"Dağlıq Qarabağ məsələsi sizin üçün böyük ağrıdır. Bundan çox yaxşı xəbərdaram". APA-nın xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak ADA Universitetində keçirilən "Çoxtərəfli əməkdaşlığın hazırkı durumu mövzusunda" tədbirdə deyib.
O xatırladıb ki, problemin həlli ilə Minsk qrupu məşğul olur: "Bu sahədə aktivlik görə bilərik. Əldə edilən nəticələri inkişaf etdirməliyik. Minsk qrupunun bu problemi həll etməyi bacarıb-bacarmadığına gəldikdə isə, bununla bağlı nəsə deyə bilmərəm".
M. Layçak qeyd edib ki, BMT həlli uzanan münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır.