Cümə günü, 13 noyabr 2026
     

“Fondun yaradılması ilə KİV-lərə dövlət dəstəyi daha dolğun, sistemli və ardıcıl xarakter aldı” - MÜSAHİBƏ

Image


Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının 9-cu ildönümü tamam olur. Fondun icraçı direktoru Vüqar Səfərli bununla əlaqədar AZƏRTAC-ın suallarını cavablandırır.

- Vüqar müəllim, aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının 9-cu ildönümü tamam olur. Fondun yaradılması hansı zərurətdən irəli gəlirdi?

- Fondun yaradılması zərurətindən danışarkən, ilk növbədə, müstəqillik illərində Azərbaycan mətbuatının inkişaf mərhələlərinə qısaca nəzər salmaq istərdim. Danılmaz həqiqətdir ki, 1993-2003-cü illərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı demokratik islahatlar həyata keçirilib, fikir, söz və məlumat azadlığı, kütləvi informasiya vasitələrinin müstəqilliyi təmin edilib.

Həmin illərdə kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafına zəruri şərait yaradan mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Mətbuat orqanlarının sərbəst fəaliyyətinə maneə yaradan süni amillər, ilk növbədə, senzura 1998-ci il avqustun 6-da aradan qaldırılıb. Bu mərhələdən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi müntəzəm xarakter alıb, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilib.

Kütləvi informasiya vasitələrinin son 15 ildəki inkişafı isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısı respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə yönəlmiş bütün mütərəqqi təşəbbüsləri dəstəkləyir. Prezident milli mətbuatımızın mütərəqqi ənənələrə əsaslanmaqla və xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişafını vacib sayır.

Xatırlatmaq lazımdır ki, Azərbaycan Milli Mətbuatının 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adının bərpası, yüzlərlə jurnalistin yüksək fəxri adlara, orden və medallara layiq görülməsi, qəzetlərə birdəfəlik maliyyə yardımlarının edilməsi, onların “Azərbaycan” nəşriyyatına olan 400 min manat məbləğində borclarının dövlət büdcəsi hesabına silinməsi və digər tədbirlər ölkə rəhbərinin mətbuata qayğısını əyani şəkildə nümayiş etdirib. Xüsusi qeyd etmək lazımdır ki, borcları ödənilən qəzetlər əsasən müstəqil və müxalifyönlü qəzetlər idi.

Azərbaycan Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, ilk növbədə, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin, jurnalistlərin peşəkarlığının və sosial rifah səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məqsədindən irəli gəlirdi. Konsepsiyanın hazırlanması və qüvvəyə minməsi ilə faktiki olaraq milli mətbuatın inkişafında keyfiyyətcə yeni mərhələnin əsası qoyuldu. Bu il imzalanmasının 10 ili tamam olan Konsepsiya mükəmməl sənəd olaraq özündə mediaya dövlət dəstəyinin məqsəd, prinsip və mexanizmlərini əks etdirir.

Konsepsiyada mətbuata dövlət dəstəyini həyata keçirəcək yeni dövlət qurumunun yaradılması da nəzərdə tutulmuşdu. Bu mənada, Azərbaycan Prezidentinin 2009-cu il 3 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da Konsepsiyadan irəli gələn vəzifələrin həllinə xidmət edirdi. Belə bir dövlət qurumunun yaradılması ölkə başçısının kütləvi informasiya vasitələrinin inkişafına və jurnalistlərin sosial problemlərinin həllinə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləmiş oldu.

Əlbəttə, Fondun yaradılması ilə KİV-lərə dövlət dəstəyi daha dolğun, sistemli və ardıcıl xarakter aldı. Ölkə jurnalistlərinin bütün sahələrdə dinamik inkişaf edən, müasirləşən Azərbaycan Respublikasının nailiyyətlərindən daha səmərəli şəkildə bəhrələnməsi üçün imkanlar açıldı. Gələn il 10 illik yubileyini qeyd edəcək Fond həmin Konsepsiya əsasında uğurla fəaliyyət göstərərək mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirir.

- Fondun təşkilatlanması istiqamətində həyata keçirilmiş tədbirlər barədə nə deyə bilərsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 22 may tarixli sərəncamları ilə Fondun icraçı direktoru və Müşahidə Şurasının 9 nəfər üzvü təyin edildi. Bu təyinatlardan sonra Fond Konsepsiyaya və Nizamnaməsinə uyğun olaraq fəaliyyətə başladı. Müşahidə Şurasının ilk iclasında qurumun gələcək fəaliyyət istiqamətləri dəqiqləşdirildi, nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün xüsusi təlimatlar, normativ sənədlər hazırlandı. Fondun yaradılmasından az müddət sonra kütləvi informasiya vasitələrinə maliyyə yardımını nəzərdə tutan ilk layihələrin həyata keçirilməsinə başlanıldı.

Diqqətinizə çatdırım ki, Fond yeni yaradılmış qurum kimi hansısa mövcud ənənəyə, praktik iş təcrübəsinə istinad etmirdi. Buna baxmayaraq, biz Konsepsiya, eləcə də Nizamnamə ilə üzərimizə düşən vəzifələrin uğurlu icrası məqsədilə tamamilə şəffaf və çevik mexanizmlər formalaşdıra bildik. Beynəlxalq təcrübə, daha dəqiqi, xarici ölkələrdə mətbuata dövlət dəstəyini həyata keçirən oxşar qurumların fəaliyyəti ilə yaxından tanışlıq istiqamətində həyata keçirdiyimiz addımlar praktik nəticələrini verdi. Fondun icraçı direktoru və Müşahidə Şurası üzvlərinin 2009-cu ildə Avstriyanın Vyana və İsveçin Stokholm şəhərlərinə işgüzar səfərləri beynəlxalq təcrübənin öyrənilməsi baxımından kifayət qədər əhəmiyyətli oldu.

Ötən 9 ildə Fond həm də ölkə jurnalistlərinin beynəlxalq təcrübə ilə yaxından tanışlığı üçün zəruri tədbirlər həyata keçirib. Ötən müddətdə media nümayəndələrinin Türkiyəyə, İsveçə, Avstriyaya, Şimali Kiprə və Böyük Britaniyaya səfərləri təşkil olunub. Jurnalistlərimiz bu səfərlər zamanı həmin ölkələrin aparıcı qəzetlərinin, habelə televiziya və radiolarının redaksiyalarında olub, onların iş üslubu ilə yaxından tanışlıq imkanı qazanıb, təcrübə mübadiləsi ediblər. Xüsusi vurğulamaq istərdim ki, Fonda dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə artması həm fəaliyyətimizin miqyasını genişləndirir, həm də jurnalistikamızın inkişafına xidmət edir. 2009-2018-ci illərdə Fonda dövlət büdcəsindən 35 milyon manata yaxın vəsait ayrılıb. Bu qayğının müqabilində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.

- Məlumdur ki, Fondun maliyyə yardımı ilə KİV layihələri icra olunur, həmçinin fərdi jurnalist yazıları müsabiqələri keçirilir. Bu istiqamətlər üzrə həyata keçirilən layihələri səmərəli hesab etmək olarmı?

- Fond Konsepsiyaya əsasən qəzetlərə 19 istiqamət üzrə maliyyə yardımının göstərilməsi məqsədilə ildə 2 dəfə müsabiqə elan edir. Bu müsabiqələrin şərtlərinə cavab verən qəzetlər həmin istiqamətlər üzrə 6 ay ərzində layihələr icra edirlər. Fond həmin layihələrin monitorinqini həyata keçirir və hər ayın sonunda qəzetlərə növbəti maliyyə vəsaitini ayırır. Fondun maliyyə vəsaiti hesabına gündəlik, günaşırı və həftəlik qəzetlərdə hər il 6 min səhifədən çox layihə materialı dərc olunur.

Fondun maliyyə yardımı ilə icra edilən layihələr çərçivəsində yazılan yazılar ictimai həyatın bütün sahələrini əhatə edir. Diqqətinizə çatdırım ki, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu; fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması; Azərbaycanın dünya birliyinə inteqrasiyası; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi və mühüm əhəmiyyət kəsb edən digər mövzular mətbuatda geniş işıqlandırılır, təhlil edilir.

Fond KİV-lərdə Azərbaycanın ədəbi dilinin qorunması məsələsinə də xüsusi diqqət ayırır. Bu məqsədlə hər il “Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması”, “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzusunda layihələr elan edilir. Layihələr 6 ay müddətində icra edilir, aparılan monitorinqlər zamanı Azərbaycan media və teleradio məkanının dil problemləri araşdırılır, onun tənzimlənməsi yolları müzakirə edilir, müvafiq təkliflər verilir. Fond, həmçinin ötən illərdə Azərbaycan Mətbuat Şurasının “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” mövzusunda layihəsinin maliyyələşdirilməsi üçün vəsait ayırıb.

Dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etmək, jurnalistlərin peşəkarlığını artırmaq, onların sosial müdafiəsini gücləndirmək məqsədilə Fond il ərzində 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının yaranmasının ildönümü, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələri təşkil edir.

Bu müsabiqələr, ilk növbədə, sağlam rəqabət mühiti formalaşdıraraq jurnalistlərin aktual mövzular üzrə yazılar hazırlamalarına, onların yaradıcılıq vərdişlərinin, peşəkarlıqlarının yüksəlməsinə, ümumən yeni tədqiqat və araşdırmaların aparılmasına stimul yaradır. Müsabiqələrə təqdim edilən yazıların ilbəil həm məzmun, həm də formaca təkmilləşməsi, jurnalistlərin fərdi yaradıcılıq keyfiyyətlərinin, yazı üslubunun püxtələşməsi keçirilən müsabiqələrin müstəsna əhəmiyyətini bir daha aşkara çıxarır. Fondun fəaliyyət göstərdiyi müddətdə minlərlə jurnalist bu müsabiqələrdə iştirak edərək peşəkarlıqlarını artırmaq və sosial vəziyyətlərini yaxşılaşdırmaq imkanı əldə ediblər.

Ümumiyyətlə, Fond ötən 9 ildə Bakının Qaradağ, Səbail, Nizami, Binəqədi, Nəsimi, Suraxanı rayon icra hakimiyyətləri, habelə Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Statistika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Milli Olimpiya Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Müəllif Hüquqları Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Azərsu”, “Azərişıq” və “Azərilmə” ASC-lərlə birgə fərdi jurnalist yazıları müsabiqələri təşkil edib.

Fond 2017-ci ildə keçirilmiş fərdi jurnalist yazıları müsabiqələrində I yerə layiq görülmüş jurnalistlərin yazılarını toplamaqla “Sözün zirvəsində” adlı kitabın III cildini nəşr etdirib.

- Fond kütləvi informasiya vasitələri ilə dövlət və cəmiyyət arasında münasibətlərin inkişafı sahəsində hansı işləri görür?

- Kütləvi informasiya vasitələri ilə dövlət və cəmiyyət arasında münasibətlərin inkişaf etdirilməsi Fondun Nizamnaməsində əksini tapmış mühüm məsələlərdən biridir. Biz ötən illərdə bu məsələni xüsusi diqqət mərkəzində saxlayaraq bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə mətbuat-cəmiyyət münasibətlərinin inkişafına xidmət edən tədbirlər keçirmişik.

Fond fəaliyyət göstərdiyi müddətdə media rəhbərlərinin iştirakı ilə Bakının Səbail, Nizami, Suraxanı, Qaradağ, Binəqədi və Yasamal, bölgələrdən - Yevlax, Şəmkir, Zərdab, Qəbələ, Masallı, Quba və İmişli rayonlarında, habelə Gəncə, Lənkəran və Naxçıvan şəhərlərində “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” və “İnformasiya əldə etmək haqqında” Qanunun şərhi sahəsində region KİV-lərinin maarifləndirilməsi” mövzularında konfranslar təşkil edib.

Bundan əlavə, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Fond ötən ilin aprel ayında Lənkəran, sentyabr ayında isə Xaçmaz rayonlarında etnik-dini icmaların və KİV nümayəndələrinin iştirakı ilə “İslam həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda regional konfranslar keçirib.

Yüksək fəallıq şəraitində keçən bu tədbirlərdə həmin rayonların rəhbər vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri və media nümayəndələri iştirak edərək qarşılıqlı faydalı müzakirələr aparıblar. Belə görüşlər dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı etimadın güclənməsinə və sivil əməkdaşlığın formalaşmasına şərait yaradır. Fond ictimai əhəmiyyətini və müsbət nəticələrini nəzərə alaraq belə tədbirlərin davam etdirilməsini 2018-ci il üzrə fəaliyyət planına daxil edib.

- Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələri əməkdaşlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrası barədə də məlumat verməyinizi xahiş edərdik.

- Şübhəsiz ki, jurnalistlər üçün dövlət büdcəsi hesabına yaşayış binasının inşa edilməsi dünyada analoqu olmayan addımdır və Azərbaycanda mediaya yüksək dövlət qayğısının mövcudluğunu bir daha təsdiqləyir. Xatırlatmaq istərdim ki, ölkə başçısı 2010-cu il iyulun 22-də jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının inşasını nəzərdə tutan Sərəncam imzaladı. Sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Səbail rayonunun Bibiheybət qəsəbəsi ərazisində 17 mərtəbəli, ikigirişli, 156 mənzilli yaşayış binası inşa edilərək 2013-cü il iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə jurnalistlərə təhvil verildi. Ölkə başçısı elə həmin gün - 2013-cü il iyulun 22-də “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” ikinci Sərəncamı imzalamaqla jurnalistlərin bayram ovqatına əlavə sevinc qatdı.

Həmin Sərəncama əsasən, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində 17 mərtəbəli, üçgirişli, 255 mənzilli yaşayış binasının tikintisi tam başa çatdırıldı. 2017-ci il iyulun 20-də Prezident İlham Əliyevin iştirakı ilə həmin binanın təntənəli açılış mərasimi keçirildi. Eyni zamanda, dövlətimizin başçısının 2017-ci il 19 iyul tarixli “Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı əsasında növbəti - sayca üçüncü binanın təməli qoyuldu və tikinti işlərinə başlanıldı.

- Fondun 2018-ci il üzrə perspektiv fəaliyyət planları barədə nə demək istərdiniz?

- 2018-ci il Azərbaycan dövləti və xalqı üçün bir sıra mühüm hadisələrlə zəngin ildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamı ilə bu il respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bundan əlavə, dövlətimizin başçısının 2018-ci il 18 yanvar tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına əsasən bu günlərdə azərbaycanlıların soyqırımının 100-cü ildönümü qeyd edilir. Bu il, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Ordusunun yaranmasının 100 və Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 100 illiyi əlamətdar hadisələr kimi qeyd olunacaq.

Fondun Müşahidə Şurasının iclasında təsdiq edilmiş 2018-ci il üçün Tədbirlər Planında bütün əlamətdar hadisə və yubileylər öz əksini tapıb. Azərbaycanlıların soyqırımının 100, Dağlıq Qarabağda erməni separatizminin başlanmasının 30 illiyi ilə əlaqədar aprel ayında yerli və xarici media nümayəndələrinin Quba Soyqırımı Memorial Kompleksinə ziyarətinin təşkili nəzərdə tutulur. Bundan əlavə, Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı Fond qarşıdakı aylarda media nümayəndələrinin Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfərini təşkil etmək niyyətindədir.

Ölkəmiz hazırda ciddi siyasi hadisə - prezident seçkiləri ərəfəsindədir. Azərbaycan jurnalistləri dövlətimizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən, tamamilə azad, ədalətli və şəffaf seçki prosesinin ayrı-ayrı mərhələləri üzrə görülən işlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında peşəkarlıq və vətəndaş təəssübkeşliyi nümayiş etdirirlər. Seçki ərəfəsində ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək istəyən, xarici ölkələrdə gizlənərək sosial şəbəkələrdə mənəvi-etik, əxlaqi normalara sığmayan formada qərəz, iftira və hədyanlar püskürən mənəviyyatı kasad, təsadüfi şəxslər ifşa olunur, layiqli cavablarını alırlar.

Xüsusi vurğulamaq istərdim ki, Azərbaycanın iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir zamanda mətbuatın üzərinə düşən vəzifələr də nisbətən fərqli mahiyyət kəsb etməyə başlayır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Dövlətin yüksək diqqət və qayğısı müqabilində obyektivlik, operativlik, peşəkarlıq, milli təəssübkeşlik və milli problemlərə həssas münasibət Azərbaycan mediasının əsas keyfiyyət göstəricisinə çevrilməkdədir.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan mediasının inkişafı dövlətimizin daim diqqət mərkəzindədir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ