Cümə axşamı günü, 12 noyabr 2026
     

Prezident Əliyev Azərbaycanda yeni siyasi islahatlar vəd etdi

Image


Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana geniş və maraqlı müsahibə verib. Müsahibənin bəzi məqamlarını oxucularımıza təqdim edirik:

- Cənab Prezident, İlham Heydər oğlu, Sizinlə görüşmək imkanına görə çox sağ olun. Biz Sizinlə Azərbaycanda prezident seçkilərinə bir neçə gün qalmış görüşürük. Bu beş ilə yaxın müddət çox tez keçdi. Düşünürəm ki, Sizin üçün bu illər bəlkə də bir an kimi keçdi. Amma hər halda, bu son beş ilin Sizin üçün, ölkəniz üçün nə ilə əlamətdar olduğunu bir neçə kəlmə ilə deyərdiniz, hərçənd, bunu bir neçə kəlmə ilə ifadə etmək, yəqin ki, çətindir.

- Mənim fikrimcə, əsas məsələ ondan ibarətdir ki, bu illər ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib. Nəzərdə tutduqlarımızın hamısı yerinə yetirilib. Bizim nailiyyətlərimiz beynəlxalq strukturlar tərəfindən də qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Elə həmin Davos Forumunun inklüziv inkişaf indeksinə görə isə biz inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tuturuq. Bizdən irəlidə yalnız 30 inkişaf etmiş ölkə və iki inkişaf etməkdə olan ölkə var. Yəni mən düşünürəm ki, Davos Dünya Forumunun verdiyi bu qiymət bizim nəyə nail olduğumuzu hər şeydən yaxşı nümayiş etdirir. Biz iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olmuşuq, yüz minlərlə yeni iş yeri yaradılıb, Azərbaycanda işsizlik təxminən beş faiz səviyyəsindədir. Yoxsulluğu da xeyli azalda bilmişik. Bu gün yoxsulluq göstəricisi 5,4 faiz həddindədir. Bütün bunlar bizim son illərdə həyata keçirdiyimiz və sanballı səmərə vermiş sosial-iqtisadi siyasətin nəticəsidir.

- Siz iqtisadiyyat barədə danışdınız və bu çox vacibdir. Amma hər halda, tarix baxımından Azərbaycan gənc ölkədir. Əslində, inkişaf etmiş siyasi sistemə malik bir dövlət kimi Azərbaycanın hələ 30 yaşı da yoxdur. Siz Azərbaycanda hansı siyasi islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf üçün, ölkədə siyasi islahatlar üçün daha nə etmək lazımdır?

- Şübhəsiz, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir və mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrdə bu istiqamətdə çox iş görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Biz Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərimizə öhdəliklər götürmüşük və zənnimcə, bunun öhdəsindən inamla və uğurla gəlirik. Hərçənd, əlbəttə ki, əlavə səylər tələb edən məsələlər də var və biz bu istiqamətdə işləyirik. Biz siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndiririk. Hesab edirik ki, müstəqilliyin iyirmi altı ili ərzində bizim tariximiz, Azərbaycanın gənc müstəqil dövlət kimi təşəkkülü, ölkəmizin coğrafi yerləşməsi və bizim regionda mövcud olan və yarana biləcək risqlər nəzərə alınmaqla mümkün olan maksimum işlər görülüb.

Bizim hələ inkişaf etdirməli olduğumuz istiqamətlər arasında ictimai nəzarətin gücləndirilməsini qeyd etmək istərdim. Mən bu barədə dəfələrlə fikrimi söyləmişəm və vətəndaşları dəyişikliklərin həyata keçirilməsinə nəzarət məsələsində daha fəal olmağa çağırmışam. Ona görə ki, Azərbaycanda sosial-iqtisadi inkişaf, infrastrukturun inkişafı baxımından çox iş görülür və bəzən ictimai nəzarətin yetərincə olmaması pozuntulara və nəzərdə tutulan planların ləngiməsinə gətirib çıxarır. Bundan əlavə, əlbəttə, biz Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik. Biz açıq ölkəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik.

Azərbaycan yeni dünya rekordunu müəyyən etdi...

- İlham Heydər oğlu, Siz Azərbaycanın iqtisadiyyatda qazandığı uğurların ekspertlər tərəfindən yüksək qiymətləndirilməsindən danışanda, əlbəttə, bu ilk növbədə Azərbaycanın iqtisadi müstəqilliyinin nəticəsidir. Bu iqtisadi müstəqilliyin təməli Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulub. Lakin belə demək ədalətli olardı ki, tam iqtisadi müstəqillik, sözün həqiqi mənasında, son beş ildən bir qədər artıq müddətdə qazanılıb. Bununla əlaqədar Siz sosial-iqtisadi inkişafın hansı istiqamətlərini daha prioritet hesab edirsiniz? Sizin fikrinizcə, Azərbaycan hansı sahələrdə daha böyük uğurlar qazanıb, hansı istiqamətləri isə hələ inkişaf etdirmək lazımdır?

- Bəli, Siz tamamilə haqlısınız. Bizim fəaliyyətimizin başlıca istiqamətlərindən biri iqtisadi müstəqilliyin tam təmin edilməsi olub, bu, siyasi müstəqilliyin əsasıdır. Ona görə ki, ölkə iqtisadi cəhətdən asılıdırsa, müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzləşir. Buna görə də bu bizim fəaliyyətimizin başlıca istiqaməti olub və bu gün Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir. Bir neçə rəqəm göstərə bilərəm: son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, zənnimcə bu, dünya rekordudur. Çox böyük investisiya layihələrinə baxmayaraq, bizdə xarici borcun sabitləşdirilməsi üzrə də iş aparılıb. Bu gün xarici borc ümumi daxili məhsulun təxminən 20 faizinə bərabərdir. Mən qarşıdakı illərdə bu borcun xeyli azaldılması barədə göstərişlər vermişəm. Azərbaycanın valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun həcminə bərabərdir. Başqa sözlə desək, biz istəsək bir neçə gün və ya bir neçə ay ərzində bütün borcları ödəyə bilərik. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər sabitdir və bizim həyata keçirdiyimiz investisiya layihələri, əlbəttə ki, əlavə mənfəət gətirəcək. Onu da qeyd etməliyəm ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub.

Azərbaycan silah satan ölkəyə çevrilir

- Xəritəyə baxanda görünür ki, Azərbaycan, belə deyək, dünyanın heç də ən sakit regionunda yerləşmir, onun yaxınlığında və ya ondan azacıq uzaqda müxtəlif münaqişələr baş verir və düşünürəm ki, bu, müəyyən qədər narahatlıq doğurur, eyni zamanda, ölkənin müdafiə qabiliyyətini möhkəmlətməyi zəruri edir. Bilirəm ki, ordunun möhkəmləndirilməsi üçün çox iş görülməsi barədə Siz özünüz də dəfələrlə danışmısınız. Bu gün Azərbaycanın müasir silahlarla təchiz olunmuş müasir ordusu var. Ölkənin həqiqətən, Siz demişkən, etibarlı şəkildə müdafiə olunması, bu istiqamətdə möhkəmlənmək üçün daha hansı işlərin görülməsini vacib hesab edirsiniz?

- Bəli, siz haqlısınız. Biz bu məsələni daim diqqət mərkəzində saxlayırıq və ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi əsas prioritetlərdən biridir. Bu istiqamətdə çox iş görülüb. Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Biz silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Əlbəttə ki, çoxsaylı təlimlər və treninqlər bizdə hələlik mövcud olan çatışmazlıqları göstərir. Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli möhkəmlətmişik. Bizim bütün hərbi bazalarımızın və hərbi şəhərciklərimizin 80 faizindən çoxu əslində yenidən inşa edilib. Qarşıdakı illərdə biz maddi-texniki baza ilə bağlı prosesi tam başa çatdıracağıq. Təbii ki, qarşıdakı illərdə biz hərbi quruculuq işi ilə fəal məşğul olacağıq. Silahların alınması məsələsinə gəldikdə, bu iş daha böyük seçim əsasında, daha konkret aparılacaq, müvafiq məsələlərin həlli üçün həyata keçiriləcək. Bununla paralel olaraq, təqribən 10 il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Ona görə ki, o vaxta qədər biz hərbi məhsullar istehsal etmirdik. Bu gün isə belə məhsulları nəinki istehsal edir, həm də ixrac edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu məhsullar beynəlxalq standartlara uyğundur və bizim bir sıra göstəricilər üzrə idxaldan asılılığımızı azaldır, həmçinin yaxşı ixrac potensialı yaradır. Belə ki, Azərbaycan silah ixrac edən ölkəyə çevrilir.

Azərbaycan xarici siyasətini dəyişməyəcək

- Azərbaycan çoxvektorlu xarici siyasət yürüdür. Hamı görür ki, Azərbaycanın xarici siyasi mövqeləri ilbəil möhkəmlənir. Bir neçə il bundan əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi buna sübutdur. Siz necə hesab edirsiniz, xarici siyasətin bu istiqamətlərini nə dərəcədə inkişaf etdirmək lazımdır? Sizin fikrinizcə hansı sahələrdə bəzi ləngimələr, çatışmazlıqlar var və bu gün xalqların siyasi ailəsində Azərbaycan özünü necə hiss edir?

-  Çox rahat və inamlı hiss edir. Düşünürəm ki, xarici siyasət sahəsində biz mümkün olan maksimuma çatmışıq. Sizin qeyd etdiyiniz kimi, bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, Birləşmiş Millətlər Təşkilatının üzvlərinin mütləq əksəriyyəti deməkdir. Bu onu göstərir ki, biz qısa müstəqillik dövründə dünyaya özümüzü böyük hörmət sahibi olan etibarlı ölkə kimi göstərə bilmişik. Biz xarici siyasətdə həmişə öz milli maraqlarımızı əsas götürmüşük və bu gün də belədir. Xarici siyasət daxili siyasətin davamıdır. O, daxili problemlərin həllinə kömək edir. Əlbəttə, mövqeyimiz həmişə belə olub ki, biz tərəfdaşlarımızla əlaqələrimizi qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə möhkəmlətməliyik və əməkdaşlıq yolu ilə daha sıx ünsiyyətə və qarşılıqlı anlaşmaya nail olmalıyıq. Düşünürəm ki, biz bunu edə bilmişik. Biz öz xarici siyasətimizi lap əvvəldən elə planlaşdırmamışıq ki, o, çoxvektorlu və ya hamı üçün məqbul olsun. Bizim ənənəvi tərəfdaşlarımızla prinsipial xarakterli bir sıra məsələlər barəsində fikir ayrılıqları az deyil. Lakin bu, münasibətlərin başlıca, strateji xarakterini, bu münasibətlərin həm bizim üçün, həm də tərəfdaşlarımız üçün əhəmiyyətini görməyə və nəticəyə yönəlməyə mane olmur.

Deməliyəm ki, biz beynəlxalq arenada böyük etimad qazanmışıq və bizimlə razılaşmaya bilərlər. Lakin düşünürəm ki, bizə hörmət edir və etimad bəsləyirlər. Bir daha deyirəm, bizim milli maraqlarımız ondan ibarətdir ki, bütün ölkələrlə münasibətlərimiz yaxşı olsun, lakin bu, hansısa birtərəfli güzəştlər hesabına deyil, məhz konkret nəticələrə yönəlmiş səmərəli əməkdaşlıq siyasəti nəticəsində əldə edilməlidir. Məncə bunun nəticəsi ondan ibarətdir ki, Azərbaycan həm müsəlman dünyasında çox güclü mövqeyə malikdir, həm də Avropa strukturlarında fəal iştirak edir və öz mənafelərini qoruyur. Bizim qonşularla çox yaxşı və sıx, mehriban münasibətlərimiz var, onlar da bizə yaxşı münasibət bəsləyirlər. Buna görə də bizim xarici siyasətimizdə hələ yaxşılaşdırılmalı və ya düzəliş edilməli olan istiqamətlər qalmayıb. Məncə, əsas vəzifə bu müsbət inkişaf vektorunu qoruyub saxlamaqdır. Bu, regional sabitliyin möhkəmləndirilməsinə şərait yaradacaq.

İlham Əliyevlə Vladimir Putin öz adamlarından kimlərinsə yol verdiyi qüsurları da birgə tənzimləyirlər

-  Siz Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə münasibətlərinin strateji xarakter daşıması barədə dəfələrlə danışmısınız. Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin də bu barədə danışıb, özü də dəfələrlə. Rusiyada seçkilər keçirildi. Bu vəzifəyə seçilməsi münasibətilə Rusiya Prezidentini ilk təbrik edənlərdən biri Siz oldunuz. Ekspertlərin çoxu Rusiya Prezidenti ilə Sizin münasibətlərinizin xüsusi etimada əsaslandığını deyirlər. Siz dəfələrlə görüşmüsünüz. Bununla əlaqədar Siz Rusiya-Azərbaycan, Azərbaycan-Rusiya münasibətlərinin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz? Daha nə etmək lazımdır, bu sahədə nə kimi çətinliklər var? Digər tərəfdən, bu münasibətlərin inkişafı üçün iki liderin bu cür şəxsi əlaqələrini Siz nə dərəcədə vacib hesab edirsiniz?

- Şübhəsiz, hər hansı dövlətlərarası münasibətlərdə, xüsusən qonşu ölkələr, çoxillik tarixi əlaqələri olan ölkələr arasında münasibətlərdə liderlərin şəxsi əlaqəsi həmişə mühüm rol oynayır. Əlbəttə, Prezident Vladimir Vladimiroviç Putin ilə bizim şəxsi münasibətlərimiz ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafı üçün mühüm amillərdən biridir. Bizim tez-tez baş tutan görüşlərimiz, ikitərəfli və çoxtərəfli formatda əlaqələrimiz ikitərəfli münasibətlərin, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradır. Sizin qeyd etdiyiniz kimi, bizim aramızda çox etimadlı münasibətlər var, bizdə qapalı mövzular yoxdur və bizim müdaxiləmizi tələb edən hər hansı məsələlər yarandıqda hökmən zəngləşirik və ya görüşürük və tabeliyimizdə olanlardan kiminsə yol verdiyi qüsurları tənzimləyirik. Bizim ikitərəfli münasibətlərin bu çox vacib amili dövlətlərarası əməkdaşlıqda mühüm rol oynayıb və yenə oynayır. Düşünürəm ki, çox cəhətdən bizim etimada əsaslanan şəxsi münasibətlərimiz və ölkələrimizin bir-biri üçün vacib olmasını anlamağımız sayəsində biz əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq. Bunu Rusiya da bəyan edir, Azərbaycan da.

Biz bir sıra məsələlər üzrə çox sıx qarşılıqlı əlaqə saxlayırıq. İqtisadi sahədə əmtəə dövriyyəsi artır, nəqliyyat, energetika sahələrində birgə layihələr həyata keçiririk. Humanitar əməkdaşlıq çox geniş sahədir. Azərbaycanda təhsilin rus dilində olduğu 300-dən çox məktəb var. Azərbaycanın dövlətə məxsus bütün ali məktəblərində rus dilində fakültə var. Nisbətən yaxın vaxtlarda Bakıda Rusiyanın iki aparıcı ali məktəbinin - Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları açılıb. Bu da bizim humanitar əməkdaşlığımızın mühüm amilidir. Demək istəyirəm ki, münasibətlərimiz tamdəyərlidir və düşünürəm ki, qonşular və dostlar arasında münasibətlər belə olmalıdır.

Yuxunuzun ərşə çəkildiyi gecələr olubmu?

- İlham Heydər oğlu, bilirsinizmi, Azərbaycanı sevən insanlar, onun uğurlarını izləyənlər Azərbaycanın sosial-iqtisadi sahədə, siyasi inkişafda qazandığı nailiyyətlərə görə sevinməyə bilməzlər. İndi, seçkilər ərəfəsində Siz ötən beşilliyə nəzər salaraq deyə bilərdinizmi ki, bu illər ərzində ən çətin iş nə olub? Elə hallar olubmu ki, gecələr yuxunuz ərşə çəkilib, Sizə elə gəlib ki, nə isə alınmır və daha nə etmək lazımdır? Axı, hər halda seçkilər ərəfəsində Siz bundan sonrası barədə də düşünürsünüz?!

- Səmimi deyim ki, yuxusuz gecələr tələb edəcək dərəcədə narahatlıq doğuran bir məsələni xatırlamaqda çətinlik çəkirəm. Bilirsinizmi, elə ciddi çətinlikləri yada sala bilmirəm. Əlbəttə, işdə elə məqamlar olur ki, müəyyən məyusluq keçirirsən, çünki təlimatlar və tapşırıqlar lazımınca yerinə yetirilmir. Lakin bütövlükdə bu illər ərzində bizim bütün işlərimiz plan üzrə gedib. Ona görə mən lap əvvəldən bunu əsas götürmüşəm ki, dövlətin davamlı inkişafı yalnız atılmalı addımların ardıcıllığı, onların prioritetləri düzgün planlaşdırılmış olduqda mümkündür və onlar nəticəyə yönəldilməlidir. Biz həmişə populizmdən, populist ritorikadan uzaq olmuşuq. Bəzən hətta çalışmışıq ki, özümüzü o qədər də nümayiş etdirmədən, sadəcə, ölkənin uğurla inkişaf etməsi üçün lazım olan işi görək. Bir daha deməliyəm ki, bizim daxili inkişafla bağlı məsələlər sarıdan heç bir çətinliyimiz olmayıb və düşünürəm ki, olmayacaq. Vaxtaşırı olaraq yalnız narahatlıq doğuran məsələlər regional vəziyyətlə bağlı olub: regionda vəziyyətin kəskinləşməsi bizim vətəndaşlara, ölkəmizə necə mənfi təsir göstərə bilər və bizim vətəndaşları və ölkəni risk təhlükəsindən qorumaq üçün nə etmək lazımdır. Zənnimcə, hər hansı çətinliklər barədə danışmalı olsaq, bu nümunəni göstərə bilərdim, o da yalnız o mənada ki, bu amillər bizdən asılı deyil. Bizim qərarlarımızdan və hərəkətlərimizdən asılı məsələlərlə əlaqədar heç bir çətin məqam yadıma gəlmir. Bir daha deməliyəm ki, hər işimiz plan üzrə gedib və yolun əvvəlində verdiyimiz bütün vədlər artıqlaması ilə yerinə yetirilib.

Prezidentin bölgələrdə xalqla canlı ünsiyyətlərinin xüsusi məqsədi var imiş...

- Onda, icazənizlə, bu sualı dəqiqləşdirim. Elə həftə olmur ki, Siz respublikanın rayonlarına, müxtəlif regionlara səfər etməyəsiniz. Siz insanlarla fəal görüşlər keçirirsiniz. Özünüzün haqlı olaraq dediyiniz kimi, populizm Sizə xas olan cəhət deyil. Lakin eyni zamanda, insanlar Sizə müəyyən xahişlərlə, müəyyən suallarla müraciət edirlər. Müxtəlif regionlar üzrə ümumiləşdirmə aparsaq, insanları ən çox narahat edən nədir? Onlar Sizə nə barədə müraciət edirlər?

- Bilirsinizmi, burada da həmin müraciətlərin dinamikası var. Fikrimcə bu, bizim sosial-iqtisadi inkişafımızın əsas göstəricisidir. Mənim Prezident seçildiyim ilk illərdə infrastrukturla, məktəblərin, xəstəxanaların bərbad vəziyyəti, elektrik, qaz, su təchizatının, yolların olmaması və sair məsələlərlə bağlı müraciətlər çox olurdu. Lakin bu məsələlər həll edildikcə, əlbəttə, təkliflər tamam başqa xarakter aldı. Bu gün keçdiyimiz yola nəzər salanda görürük ki, Azərbaycanda infrastrukturla bağlı praktiki olaraq bütün məsələlər həll edilib. Son 15 ildə biz 30-dan çox elektrik stansiyası istifadəyə vermişik və elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişik. Bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatacaq. Son illərdə biz hər il 100 min hektardan çox suvarılan torpağı istifadəyə veririk. Bu, kənd təsərrüfatının inkişafına güclü təkan verir. Bu il də daxil olmaqla son 15 ildə Azərbaycanda 15 min kilometr yol çəkilib. Bunlar əhalini narahat edən əsas amillər idi. Bundan əlavə, 1 milyon 400 min iş yeri açılıb. Mahiyyət etibarilə işsizlik göstəricisi azalaraq 5 faizə endirilib. Buna görə də müraciətlərin dinamikası və mövzuları dəyişir.

Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim. Yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini Prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır. Ona görə bu cür canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir. Düşünürəm ki, qarşıdakı illərdə bizim fəaliyyətimizin əsas istiqaməti idarəetmə sisteminin təkmilləşdirilməsi olacaq. Çünki artıq dediyim ki, Azərbaycanın regionlarında infrastruktur məsələləri, sosial infrastrukturla bağlı məsələlər praktiki olaraq tamamilə həll edilib. Ötən 15 il ərzində 3100-dən çox məktəb tikilib. Qeyd edim ki, bu bütün məktəb fondunun 80 faizi deməkdir. 600-dən çox tibb müəssisəsi yenidən tikilib və ya təmir edilib. Yəni, sosial infrastruktura çox diqqət yetiririk. Qarşıdakı dövrdə əsas məsələlər idarəetmə ilə, sosial ədalətlə, pozuntularla, bəzən rast gəlinən məmur özbaşınalığı ilə bağlı olacaq. Bax, söhbətimizin əvvəlində dediyim ictimai nəzarət məhz bundan ötrü lazımdır. Mən əsasən bundan ötrü səfərlər edirəm. Yeri gəlmişkən deməliyəm ki, bu il biz Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafının üçüncü proqramını başa çatdıracağıq. Birinci proqram 2004-cü ildə qəbul edilib. Bütün bu proqramlar, onların çox hissəsi yerlərdən verilən təkliflərə əsaslanır. Yəni bu proqramlar ümumi xarakter daşımır, bunlar şüarlar deyil. Orada hansı şəhərdə, hansı kənddə, nə vaxt hansı işlər görüləcəyi konkret əksini tapıb. Bu, bizim beşillik fəaliyyətimiz üçün əyani sənəddir. Biz üçüncü proqramı tamamlayırıq. İndidən görünür ki, biz onu xeyli artıqlaması ilə yerinə yetirmişik. Buna görə də düşünürəm ki, gələcəkdə əsas məsələ yenə də idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətimizin səmərəsinin artırılması və sahibkarlar, iqtisadiyyatın şaxələndirilməsi üçün daha yaxşı şərait yaradılması olacaq.

Ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram

- İlham Heydər oğlu, əlbəttə, Azərbaycan iqtisadiyyatda kəskin rəqabət dövrü yaşayır. İdmançılar rəqabətdədirlər. Lakin mənə belə gəlir ki, Azərbaycan bir məsələdə – mətbəx sahəsində uzun illər boyu mütləq dünya çempionudur. Özü də mən bunu ekspert kimi deyirəm. Bəlkə də kimsə mənimlə razılaşmaya bilər. Lakin mən buna əmin olduğuma görə hesab edirəm ki, Azərbaycan mətbəxinin real rəqibləri yoxdur. Bununla əlaqədar bilirəm ki, Siz, ümumiyyətlə, yemək məsələsində vasvası deyilsiniz, lakin buna baxmayaraq, Azərbaycan mətbəxinin Sizin xoşladığınız yeməkləri, belə deyək, Azərbaycan Prezidentinin menyusu nədən ibarətdir? Bu gün Azərbaycan mətbəxinin pərəstişkarları həddən çoxdur, elə adam yoxdur ki, burada olsun və buradan gedərkən Azərbaycan mətbəxinə heyran olduğunu bildirməsin. Üstəlik, Sizin burada olmuş həmkarlarınızın çoxu ilə öz proqramım çərçivəsində ünsiyyətdə olmaq şərəfinə nail olmuş bir insan kimi deyə bilərəm ki, Azərbaycandan söhbət düşəndə, sözün düzü, onlar Sizin çox danışdığınız məsələlər barədə danışmırlar, ilk növbədə, mətbəxdən başlayırlar. Lakin bu da bir göstəricidir.

- Əlbəttə, hər bir xalqın mətbəxi onun mədəniyyətinin, ənənələrinin və imkanlarının göstəricisidir. Azərbaycan mətbəxi çox rəngarəngdir, çox dadlıdır, lakin çox təhlükəlidir.

- Bəs təhlükə nədən ibarətdir?

- Təhlükə məhz nəzarətsiz çəki artımındadır.

- Bilirsinizmi, üzr istəyirəm, mən hətta turizm sahəsinə rəhbərlik edən dostlarıma və həmkarlarıma da demişəm ki, belə bir gözəl ifadə var – Azərbaycan arıqlamaq istəməyənlər üçün cənnətdir. Bax, belə bir deyim yaranıb.

- Zənnimcə siz haqlısınız. Buna görə mən gündəlik həyatımda sui-istifadə etməməyə çalışıram, hərçənd, əlbəttə, hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini xoşlayır. Mən də istisna deyiləm. Lakin gündəlik həyatımda hər halda bir qədər uzaq durmağa çalışıram. Azərbaycan mətbəxindən xoşladığım yeməklərə gəldikdə isə deməliyəm ki, mən bu yeməklərin praktiki olaraq hamısını xoşlayıram. Lakin ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram. Bu məsələdə o yaxşı mütəxəssisdir, əlbəttə, mənə və ailəmizin bütün üzvlərinə çox sevinc bəxş edir, özünün kulinar əsərləri ilə bizi sevindirir.

- İndiki vaxtda bu, xüsusilə qiymətlidir, çünki Mehriban xanım həm də Birinci vitse-prezident funksiyalarını yerinə yetirir və onun başqa vəzifələri, məsuliyyəti çoxdur. Onun bu işə də vaxt tapması, mənim fikrimcə, xüsusilə dəyərlidir.

- Bəli. Biz, əlbəttə, bunu qiymətləndiririk və ailə üzvlərinə bu cür qayğısına görə ona çox təşəkkür edirik.

İşimdən zövq almaq mənim hobbimdir...

- İlham Heydər oğlu, artıq uzun illərdir ki, Sizi tanımaq şərəfinə nail olmuşam. Lakin mən mətbuatda da maraqlanmışam, bir məsələ ilə heç vaxt üzləşməmişəm... Başa düşmüşəm ki, Sizin heç bir hobbiniz yoxdur. Sizin elə həmkarlarınız var ki, ... birisi marka toplayır, lakin mən Sizi, məsələn, əlinizdə qarmaq tutmuş vəziyyətdə və ya başqa bir görkəmdə təsəvvür edə bilmirəm. Mən belə başa düşdüm ki, ümumiyyətlə, Sizin konkret hobbiniz yoxdur. Halbuki hobbi stresi bir qədər götürmək, rahatlaşmaq üçündür. Siz nəyin hesabına əlavə enerji alırsınız və Prezident stresini nəyin hesabına aradan götürə bilirsiniz? Axı, bu stresin əlindən yaxa qurtarmaq mümkün deyil.

- Bəli, mənim məxsusi hobbim yoxdur. Lakin hesab edirəm ki, sənə sevinc, məmnunluq gətirən işlə məşğul olmaq elə hobbidir. Mənə gəldikdə, əməyimin nəticələrini görmək ən böyük sevincdir. İnanın, bu sözləri elə-belə, kamera üçün demirəm, bu həqiqətən belədir. Əlbəttə, görəndə ki, nəzərdə tutulan işlər yerinə yetirilib, görəndə ki, Azərbaycanın inkişafının bu və ya digər sahəsində irəliləyiş var, bu, mənə böyük mənəvi zövq verir. Bu hər bir hobbidən yaxşıdır. Buna görə düşünürəm ki, mən hansısa məxsusi hobbinin olmamasını bu yolla kompensasiya edirəm. Bundan əlavə, əlbəttə, asudə vaxtımı ailəmlə keçirirəm və yəqin ki, orada həm də həyat üçün enerji alıram. Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdır.

Prezident gəncləri gələcək rəhbərlər adlandırdı

- İlham Heydər oğlu, sonuncu sual. Bilirsiniz, bu sual onunla bağlıdır ki, fikir vermişəm, son vaxtlar Siz gənclərlə çox tez-tez ünsiyyətdə olursunuz, gənclərin tədbirlərinə gedirsiniz, gəncləri qəbul edirsiniz. İndi mən belə deyərdim, XXI əsrin ilk siyasi nəsli həyata qədəm qoyur və qüvvə toplayır. Bu siyasi nəsil indiki siyasi nəsli əvəz edəcək. Siz indiki siyasi nəsli istər-istəməz əvəz edəcək müasir Azərbaycan gəncliyini necə təsəvvür edirsiniz və onu necə görmək istərdiniz – bu gənclik çox maraqlı, çox fərqlidir.

- Bəli. Siz tamamilə haqlısınız. Mənim fikrimcə, bu, istənilən ölkə rəhbəri üçün ən vacib fəaliyyət istiqamətidir. Çünki gənclər gələcək rəhbərlərdir, bu insanlar ölkənin gələcəyini müəyyən edəcəklər, ona görə bu gələcək etibarlı əllərdə olmalıdır. Mən şadam ki, bu gün Azərbaycan gəncliyi ən yüksək tələblərə cavab verir. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə daha fəal siyasət yürüdəcəyik. Əlbəttə, mən istərdim ki, bütün Azərbaycan gəncləri öz Vətəninə sadiq olsunlar. Çünki öz Vətənini sevmək və ona namusla xidmət etmək müstəqilliyin, müvəffəqiyyətin əsas rəhnidir. Əlbəttə, gənclərin Azərbaycan xalqı üçün səciyyəvi olan ənənəvi dəyərlər ruhunda tərbiyə edilməsi vacibdir və biz bunun üçün nə lazımdırsa edirik.

Bizim milli mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, milli ideologiyamız – bütün bunlar bizim dəyərləri təbliğ edir və biz həmişə öz mənəvi köklərimizə bağlı olmalıyıq. Gənclik müdafiə olunmalıdır. Lakin o özü kənar təsirlərdən müdafiə olunmalıdır. Ona görə ki, müstəqilliyin ilk illərində çoxları düşünürdü ki, kimsə gələcək, necə yaşamaq lazım olduğunu bizə göstərəcək, bizə kömək edəcək. O vaxt belə ələbaxımlıq hissi yaranmışdı. Lakin sonra anladıq ki, bizim taleyimiz öz əlimizdədir. Bu gün kimsə bizə təkidlə müəyyən kömək göstərmək istəyəndə biz buna həmişə kifayət qədər şübhə ilə yanaşırıq. Buna görə gənclər anlamalıdırlar ki, Azərbaycanın gələcəyi azərbaycanlıların özlərinin, Azərbaycan vətəndaşlarının əlindədir. Gənclər müəyyən ideoloji təsirləri qiymətləndirərkən çox diqqətli olmalıdırlar. Başqa sözlə desək, gəncliyi kənar mənfi təsirdən qorumaq, mənim fikrimcə, bizim ideoloji işimizin başlıca istiqamətlərindən biridir. Eyni zamanda, bizim gənclik, əlbəttə, dünyaya, ən müasir, ən mütərəqqi dəyərlərin hamısına açıq olmalıdır. Ümumiyyətlə, qısaca desək, bizim idarəçilik formulumuz ondan ibarətdir ki, dövlət çox möhkəm ənənəvi köklərə əsaslanır. Azərbaycan xalqı bu ənənəvi dəyərlərlə yaşayıb, yaşayır və yaşayacaqdır. Biz ənənələrimizə, mədəniyyətimizə, dilimizə, dünyabaxışımıza sadiq olmalıyıq. Eyni zamanda, biz ölkəmizi modernləşdirmək, onun potensialını artırmaq, cəmiyyətimizin dünyəvi xarakterini möhkəmlətmək və bununla da fasiləsiz inkişafı təmin etmək üçün bütün ən yaxşı, mütərəqqi dəyərləri qəbul etməliyik. Biz ideal halda bu mənzərəni görmək istərdik. Biz buna çox cəhətdən nail olmuşuq, gələcəyin gəncləri isə öz fəaliyyətlərini məhz bu istiqamətdə qurmalıdırlar.

- Çox sağ olun, İlham Heydər oğlu. Söhbətə görə sağ olun.

- Sağ olun.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ