"Həlli uzanan münaqişələrin həlli bizim bu il ATƏT-dəki sədrliyimizin əsas prioritetləri sırasındadır". Bunu APA-ya açıqlamasında İtaliyanın ATƏT-dəki sədrliyinin mətbuat xidmətinin rəhbəri Giovanni Davoli deyib.
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, o bildirib ki, ATƏT sədri xüsusi nümayəndə təyin edib, onun əsas vəzifəsi həssas və vacib işlərinin icrasında ATƏT-in Minsk qrupu həmsədrlərinə qoşulmaqdır: “Bunu münaqişənin davamlı, hərtərəfli və qənaətbəxş həlli üçün səylər göstərən Minsk qrupunun fəaliyyətini dəstəkləmək sahəsində vacib hesab edirik. Biz yeni format yaratmaq və ya mövcud formatda islahatlar aparmaq niyyətində deyilik. Daha çox tərəfləri məqsədyönlü və konstruktiv yanaşmaya həvəsləndirərək danışıqlara təkan verməyə çalışırıq. Münaqişənin həlli formatdan deyil, iki tərəfin siyasi iradəsindən asılıdır. Bu, dialoq, məsuliyyət və xüsusilik kimi müəyyən etdiyimiz təlimatlarla bərabər, sədrliyimizin əsas açarı və məqsədidir”.
ATƏT sədrinin regiona səfəri ilə bağlı mətbuat katibi bildirib ki, hazırda İtaliyada fəaliyyətini baş vurmaqda olan hökumət var: “Getməkdə olan hökumətlə əlaqədar getməkdə olan ATƏT sədri var. Mən əminəm ki, yeni ATƏT sədri səfər missiyasına ciddi yanaşacaq. Lakin dəqiq vaxt hələlik müəyyənləşməyib”.