Cümə axşamı günü, 12 noyabr 2026
     

Armen Sarkisyan Serj Sarkisyandan miras aldığı “ağır Ermənistanı” çiyinlərində nə qədər daşıya biləcək...

Image


Məlum olduğu kimi, bu il – 2018-ci ilin əvvəlindən konstitusiyaya daxil edilmiş yeni dəyişikliklər sayəsində Ermənistanda seçkilərin rəsmi təşviqat kampaniyasına başlanmışdı.

Xatırladaq ki, 2017-ci ilin yazında Ermənistanda parlament seçkiləri keçirilmişdi. Bu, ölkənin prezident idarəçilik sistemindən parlament idarəçilik sisteminə keçməsini nəzərdə tutan yeni konstitusiya üzrə keçirilən ilk seçki idi. Seçkilərdə 5 siyasi partiya və 4 blok iştirak etmişdi. Nəticədə “Ermənistan Respublikaçılar partiyası”, “Daşnaksutyun” partiyası, “Tsarukyan” bloku, “ELK bloku” birlikdə hakim koalisiya yaradaraq höküməti elan etdilər. Yeni konstitusiyanın tənqidçiləri, o cümlədən sabiq prezident R.Köçəryan bunu Ermənistanda birpartiyalı diktatura yaratmaq və partiya lideri üçün ömürlük vəzifə ilə təmin etmək cəhdi kimi qiymətləndirdi. Bu dəyişiklik nəticəsində ölkənin həll etməli olduğu məsələlərdən biri yeni yaranmış sistem əsasında prezident və baş nazirin seçilməsi idi. Son zamanlarda ölkədə yeridilən siyasət, demək olar ki, tamamilə S.Sarkisyanın hakimiyyətdə qalmasına yönəlmişdi. . Bildiyimiz kimi, Ermənistanın 3 cü prezidenti Serj Sarkisyan 2008-ci ilin fevral ayında hakimiyyətə gələrkən ölkədə böyük narazılıqlara səbəb olmuşdu.Vəziyyətdən çıxış yolu kimi, Serj Sarkisyan 2008 ci il mart ayının 1 dən 2 -nə keçən gecə dinc erməni xalqına qarşı atəş əmrini vermək qərarına gəldi. Nəticədə yüzdən çox erməni sakini gülləbaranla qətlə yetirildi.

Yayılan şayiələrə görə, S.Sarkisyan vəzifəsindən ayrılmaq istəmir, pul qazanmağa davam etmək istəyirdi. Öz şəxsi maraqları naminə hər şeyi etməyə hazır olduğu deyilirdi. Hazırda S.Sarkisyan baş nazir olmaq istəmədiyini bildirsə də, bunların hamısı gözdən pərdə asmaq üçün oynanan siyasi oyunlar hesab edilir. Prezident seçilən Armen Sarkisyanın adının bəyan edilməsi də bununla bağlı idi və onun prezidentliyi formal xarakter daşıyır. Bəs A.Sarkisyanın müvəffəqiyyəti üçün əsas şərt nədir? O, mümkün qədər Ermənistanın hazırkı vəziyyətini tez və dərindən öyrənməlidir. Erməni həqiqətini qəbul etmək isə heç də asan bir iş deyil, kifayət qədər ağır prosesdir. Dövlət başçısı ölkədəki atmosferin nə olduğuna diqqət yetirməlidir. Ölkədə siyasi durumun yaxşı olmamasını, media sahəsinin necə və hansı mexanizmlə işləməsini, vətəndaş və dövlətin bir-birindən uzaqlaşmasını, erməni ailələrinin kəndlərdən köç etmələrini, erməni gənclərinin 70%-nin nə üçün ölkəni tərk etmək barəsində fikirləşmələrinin səbəblərini araşdırmalıdır.1 Belə bir halda nəticəyə gəlmək olar ki, ermənilərin başqalarının torpaqları hesabına yaratmaq istədiyi “Böyük Ermənistan” indi artıq kənd-kənd boşalır. Regionda tamamilə təcrid vəziyyətinə düşən, bütün layihələrdən kənarda qalan Ermənistanda ermənilər çıxış yolunu müxtəlif xarici ölkələrə qaçmaqda görür.

Bəs nə üçün S.Sarksyan prezident seçkilərində məhz A.Sarkisyan üzərində durmuşdu? Bu suala siyasi elm xadimi Armen Badalyan belə cavab verib:- Serj Sarkisyan bu vasitə ilə hakimiyyətdə qalmaq istəyir. Digər tərəfdən Armen Sarkisyanın erməni siyasi xadimləri, siyasi qüvvələri ilə heç bir əlaqəsi yoxdur. Lakin Qərb dünyasında böyük şöhrəti var. Tərcümeyi-halına diqqət yetirsək görərik ki, onun Böyük Britaniyada və ABŞ-da müxtəlif biznes əlaqələri var. Armen Sarkisyan - Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan, Qazaxıstanda energetika, neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” korporasiyasının sahibidir. Həmçinin Ermənistanı beynəlxalq aləmdə təmsil edir, dünyada mövcud olan diasporlarla əlaqələr qurur və bir çox başqa sahələrdə Serj Sarksiyanın tapşırığını yerinə yetirməklə bərabər, onu Qərb ölkələrinə dırnaqarası demokratik dövlət başçısı kimi təqdim edir. Digər tərəfdən də doğrudur ki, Qərb ölkələrində bəzi siyasətçilər o ölkələrdə fəaliyyət göstərən güclü erməni diasporasının təsiri ilə ermənipərəst mövqe tutur ki, bu da öz növbəsində Ermənistanın balanslaşdırılmış siyasət aparması görüntüsünü yaradır. Bura, həmçinin, xristian həmrəyliyi faktorunu da misal göstərə bilərik.

2. Hələ ilin əvvəlində (19 yanvar 2018-ci il) “ELK” fraksiyasının millət vəkillərinin inflyasiyaya qarşı yürüşü zamanı onlar qeyd etmişdilər ki, ölkənin bir nömrəli problemi prezidentliyə namizəd deyil, yaradılmış qiymətlərdir. Həmçinin bildirilmişdi ki, seçkilərin nəticələrinin birinci mərhələdə yekunlaşması üçün millət vəkillərinin 79 səsi lazımdır. “Respublikaçılar” və “Daşnaksutyun” partiyalarının birlikdə səsi 65-dir. Aram Sarkisyan o zaman Serj Sarkisyanın müxalifətdən 14 səs almaq üçün qapı-qapı gəzəcəyini demişdi.

3. S.Sarksiyanın namizədliyini dəstəkləyən dövlət rəsmiləri, siyasətçilər, tanınmış partiya rəhbərləri isə onu baş nazir kimi görmək istəyir və S.Sarkisyanı əvəzedilməz biri kimi göstərməyə çalışırlar. Artıq hər şey S.Sarkisyanın istədiyi kimi oldu. Prezident A.Sarkisyan seçildi. Heç kimə sirr deyil ki, onlar baş nazir kimi S.Sarkisyanı görmək istəyirlər. Bu o deməkdir ki, dövlətin idarə olunması yenə də S.Sarkisyana məxsus olacaq. Bu nə qədər doğru seçim olacaq? Bunu zaman göstərəcək. Amma onlar S.Sarkisyanın bu günə qədərki idarəçiliyi dövründə ölkənin hansı vəziyyətdə olduğunu nəzərə almalıdır. Hələ 2015-ci ildə S.Sarkisyanın hakimiyyəti dövründə gənclər arasında aparılan sorğu nəticəsində gənclərin bir qisminin (65%) işsizlik və yoxsulluqdan, digər qisminin isə hərbi təhlükəsizliyə görə narahatlığı məlum olmuşdu. S.Sarkisyanın ilk uğursuzluğu ictimai həyatın əsası sayılan iqtisadi vəziyyətin getdikcə pisləşməsidir. Son 10 ildə Ermənistan iqtisadiyyatı xaricdən gələn borclar hesabına ayaqda qalıb. 2017-ci ildə Ermənistanın xarici borcu 6,8 milyard dollar (2008-ci ildə 1,5 milyard idi) təşkil edib. 2018-ci ildə dövlət büdcəsindən 292 milyon dollar vəsait dövlət borcunun ödənilməsinə yönələcək. Qeyd edə bilərik ki, belə bir vəziyyətdə olan Ermənistan iqtisadiyyatı ölkənin ehtiyaclarına xidmət etmir. Bu, S.Sarkisyanın ən böyük uğursuzluğudur. İkinci ən böyük uğursuzluq isə korrupsiyanın dövlət səviyyəsinə qədər yüksəlməsidir.

4. Ermənistan hakimiyyəti isə hazırda mövcud vəziyyəti, yaranmış problemləri həll etmək gücündə deyil. 25 ildir davam edən problemlər nəticəsində insanların ölkəni tərk etmələri qısa müddətdə ölkəni demoqrafik böhran vəziyyətinə çatdırıb. Onlar bu vəziyyətdən çıxış yolu axtarıb tapmaq əvəzinə, Cənubi Qafqazda gərginliyi artırmaqla məşğuldur ki, bu da Ermənistanın bütün sahələrdə - iqtisadi, siyasi, sosial və digər sahələrdə yanlış siyasət aparmasına gətirib çıxarır. Bu baxımdan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mühüm yer tutur. Ermənistan Respublikası bu münaqişə ilə əlaqədar olaraq Cənubi Qafqazda həyata keçirilən böyük layihələrdən kənarda qalır ki, bu da onun iqtisadi vəziyyətinin ağırlaşmasına səbəb olur. Çünki S.Sarkisyanın və onun əlaltılarının əsas məqsədi Ermənistanın, erməni xalqının mənafeyi deyil, öz maddi maraqları və hakimiyyət maraqlarıdır. Ölkədəki iqtisadi böhranı “İstehlakçıların Hüquqlarının Müdafiəsi” QHT-nın prezidenti Babken Pipoyan belə qeyd edir: -İnflyasiya Ermənistanda çox pis vəziyyət yaratdı və pisləşməkdə də davam edir. İnsanlarin çox hissəsi artıq bezmiş vəziyyətdədir. Əhalinin gəlirləri dəyişməz qalıb, xərcləri isə çoxalıb. İnsanlar artıq ət və bahalı məhsullardan imtina edərək, daha çox makaron və çörəkdən istifadə edir. Bunun nəticəsində insanlar sağlamlıqlarını bərpa etmək üçün daha çox pul xərcləməli olacaq. O qeyd edir ki, ölkədə əmək haqqının 50% dən çoxu ərzaq məhsullarına sərf olunur. Milli statistika təşkilatının məlumatına görə, 2018-ci ilin yanvar ayında Ermənistanın istehlak bazarında 2,7% inflyasiya qeydə alınıb. Buna baxmayaraq, 20% bahalaşma halında nə maaşlar, nə də pensiyalar artıb. Bununla yanaşı, bahalaşma yalnız ərzaq məhsullarına deyil, həmçinin qaza, suya, elektrik enerjisinə də təsir göstərib.

Ermənistanda benzin, dizel yanacağında 11,2% bahalaşma qeydə alınıb. Bütün bunlar həyat səviyyəsinin pisləşməsinə, miqrasiyanın kütləvi hal almasına səbəb olan göstəricilərdir.

S.Sarkisyanın səmərəsiz və qeyri-ciddi fəaliyyətinin nəticəsidir ki, ölkədə ağır sosial-iqtisadi vəziyyət hökm sürür. Maraqlısı odur ki, Ermənistanın iflasla üz- üzə qalması və bütün bu problemlər S.Sarkisyanı və onun əlaltılarını heç də narahat etmir.

5. Erməni tətqiqatçısı Lusin Petrosyanın ölkədə baş verən siyasi oyunlarla bağlı qeyd etdiyi fikir yerinə düşür: “Görək daha nə oyunlar izləyəcəyik və sonda nələr olacaq? Məşhur mahnıda deyildiyi kimi, ŞOU DAVAM EDİR”.

İmaməli Şərqiyyə,
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
“Ermənişünaslıq” şöbəsinin əməkdaşı




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ