Cümə axşamı günü, 12 noyabr 2026
     

Prezident İlham Əliyev BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına Azərbaycanın iqtisadi, siyasi uğur reseptlərini təqdim etdi

Image


Aprelin 5-də Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının Nazirlər Konfransının açılış mərasimində  Prezident İlham Əliyev iştirak edib.

Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının xarici işlər naziri Xorxe Arreasa Monserrat ölkəsinin Prezidenti Nikolas Maduronun Qoşulmama Hərəkatının fəaliyyətini dəstəklədiyini vurğulayaraq, onun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə və konfrans iştirakçılarına çatdırıb.

Konfransda Qoşulmama Hərəkatının Venesuelanın Marqarita şəhərində keçirilən sonuncu Sammitindən sonra dünyasını dəyişən prezidentlərin və liderlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Prezident İlham Əliyev açılış mərasimində nitq söyləyib və deyib ki, Qoşulmama Hərəkatı dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Dövlət başçısı qeyd edib ki, Qoşulmama Hərəkatı beynəlxalq hüquq normalarına, bütün üzv ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi prinsiplərinə qətiyyətlə sadiqdir.

Prezident vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür: "Biz bu ailəyə 2011-ci ildə qəbul edilmişik və elə həmin andan təşkilatımız, üzv ölkələr tərəfindən dəstək görməyə başlamışıq. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi proseduru zamanı da nümayiş etdirildi. 2011-ci ildə qəbul edildikdən dərhal sonra tərəfdaşlarımızdan da bu dəstəyi hiss etmişik. Bu asan olmayıb, çünki bizim güclü rəqiblərimiz var idi. Rəqiblər təşkilatımızın üzvləri deyildilər. Bizə seçilməyimiz üçün 155 ölkənin dəstəyi ilə 16 raund lazım oldu. Qoşulmama Hərəkatının, eləcə də İslam Əməkdaşlıq Təşkilatının dəstəyi bizim aparıcı beynəlxalq orqana seçilməyimiz üçün həlledici oldu.

Bu bir daha bizim gücümüzü nümayiş etdirir və göstərir ki, biz birlikdə olanda bir çox şeylərə nail ola bilərik. Bu, həmçinin, üzv dövlətlər arasında həmrəyliyi və təşkilatın imkanlarını göstərir".

İlham Əliyev bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçildikdən sonra iki il ərzində bütün üzv dövlətləri təmsil edib: "Biz bəyan etdik ki, bir çox illər ərzində bir çox hallarda pozulan ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Azərbaycan beynəlxalq hüququn və ədalətin pozulmasının şahidi olub, bunu yaşayıb".

Dövlət başçısı əlavə edib ki, Azərbaycan torpaqları 25 ildən artıqdır Ermənistanın işğalı altındadır: "Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və digər tarixi bölgələrimiz, 7 rayonumuz erməni işğalı altındadır. Azərbaycanın beynəxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bizim xalqımız Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti ilə üzləşib. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın 10-dan çox ölkəsi bu soyqırımı tanıyıb. Biz, həmçinin, üzv dövlətlərin bu problemin həlli üçün dəstəyinə və insanlığa qarşı törədilmiş bu cinayətə münasibətdə mövqelərini ifadə edəcəyinə ümid edirik".

Prezident vurğulayıb ki, Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq ağır işgəncələrə məruz qalıb və qətlə yetirilib, minlərlə insan itkin düşüb: "Təəssüflər olsun ki, işğal bu günə qədər davam edir.

Qoşulmama Hərəkatına Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəkləyən qətnamə qəbul etdiyinə görə bir daha minnətdarlığımı bildirmək istərdim".

Dövlət başçısı qeyd edib ki, digər beynəlxalq təşkilatlar da analoji qətnamələr qəbul edib: "BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu qətnamələr yerinə yetirilməyib, onların icra mexanizmi mövcud deyil. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər aparıcı beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən qətnamə və qərarlar qəbul ediblər. Təəəssüf ki, beynəlxalq hüququn kobud şəkildə pozulmasına, ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırım törədilməsinə baxmayaraq, bu ölkəyə qarşı hər hansı sanksiya qəbul edilməyib. Ermənistana münaqişənin əvvəlində sanksiya tətbiq edilsəydi, düşünürəm ki, münaqişə çoxdan nizamlanmışdı".

İlham Əliyev vurğulayıb ki, işğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb: "ATƏT bu ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərdi. Missiyanın hesabatı da göstərdi ki, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz, qəbiristanlıqlar, muzeylər erməni vandalları tərəfindən dağıdılıb. Bu, mədəniyyətimizə qarşı soyqırımdır. Azərbaycan ərazisinin işğalı dayandırılmaılıdır, yalnız bundan sonra regiona sülh gələcək".

Dövlət başçısı bildirib ki, Ermənistanda ksenofobiya artır: “Ermənistan monoetnik ölkədir, orada digər xalqlar yaşamır. Bütün azərbaycanlılar və digər etnik qrupların nümayəndələri bu ölkədə etnik təmizləməyə məruz qalıb. Ermənistandan fərqli olaraq, bu gün Azərbaycan dünyada mədəniyyətlərarası, dinlərarası dialoqun, sivilizasiyaların dialoqunun, həmçinin multikulturalizmin mərkəzi kimi tanınır. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir".

Prezident xatırladıb ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub: “Biz multikulturalizm dəyərlərini, dinlər arasında sülh və əməkdaşlığı təşviq edən çoxsaylı beynəlxalq tədbirlər təşkil etmişik. Bu tədbirlər arasında multikulturalizm işinə töhfə verən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Dünya Dini Liderlərinin Forumu, Bakıda müntəzəm keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər beynəlxalq tədbirlər var”.

İlham Əliyev deyib ki, Azərbaycan “Bakı Prosesi”nin başlanmasına təşəbbüs göstərib: "İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası üzv dövlətlərinin rəsmi şəxslərini dəvət etmək bizim təşəbbüsümüz idi. Azərbaycan hər iki təşkilata daxil olan azsaylı ölkələrdən biridir. Biz onları Bakıya mədəniyyətlərarası dialoq, etnik və dini zəmində gərginliyin azaldılması məsələlərinin həlli, dialoq və qarşılıqlı anlaşma üçün platformanın yaradılması və dünyada ksenofobiya problemlərinin ciddi şəkildə həlli üçün dəvət etmişdik”.

Dövlət başçısı əlavə edib ki, bu təşəbbüs BMT tərəfindən dəstəklənib və bu il “Bakı Prosesi”nin 10 illiyi qeyd ediləcək: “Bu, Avropa və müsəlman dünyası ölkələrini birləşdirən unikal beynəlxalq platformadır. Bu platforma bütün ölkələrə açıqdır və onun məqsədi müxtəlif ölkələr, dinlər və etnik qrupların nümayəndələri arasında anlaşmanı daha da yaxşılaşdırmaqdır”.

Prezident Azərbaycanın öz tarixi ilə fəxr etdiyini bildirib: “Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin nümayəndələri dinc və şərəflə yaşayıblar və bu gün bizim tarixi abidələrimiz bu mədəni müxtəlifliyi əks etdirir. Bizim gücümüz mədəni müxtəliflikdədir və multikulturalizmin alternativi yoxdur. Bunun əksi ayrıseçkilik, ksenofobiya, islamofobiyadır. Ona görə də hesab edirəm ki, biz bu məsələləri həll etməliyik və Azərbaycan bu dəyərlərin təbliğində mühüm rol oynamaqda davam edəcək”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan nisbətən gənc müstəqil ölkədir: “Biz müstəqilliyi yalnız 26 il əvvəl əldə etmişik. Biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdik və bu il müsəlman dünyasında ilk demokratik respublika olmuş Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Bu, Azərbaycan xalqının azadlıq və demokratiya uğrunda iradəsinin əksi idi”.

Dövlət başçısı əlavə edib ki, təqribən 100 il əvvəl Azərbaycan Xalq Cumhuriyyəti qadınlara səs hüququnun verildiyini elan edib: “Bu həmin vaxt azadlığın səviyyəsini nümayiş etdirən çox vacib addım idi. Müstəqil ölkə kimi biz yalnız 26 ildir mövcuduq, amma bu, xüsusilə ilk illərdə elə də asan olmayıb. Bizim problemlərimiz var idi: erməni işğalı, daxili çətinliklər, siyasi böhran, iqtisadi eniş. Lakin bu çətinliklərin öhdəsindən gələ bildik və indi ölkə çox sürətli iqtisadi inkişaf nümayiş etdirir”.

Prezident vurğulayıb ki, iqtisadi inkişaf Azərbaycanın müstəqilliyinin əsasıdır: “Biz anlayırıq ki, iqtisadi cəhətdən güclü olmalıyıq, digər ölkələrdən və ya maliyyə mərkəzlərindən asılı olmamalıyıq. Yalnız bu halda biz Azərbaycanın fəxr etdiyi müstəqil siyasət yürüdə bilərik. Ona görə də diqqətimizi iqtisadi gündəliyimizdə duran məsələlərə ayırmışıq və güclü iqtisadiyyat yaratmışıq”.

Dövlət başçısı qeyd edib ki, son 15 il ərzində Azərbaycanın iqtisadi göstəriciləri sürətlə artıb: "Son 15 il ərzində ÜDM 3,2 dəfə artıb. Düşünürəm ki, bu, dünya rekordudur. Eyni zamanda, biz insan kapitalına xeyli sərmayə yatırmışıq. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son 15 il ərzində Azərbaycanda 3100-dən çox məktəb, 600-dən çox xəstəxana inşa olunub və yenidən qurulub. Əhalimizin 5 milyon nəfərdən çoxu hər il xəstəxanalarımızda pulsuz tibbi yoxlanış imkanı əldə edir. Və insanların ömrü uzanır. Xalqımızın sosial müdafiəsi bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Mən dəfələrlə bildirmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı, sağlamlığı, təhlükəsizliyi dayanır. Biz hər şeyi edirik ki, insanlarımız üçün daha yaxşı şəraiti təmin edək, lakin bunun üçün bizə güclü iqtisadiyyat, iqtisadiyyatın şaxələndirilməsi lazımdır”.

İlham Əliyev bildirib ki, Azərbaycanın son 15 il ərzində əldə etdiyi nailiyyətlərdən biri yoxsulluq və işsizliyin tez bir zamanda azaldılmasıdır: “Yoxsulluğun səviyyəsi 49-dan 5,4 faizə, işsizliyin səviyyəsi isə 5 faizə enib. Həmçinin 1,5 milyon nəfər artan Azərbaycan əhalisini nəzərə almalıyıq. Buna görə də yeni iş yerlərinin yaradılması bizim üçün daimi prosesdir və əlbəttə ki, bunun üçün bizə maliyyə resursları, yaxşı investisiya mühiti lazımdır".

Prezident deyib ki, Azərbaycan son 15 il ərzində ölkəyə 230 milyard dollardan çox birbaşa investisiya cəlb etməyə müvəffəq olub: “Bizim iqtisadi nəticələrimiz aparıcı maliyyə və iqtisadi təşkilatların hesabatlarında əks olunub. Azərbaycan Davos Dünya İqtisadi Forumunun qlobal rəqabət qabiliyyətlilik hesabatında 35-ci, illik İnklüziv inkişaf indeksində isə inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerdə qərarlaşıb. Bütün bunlar Azərbaycan xalqı və bizim siyasətimiz sayəsində əldə olunub. Biz heç kimdən dəstək görməmişik. Biz diqqətimizi milli maraq kəsb edən və strateji əhəmiyyət daşıyan məsələlərə cəmləmişik. Və biz nümayiş etdirdik ki, inkişafa sadiqsinizsə, həqiqətən də müstəqilsinizsə, 26 il ərzində çox şey əldə etmək olar”.

Dövlət başçısı bildirib ki, Azərbaycan regional inkişafda təkcə humanitar və mədəni baxımdan vacib rol oynamır: “Ölkə qitələrin birləşməsində, qarşılıqlı səmərəli əməkdaşlıq üçün platformanın yaradılmasında mühüm rol oynayır”.

İlham Əliyev, həmçinin, Azərbaycanın qitələr arasında dəmir yolu əlaqəsinin yaradılması üzrə səylərini qeyd edib: “Bu gün ölkəmizin və qonşularımızın səyləri sayəsində "Şərq-Qərb" dəmir yolu dəhlizi artıq fəaliyyət göstərir. Biz bunu qonşularımızla birgə reallaşdırırıq, çünki qarşılıqlı əlaqələrin təmin olunması üçün qonşularla və region ölkələri ilə yaxşı münasibətlər lazımdır. Ona görə də "Şərq-Qərb" dəhlizi reallıqdır. Ötən ilin oktyabrında bu dəhliz Bakıda işə salınmışdı. Dəhliz Asiyadan Avropaya və Avropadan Asiyaya yüklərin daşınmasında azı iki həftəyə qənaət etməyə imkan verir. Bu bizim səylərimizin yalnız bir hissəsi idi”.

Prezident bildirib ki, digər vacib layihə hazırda region ölkələrinin səyləri ilə reallaşdırılan "Şimal-Cənub" dəhlizidir: “Bu da reallığa çevrilir. Azərbaycan bu dəhlizlərin yaradılmasına əhəmiyyətli vəsaitlər qoyur və "Şərq-Qərb", "Şimal-Cənub" dəhlizlərinin fəal iştirakçısıdır. Biz beynəlxalq bazarlara və dənizə çıxışı olmayan Azərbaycanı Avrasiya nəqliyyat qovşağına çevirə bildik. İndi biz digər layihə - "Cənub-Qərb" layihəsi üzərində işləyirik. Bu layihə Asiyadan Cənubi və Mərkəzi Avropaya malları tədarük etməyə imkan verəcək”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan çox sayda vacib beynəlxalq tədbirlər təşkil edib.

Prezident İlham Əliyev mədəniyyətlərarası dialoq, müxtəlif millətlər, ölkələr və dinlərin nümayəndələri arasında əməkdaşlıq və qarşılıqlı anlaşma üçün mühüm əhəmiyyət kəsb edən iki tədbiri xüsusi qeyd edib: “2015-ci ildə Azərbaycan ilk Avropa Oyunlarını keçirdi. Bu oyunlar Yay Olimpiya Oyunları səviyyəsində təşkil edildi. 2017-ci ildə biz 4-cü İslam Həmrəyliyi Oyunlarını keçirdik. Beləliklə də biz iki il ərzində bir şəhərdə həm Avropa, həm də İslam oyunlarını təşkil etdik. Bu, mədəniyyətlərarası dialoqa və dünyanın bütün xalqları arasında qarşılıqlı anlaşmaya töhfə idi”.

İlham Əliyev həmçinin xatırladıb ki, Azərbaycan “EXPO 2025” sərgisinin keçirilməsi üçün müraciət edən yeganə Qoşulmama Hərəkatı ölkəsidir: “Bu onu göstərir ki, biz belə mühüm qlobal tədbirin təşkilini bacardığımızı hesab edirik. Düşünürəm ki, bu həqiqətən də müstəqil olaraq cəmi 26 yaşı olan dövlət üçün nəyə nail olduğumuzu və nail ola biləcəyimizi nümayiş etdirmək baxımından yaxşı imkan olacaq. Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən Azərbaycanın namizədliyinin dəstəklənməsinə ümid edirik. Bu da həmrəyliyin daha bir göstəricisi olacaq. Biz bir-birimizi dəstəkləməliyik. Bizim qarşımızda az-çox oxşar çağırışlar və problemlər dayanır. Biz hamımız öz həyatımızı yaşamaq istəyirik, müstəqil olmaq istəyirik. Biz istəmirik ki, kimsə daxili işlərimizə qarışsın, btizə diqə etsin. Buna nail olmaq üçün biz güclü olmalıyıq və yalnız birlikdə güclü ola bilərik”.

Prezident konfransın işinə uğurlar arzulayıb.

Sonra nazirlər konfransına sədr seçkisi keçirilib.

Səsvermə nəticəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konfransa sədr seçilib.

Elmar Məmmədyarov tədbirdə çıxış edib.

Nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir.

Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan 2011-ci ildə Balidə keçirilmiş XVI nazirlər konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Hərəkata sədrlik edəcək.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ