Aprelin 11-də keçiriləcək prezident seçkiləri bu gün beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana cəmləşdirib. Bir həqiqət də var ki, prezident seçkilərinə yüksək səviyyədə hazırlıq Azərbaycan cəmiyyətində demokratik mühitin formalaşmışdığı bir dövrə təsadüf edir.
Hər bir cəmiyyətin demokratik inkişafı həm də demokratik seçkilərdən asılıdır. Dövlətin idarə edilməsində xalqın iştirak hüquqlarını seçkilər vasitəsilə reallaşır. Demokratik ölkələrin seçki təcrübəsi də göstərir ki, hər bir seçkinin uğurunu təmin edən şərtlər sırasında siyasi iradə və ictimai-siyasi sabitlik amilləri ilə yanaşı, təkmil seçki qanunvericiliyi də olmalıdır.
Ölkəmizdə indiyə qədər keçirilən seçkilər, eləcə də seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi üçün yaradılan zəmin-zəngin qanunvericilik bazası, mükəmməl Seçki Məcəlləsi və demokratik mühitin olması bunları bir daha təsdiq edir.
Heç şübhə yoxdur ki, bu və kimi amillərin təməllərində Azərbaycan dövlətinin demokraktik dəyərlərə yüksək münasibət və bu sahədə aparılan ardıcıl siyasəti durur. Qarşıdan gələn przident seçkilərinə namizəd kimi qatılmaq istəyən siyasi partiya sədrlərinə, bitərəflərə, namizədliyi özləri tərəfindən irəli sürülənlərə yaradılan şərait, onların bu mühüm tədbirdə bərabərhüquqlu iştirakı bu reallıqları bir daha təsdiq etməkdədir. Bu həm də onu sübut edir ki, Azərbaycan dövləti, ölkədə azad, ədalətli seçkilərin keçirilməsində maraqlıdır. Seçkinin şəffaf keçirilməsi üçün bütün namizədlərə bərabər imkan və şəraitin yaradılması dövlətimizin müstəqil siyasətinin təntənəsidir. Kimlərinsə diktəsi ilə hərəkət etməmək, demokratik prinsiplərə verilən yüksək dəyər, şəffaf, azad və ədalətli seçkilər artıq dövlətin və cəmiyyətin ümdə prinsipinə çevrilib.
Heç kəsə sirr deyil ki, Azərbaycanda seçkilərin demokratik və obyektiv keçirilməsi dövlətin birbaşa marağında olduğu məsələlərdəndir. Dünya birliyi də Azərbaycan dövlətinin və xalqımızın demokartik və şəffaf seçki keçirmək niyyətində olduğunu görür. Azərbaycanda hökm sürən sabitlik, artıq bərqərər olmuş demokratik dəyərlər və bu kimi prinsiplərə əsaslanan seçki qanunvericiliyinin mövcudluğu cəmiyyətdə yüksək əhval-ruhiyyə yaratmaqla, aprelin 11-də keçiriləcək prezident seçkilərinin şəffaflığına, demokratikliyinə böyük inam yaradıb. Tam əminəm və bu deyilənlər də bir daha təsdiq edir ki, seçkilərə hazırlıq posesinin ədalətli, şəffaf və obyektiv gedişi Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin ümdə xidmətlərinin bəhrəsidir. Əminliklə söyləyə bilərik ki, budəfəki prezident seçkiləri də müasir və demokratik standartlara uyğun şəkildə həyata keçiriləcək, vətəndaşların seçki hüquqları yüksək səviyyədə təmin olunacaq, xalqımız yenidən İlham Əliyevə səs verməklə Heydər Əliyev siyasətinə sadiq olduqlarını bir daha nümayiş etdirəcək.
Telman QULİYEV Ağsaqqal