tərəfdən o, İsrail və ABŞ-la da yaxşı münasibətləri dəstəkləyir. Bunun ola bilməyəcəyini demək olmaz. ABŞ bundan sonra Azərbaycanla mübahisəyə girəndə 10 dəfə düşünməli olacaq. Amerikalılar şəxslər qismində nəsə deyə bilərlər, amma inanmıram ki, Bakı ilə açıq mübahisəyə gedəcəklər. Onlar çalışacaqlar ki, Bakının Rusiya ilə imzaladığı silah razılaşmalarına diqqət yetirsinlər. Amma Bakıya qarşı heç bir addım atılmayacaq. Ermənistana gəldikdə isə, burada vəziyyət fərqlidir”. Bundan əvvəl digər rus hərbi ekspert Aleksandr Perenciyev də Ermənistanın Rusiyadan ABŞ sanksiyaları üzündən silah almasının çətinləşəcəyiən dair xəbərdarlıqal çıxış edib. Onun sözlərinə görə, ümumiyyətlə, Ermənistan rəhbərliyinin bu risqin öhdəsindən necə gələcəyi çox maraq doğurur: “Ermənistan rəhbərliyi risqin hesabatını aparmalı və bunu nəzərə almalı olacaq: Rusiya silahı almasalar, Amerika silahı alacaqlar, lakin bu artıq tamam fərqli qiymət siyasətidir. Xüsusən də Rusiyanın Ermənistana silahları daxili qiymətlərlə satdığı nəzərə alınarsa. Demək ki, Amerikadan keyfiyyətli silah almaq alınmayacaq və məncə Ermənistan, sanksiyalara baxmayaraq, Rusiyadan silah almağa davam edəcək. Bu da Ermənistanın ABŞ sanksiyaları altına düşməsinə əsas yaradacaq”. Bütün bunlar o qənatəi yaradır ki, qarşıdakı dövr ərzində silahla təminat məsələsində erməni ordusunun vəziyyəti daha da pisləşəcək. Bu da öz növbəsində hərb müstəvsində Azərbaycan və Ermənistan orduları arasında fərqin daha böyük sürətlə böyüməsinə təkan verən növbəti amillərdən sayılır. Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan isə vurğulayır ki, hadisələrin bu səpkidə inkişafı Qarabağ məsələsində İrəvanın mövqelərinin daha da zəifləməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, ölkəsi üçün daha bir problemli məsələ Rusiyanın Azərbaycan və Türkiyə ilə daha çox yaxınlaşmasıdır. Rusiya prezidenti Vladimir Putinlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın görüşünü şərh edən Vaqarşak Arutyunyan bildirir: “Rusiya Türkiyənin ABŞ və Avropa Birliyi ilə ciddi problemlərinin olduğunu anlayıb, bu əlaqələri daha da zəiflətmək üçün hər şeyi edir. NATO üzvü olan, NATO-da ikinci ən böyük orduya sahib olan dövlət indi bütün münasibətləri yoluna qoymağa çalışır ki, öz problemlərini həll edə bilsin. Burada gələcəkdə nəyin olacağını təxmin etmək çox çətindir. Hazırda mən burada Ermənistana qarşı heç bir təhlükə görmürəm. Türkiyə öz problemlərini həll etməyənə qədər Azərbaycanı hərbi əməliyyatlara həvəsləndirməyəcək. İndiki zamanda müharibə Rusiya üçün sərfəli deyil. Moskva Avropa ilə konfliktə girib, Ukrayna ilə problemləri var və buna paralel olaraq bu cəbhədə də müharibə başlasa, onun düşdüyü situasiya çox çətin olacaq. Amma nəzəər almaq lazımdır ki, Türkiyə Rusiyanın Qarabağ yanaşmasına təsir edəcək. Bütün bunlar isə Ermənistan üçün çox böyük problemələr yol aça bilər”.

Qeyd edək ki, Putinlə Ərdoğanın son görüşündən sonra İrəvanda ciddi ictimai narahatlıq hökm sürür. Bəzi ekspertlər isə yaxın müddətdə Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaya biləcəyini qeyd edir. Hesab olunur ki, bu zaman Bakının Ankara və Moskvadan da dəstək alması fonunda İrəvanın qısa zamanda məğlubiyyəti qaçılmaz olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ