Cümə axşamı günü, 12 noyabr 2026
     

Qarabağ məsələsində Moskva-Ankara tandemi Ermənistanın dalan vəziyyətini dərinləşdirə bilər

Image


Rusiya prezidenti Vladimir Putinin yenidən prezident seçildikdən sonra ilk səfərini qardaş Türkiyəyə etməsi Ermənistanda ciddi narahatlıq yaradıb. Burada hesab edilir ki, baş verənlər Rusiyanın Türkiyə ilə daha da yaxınlaşmasının növbəti göstəricisidir və belə vəziyyət Moskva-Ankara tandeminin, digər bölgələrlə yanaşı, Cənubi Qafqazda da fəallaşmasına rəvac verəcək. Bu da, öz növbəsində, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirsiz ötüşməyəcək.

Erməni mediası yazır ki, Vladimir Putinin Ankaraya səfəri fonunda imzalanan yeni sazişlər Rusiya və Türkiyənin bir çox məsələlər üzrə vahid mövqedən çıxış etməsinə əlavə zəmin yaradacaq. Artıq məlumdur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra Putin S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılmasının sürətləndirilməsi haqqında razılaşdıqlarını açıqlayıb. Xatırladaq ki, S-400 məsələsi də İrəvanda çoxdan narahatlıq predmeti olaraq qalır. Bunu hələ bir müddət əvvəl Ermənistandakı beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri İnstitutunun rəhbəri Stefan Səfəryan onunla izah etmişdi ki, Türkiyə Rusiyadan almağa hazırlaşdığı S-400 “Triumf” zenit-raket komplekslərindən birini Naxçıvanda yerləşdirə bilər. Onun sözlərinə görə, Türkiyə Naxçıvan əlahiddə ümumqoşun ordusuna təlim keçir və dəstək verir: “Başqa yerlərdə Türkiyə Azərbaycana kömək edə bilməsə də, olduqca əlçatan olan Naxçıvanda Hava Hücumundan Müdafiə sistemləri yerləşdirə bilər. Naxçıvan isə Türkiyə və Azərbaycan tərəfdən möhkəmləndirildikdən sonra Irəvanı və bütün Ararat vadisini təhdid edəcək. S-400 sistemləri təkcə Türkiyənin müdafiəsi üçün deyil, Azərbaycanın maraqları üçün də istifadə olunacaq. Xüsusən də nəzərə alanda ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanıb. Bu müqavilənin məzmunu məlum deyil, lakin Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq ağlasığmaz dərəcədə dərindir. Deməli, bu planda S-400 sistemlərinin verilməsi Ermənistanı narahat etməlidir. Mən bilmirəm Rusiyada nə dərəcədə əmindirlər ki, həmin S-400 sistemləri onun bilavasitə maraq sferasında, o cümlədən Cənubi Qafqazda, Ermənistana qarşı istifadə olunmayacaq. Ancaq qeyd etmək lazımdır ki, Rusiyanın hərbi müdafiəsi Ermənistan üçün o qədər də etibarlı olmayıb və tarix də bunu göstərib”. 

Putinin Ankaraya səfəri gedişində digər razılaşmalar da Ermənistanda ciddi qıcıq yaradır. Belə ki, burada liderlər “Akkuyu” atom elektrik stansiyasının tikintisinin işə salınması mərasimində videokonfrans yolu ilə iştirak edib. Putin bununla bağlı vurğulayıb: “Faktiki olaraq, biz yalnız Türkiyənin ilk atom elektrik stansiyasının tikintisinə başlamırıq, həm də bütovlükdə atom sənayesində Türkiyə üçün əsaslar yaradırıq və yeni sahənin yaradılmasına başlayırıq”. O qeyd edib ki, stansiyanın tikintisi üçün ən müasir Rusiya texnologiyaları cəlb ediləcək, obyektin özü ətraf mühitə heç bir təhlükə yaratmayacaq və təhlükəsizliyin bütün normalarına uyğundur. Qeyd edək ki, Avropa Parlamenti Türkiyəni Atom Elektrik Stansiyasının tikintisi fikrindən daşınmağa çağırırdı. Qurum Ankaranı qonşu dövlətlərlə konsultasiyaların keçirilməsini tələb edən ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyaya qoşulmağa dəvət edirdi. Bu isə Türkiyənin, xüsusi halda, Yunanıstan və Kiprdən razılıq almasını tələb edirdi. Amma Ankara buna getmədi. Rusiyanın Müasir Türkiyənin Öyrənilməsi Mərkəzinin siyasi istiqamət üzrə rəhbəri Yuri Mavaşev qeyd edir ki, türk tərəfilə əlaqələrin intensivləşdirilməsi Rusiya üçün həm də çətin beynəlxalq vəziyyətlə bağlıdır. Yuri Mavaşev xəbərdarlıq edir ki, indi Türkiyə öz əməkdaşlığını Rusiyaya təklif etməklə onu tək qoymur və Moskvanı bu vəziyyətdə böyük güzəştlərə getməyə məcbur edəcək. Onun sözlərinə görə, bu, həmçinin, Rusiyanın heç Türkiyə ilə razılaşmadığı sferalara, məsələn. Cənubi Qafqaza aiddir: “Bu çox gözəl və ağıllı oyundur. Onlar zahirən göstərəcəklər ki, hər şey yaxşıdır, amma bağlı qapılar arxasında öz şərtlərini diqtə edəcəklər. Hər kəs maksimal xeyirə nail olmağa çalışır”. Ekspert bildirir ki, Ankara çoxdan Cənubi Qafqazda fəallaşmağa çalışır və bunun üçün indi əlverişli şərait yaranıb. Bu vəziyyətdə o, Qarabağ məsələsinin həllində Türkiyənin öz mövqeyini qəbul etdirməyə çalışacağını və Rusiyanın bunu nəzərə almalı olacağını da xüsusi olaraq vurğulayır. Eyni mövqeni erməni politoloq Stepan Qriqoryan da bölüşür: “Rusiya Qarabağ məsələsində Türkiyənin mövqeyini nəzərə alma məcburdur. Çünki Ankara ilə əməkdaşlığını daha da dərinləşdirməyi düşünür. Yaxın Şərqdən sonra biz Qafqazda tərəflərin xeyli fəallaşdığını görə biləcəyik. Belə vəziyyətdə Qarabağ Azərbaycana qaytarılacaq. Moskva artıq Qərbin əsas düşməni olub. Moskva üçün hazırda Türkiyə çox vacibdir. Rusiya Ərdoğana onun istədiklərini verməyə hazırdır. Türkiyə çalışır ki, Rusiya ona Suriyada kürdlərlə mübarizədə və Qarabağda mane olmasın”. Bütün bunlar bir daha aydın şəkildə nümayiş etdirir ki, Ankara - Moskva yaxınlaşması erməniləri çox qorxudur. Ümumiyyətlə, real vəziyyət göstərir ki, demək olar, bütün erməni siyasi və ekspert dairələri, erməni lobbisi Ankara və Moskva arasında dərinləşən əlaqələrdən narahatlıq keçirir və bu münasibətlərin pisləşməsi üçün əllərindən gələni edirlər. Ermənilərin həyəcan təbili çalmalarının əsas səbəbi isə, qeyd olunduğu kimi, Rusiya-Türkiyə münasibətlərinin dərinləşməsinin Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına mümkün təsiridir. Lakin indilikdə Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması, Ermənistandan fərqli olaraq, Azərbaycanın lehinədir. Çünki bu yaxınlaşma hansısa formada mütləq şəkildə Dağlıq Dağlıq münaqişəsinin də həllinə təsir edəcək. İlk növbədə ona görə ki, Azərbaycanın həm Rusiya, həm də Türkiyə ilə münasibətləri yüksək səviyyədədir. İkincisi, Türkiyə-Rusiya münasibətlərinin istiləşməsində Azərbaycanın da böyük rolu olub. Məşhur təyyarə hadisəsindən sonra Azərbaycan hər vəchlə bu münasibətlərin yaxşılaşmasına çalışıb. Üçüncüsü, Rusiyanı indi Türkiyə ilə əlaqələrdə, əsasən, Ukrayna-Krım və Suriya məsələlərinə, Türkiyəni isə Suriya, Qarabağ və digər məsələlərə olan münasibət maraqlandırır. Ankara açıq bildirir ki, Qarabağ münaqişəsi mümkün qədər tez bir şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Digər tərəfdən Ankara onu da bəyan edir ki, Türkiyə Qafqazda Rusiya ilə əməkdaşlıq etmək istəyir. Bunun üçün isə Dağlıq Qarabağ münaqişəsi hansısa şəkildə həll olunmalıdır.

Yaranmış durumda erməni tərəfi hesab edir ki, Qarabağ münaqişəsinin həllinin sürətlənməsi məqsədilə Ankaranın təhriki ilə Moskvanın İrəvana təsirlərinin artmasını gözləmək olar. Bu təsirlər istənilən nəticəni verməsə, yeni Qarabağ savaşının başlaması və Rusiyanın Ermənistanı döyüş meydanında tək qoyması qaçılmaz sayılır. Belə vəziyyət isə münaqişənin həllinin qısa zaman ərzində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapması anlamına gəlir. Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan qeyd edir ki, həqiqətən də yeni Qarabağ savaşında Ermənistan tək qalacaq. Bu fonda eks-nazir cəmiyyətdə Rusiyanın əsas söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rolunun yanlış qəbul edildiyini bildirib: “ KTMT-nin Qarabağdakı situasiyaya müdaxilə etmək səlahiyyəti yoxdur. KTMT yalnız ölkəyə birbaşa aqressiya olacağı və ya Ermənistandan sorğu daxil olacağı halda situasiyaya müdaxilə edə bilər. Rusiya isə regionda gərginliyin artırılmasında maraqlı deyil”. Qeyd edək ki, bundan öncə Rusiyanın rəsmi nümayəndələri KTMT-nin Qarabağdakı konfliktə müdaxilə etmək haqqının olmadığını desələr də, Ermənistanın siyasi elitası bu açıqlama ilə barışmayıb. Ermənistanın İnformasiyalı Vətəndaşların İttifaqı proqramının koordinatoru Daniel İoanisyan isə bildirir ki, Moskva həm də silah məsələsində balansı Azərbaycanın xeyrinə dəyişən əsas tərəflərdən biridir. O xatırladır ki, Rusiyanın Azərbaycana intensiv silah satışı 2010-cu ildən başlayıb: “Rusiya Azərbaycana S-300PMU2, T-90 tankları, “Smerç” səyyar raket sistemləri, “Solntsepek” və “Buk” sistemlərini verib. Ermənistana isə Rusiya silahları daha gec, İrəvanın Bakıya qarşı duruş gətirə bilməyəcəyi anlaşılanda verildi. Bu silahlar daha ucuz və daha köhnə idi. Məsələn, 2010-cu ildə Rusiya Azərbaycana 2009-cu ilin S-300PMU2-sini, Ermənistana isə 1982-ci ilin S-300PS-sini satmışdı. Beş il əvvəl Ermənistanda Rusiyaya münasibət Moskvanın tam xeyrinə idi. İctimaiyyət hökumətin rusiyayönlü siyasətini aktiv şəkildə dəstəkləyirdi. Buna əsas səbəb isə Rusiyanın bizim ən yaxın qonşularımızdan biri olması və Ermənistanın uzun illər onunla problemlər yaşamaması idi. Amma indi vəziyyət dəyişib. Moskva üzünü Bakıya çevirib. Ankaranın təsirilə bu proses daha intensiv xarakter alacaq”.

Beləliklə, qeyd edilənlər Moskva və Ankaranın yeni gedişlərinin regiona mümkün təsirlərinin işğalçı Ermənistanda çox ciddi əndişələr yaratdığını və Qarabağ məsələsində mühüm yeniliklərə səbəb ola biləcəyini göstərir. Bu vəziyyətdə erməni tarixçi Vaqram Toxmacyan Qarabağ məsələsində İrəvanın mövqelərinin daha da zəifləyəcəyini qeyd edir. O, onsuz da son dövrlərdə vəziyyətin ölkəsinin lehinə olmadığını bildirərək qeyd edir ki, ermənilərin 90%-i Qarabağı öz bədbəxtliklərinin mənbəyi sayır.  Rusiyanın “Deyli Storm” qəzetinə açıqlamasında erməni tarixçi bildirib: “Paradoks var. 90% şəxs deyir ki, Rusiya Qarabağ konfliktini yaradıb, bu konflikti idarə edir və bu bizim müharibə deyil. Bizim hamımızın bədbəxtliyi Qarabağ ucbatından yaranıb. Lakin eyni zamanda 90% şəxs də əmindir ki, biz Rusiyasız məhv olarıq. Mən bu paradoksu həll edə bilmirəm. Pul baxımından Ermənistanda hər ikinci ailədən kimsə Rusiyada çalışır”. Bütün bunlar isə yaxın tezlikdə Qarabağ məsələsi ilə bağlı mühüm yeniliklərin olmasını istisna etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ