Cümə axşamı günü, 12 noyabr 2026
     

Ard-arda iki beynəlxalq tədbirdə Ermənistanın ifşası sanksiyalar ehtimalını artırır

Image


Çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən Azərbaycanın bu platformalar üzərindən daim dünya gündəmində saxladığı əsas məqamlardan biri Dağlıq Qarabağ münaqişəsidir.  İstər ölkəmizdə, istərsə də onun sərhədlərindən kənarda keçirilən bütün vacib tədbirlərdə Azərbaycan Qarabağ konfliktini gündəmə gətirərək onun beynəlxalq hüquq normaları çərçivəsində həllini tələb edir.

Amma Bakının xüsusi nəzər saldığı məsələlərdən biri davam edən işğal faktına görə Ermənistana qarşı artıq əməli addımların atılması, ilk növbədə sanksiyaların tətbiq edilməsidir. Diqqət yetrildikdə məlum olur ki, Azərbaycan, ümumiyyətlə, sanksiyalar məsələsini daha fəal şəkildə gündəmə gətirir. Bunu elə Bakıda baş tutan son iki mühüm beynəlxalq əhəmiyyətli tədbirdən də aydın görmək mümkündür.

Həmin tədbirlərdən biri  Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda baş tutan konfransdır. Burada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ münaqişəsinə də xüsusi olaraq toxunub. Dövlət başçısının dediyinə görə, iyirmi ildir ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır: “Dünya qəbul edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb”. Prezident vurğulayıb ki, işğal bu günə qədər davam edir: “Beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Azərbaycan torpaqları işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələri indiyə qədər yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların bu sahədə qərarları yerinə yetirilməyib. Etnik təmizləmə aparmasına baxmayaraq, Ermənistana qarşı hər hansı sanksiya qəbul olunmayıb”.

Eyni məsələlər prezident tərəfindən ötən ay VI Qlobal Bakı Forumunda da gündəmə gətirilmişdi. Dağlıq Qarabağ münaqişəsindən bəhs edərkən İlham Əliyev qeyd edirdi: “Ermənistan beynəlxalq hüququn normalarını kobud surətdə pozur, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib. Hazırda işğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb, tarixi binalarımız, abidələr, qəbiristanlıqlar, dini abidələr yerlə-yeksan edilib. Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır. 1990-cı illərin əvvəlində Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilib. Əfsuslar olsun ki, bu qətnamələr icra edilməyib. Ermənistana heç bir sanksiya tətbiq olunmayıb. Bu ölkə iyirmi ildən çoxdur BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda davam edir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı kimi digər beynəlxalq təşkilatlar da oxşar qətnamələr qəbul ediblər. Status-kvo qəbuledilməzdir, davam edə bilməz. Bu, dünyanın aparıcı dövlətlərinin, xüsusən də münaqişənin həllində ATƏT-in vasitəçi mandatına malik olan ölkələrin – Amerika Birləşmiş Ştatlarının, Fransanın və Rusiyanın mövqeyidir. Bu münaqişə müasir tarixdə nəinki ən böyük ədalətsizlikdir, o cümlədən bizim o qədər də sabit olmayan regionumuzda daimi təhlükə və qeyri-sabitlik mənbəyidir. Buna görə də beynəlxalq hüququn prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında münaqişənin mümkün qədər tez həlli təmin edilməlidir. Bundan sonra regionumuzda sülh bərqərar ola bilər”. Ekspertlər isə hesab edir ki, Ermənistana qarşı sanksiyalr məsələsinin mütəmadi olaraq gündəmə gətrilməsi olduqca vacibdir. Özü də o fonda ki, Ermənistanın işğalçı olmasını təsbit edən çoxsaylı beynəlxalq hüquqi sənədlər mövcuddur. Elə Qoşulmama Hərəkatının bəyanatlarında da  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi qeyd olunur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri, ərazi bütövlüyü və suverenliyi dəstəklənir. Bu fonda münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə çağırış edilir. Digər beynəlxalq təşkilatların qəbul etdiyi bütün sənədlər də bir daha onu təsdiq edir ki, dünya birliyi münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin tərəfdarıdır. Eyni zamanda Azərbaycanın yürütdüyü fəal diplomatiya nəticəsində dünya Ermənistanın uzun illərdir danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirməsindən, status-kvonun qorunub saxlanmasına çalışmasından, atəşkəsi mütəmadi pozmasından xəbərdardır. Bundan başqa, düşmən əməldə  ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də qəbul etmir. Eləcə də, yuxarıda qeyd olunduğu kimi, Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, o cümlədən digər nüfuzlu beynəlxalq qurumların qərarlarını, qəbul etdikləri digər sənədləri icra etmir. Elə bu səbəbdən məsələnin həlli üçün Ermənistana qarşı sanksiyaların tətbiqi vacib sayılır. Çünki bu halda İrəvan beynəlxalq qurumların Qarabağ konflikti ilə bağlı sənədlərinin əməli olaraq icrasına başlamağa məcbur olacaq. Digər tərəfdən o da birmənalı həqiqətdir ki, Ermənistanın işğal siyasətinin davamı bu ölkəyə qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Eyni zamanda Cənubi Qafqaz kimi vacib regionda sülhün təmini baxımından da  Ermənistan barəsində ciddi ölçü götürülməlidir. 

Qeyd edək ki, bundan əvvəl bəzi əcnəbi ekspertlər də Ermənistana qarşı sanksiyaların tətbiqinin vacib olduğunu bildirib. Məsələn, amerikalı ekspert Raul Louri Kontreras qeyd edir ki, Qərb, o cümlədən ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir: “Erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq ictimaiyyətin marağındadır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət bu faktı qəbul edir. Mənim fikrimcə, konkret ABŞ Ermənistana sanksiyalar tətbiq etməli və tərəfindən ona heç bir yardım ayrılmayacağını bildirməlidir. Ermənistan çox kasıb ölkədir və ABŞ-dan ala biləcəyi istənilən köməyə ehtiyacı var. Ona görə də onlar bu tələbləri yerinə yetirməli olacaq”. Digər tərəfdən sanksiyaların tətbiqi Qarabağ münaqişəsinə ikili standratların aradan qalxmasının real göstəricisi olacaq. Eyni zamanda dünya ictimaiyyəti bununla Qarabağ münaqişəsinin hərbi müstəvidə həllinin də qarşısını ala biləcək. Əks halda, erməni politoloq Ayk Martirosyan Ermənistanın Azərbaycanın yeni sarsıdıcı zərbələrinə hazır olmasının vaciblyini bəyan edir: “Artıq okeanın o tayından Ermənistana sanksiyalar tətbiq edilə biləcəyinə dair ekspertlər səviyyəsində açıqlamalar verilir. Bunu İrəvana xəbərdarlıq da saymaq olar. Düzdür, ABŞ administrasiyası böyük problemlərlə məşğuldur və onu indiki zamanda Ermənistan yalnız Rusiya fonunda maraqlandırır. Rusiyanın da regionda böyük maraqları var və o, konfliktdən öz maraqları üçün yararlanır. Bu isə başadüşüləndir. Amma bu vəziyyətdə müharibə ehtimalı da diqqətdən qaçmamalıdır. Mövqelərini gücləndirən Azərbaycan vəziyyətlə barışmaq istəmir”. Erməni politoloq Qarabağ konfliktinin həllinin hazırda dalana dirəndiyini də bildirib: “Qarabağ konfliktini dalandan iki şey çıxara bilər. Bunlardan birincisi Ermənistanda destabilizasiya və ciddi daxili çaxnaşma yaranması, ikincisi isə müharibədir. Dalandan çıxmanın nə ilə nəticələnəcəyini müharibə göstərəcək. İstənilən halda, kompromisin tapılıb-tapılmamasından asılı olmayaraq müharibə yaxınlaşır”. Bu müharibənin nəticələrinin erməni tərəfi üçün fəlakət olacağı isə qaçılmaz hal sayılır. Ən azından, Azərbaycanın hərbi güc baxımından Ermənistandan çox öndə olması bunu şərtləndirən başlıca faktor sayılır. Yeri gəlmişkən qeyd edək ki, beynəlxalq Qlobal Atəş Gücü şirkətinin yeni reytinq cədvəli də vəziyyəti daha aydın təsvir etməyə imkan verir. Burada qeyd olunur ki, 2017-ci ilin nəticələrinə görə, Azərbaycan dünyanın 58-ci ən güclü ordusuna sahibdir. Yeni reytinq cədvəlində Azərbaycan keçən il tutduğu mövqeni dəyişməyib. Bu göstəricisinə görə ölkəmiz Cənubi Qafqazda lider yeri tutub. Qafqazdakı qonşularımızdan olan Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdə qərarlaşıb. Bunun özü hərb müstəvisində böyük fərqi çox aydın şəkildə meydana qoyur. Azərbaycan Ordusunun gücünü bilən işğalçı Ermənistan daim qorxu içindədir. Bunu düşmən ölkənin hərbiçiləri, hərbi ekspertləri də çıxışlarında dəfələrlə etiraf ediblər. Onlar bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələri hərbi potensialına görə Ermənistan ordusundan qat-qat güclüdür. Başqa bir tərəfdən o da həqiqətdir ki, bu gün ciddi sosial problemlərin yaşandığı Ermənistanda kütləvi iğtişaşların da ardı-arası kəsilmir. Ermənistan cəmiyyətini, ailələrini narahat edən məsələ övladlarının məcburi surətdə Dağlıq Qarabağa göndərilməsidir. Onlar övladlarının Qarabağa göndərilməsini istəmir. Ermənistan cəmiyyəti ölkə rəhbərliyindən tələb edir ki, gəncləri Qarabağda yox, Ermənistanda xidmət etsin. Ermənistan ictimaiyyətinin narahatlığı, narazılığı orduda, təmas xəttindəki bölmələrdə də əks-sədasını tapır. Bunlar hamısı onu göstərir ki, Azərbaycan ordusu artıq mənəvi-psixoloji cəhətdən düşməni məğlub edib.  Məsələnin sülh yolu ilə həlli tapılmasa, döyüş meydanında da düşmən ağır məğlubiyyətə düçar olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ