Cümə günü, 13 noyabr 2026
     

Qələbə tariximizi özümüz yazmalıyıq... - Millət vəkili Cavanşir Feyziyev yazır

Image


Milli dövlətçiliyimizin çox əsrlik təkamülü tarixində Azərbaycan ərazisi çoxsaylı savaşların meydanı olub. Bu ərazidə regionun və dünyanın böyük güc sahibləri üz-üzə gəliblər. Lakin 20-ci əsrə qədərki dövrdə heç zaman yerli əhalinin – Azərbaycan türklərinin kütləvi qırğınına, etnik və dini mənsubiyyət zəminində məhv edilməsi hallarına rast gəlinməyib.

19-cu əsrin birinci yarısında torpaqlarımıza yerləşdirilən ermənilər Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirdikcə xalqlar arasında nifaq salmağa, bu ərazinin aborigen əhalisinə qarşı təxribatlar törətməyə və nəhayət, torpaqlarımızı özününküləşdirməyə başladılar. Əsrlər boyu multikultural dəyərlər əsasında yaşamış cənubi Qafqaz xalqları həmin dövrdən bu günədək zaman-zaman şiddətlənən erməni terrorizmindən hələ də əziyyət çəkir. Keçən əsrin əvvəllərində  minlərlə dinc insanın vəhşicəsinə qətl edilməsi ilə başlanan geniş miqyaslı terror qısa bir müddətdə daha da təşkilatlanaraq insanlıq əleyhinə cinayətlərə və soyqırımlarına çevrildi. 100 il əvvəl, 1918-ci ilin mart ayında artıq on minlərlə azərbaycanlı əvvəlcədən düşünülüb planlaşdırılmış soyqırımı hadisələrinin qurbanlarına çevrildilər. O zamankı imperialist qüvvələrin və onların əlaltısı olan ermənilərin planı Cənubi Qafqaz ərazisinin bütün müsəlman əhalisini öz torpaqlarından qovub çıxarmaqla bu ərazidə oyuncaq erməni dövləti yaratmaq idi. 1918-ci ildə regionda sülh yaratmaq naminə Azərbaycan torpaqlarının bir hissəsində tarixdə ilk erməni dövlətinin yaradılması da təəssüf ki, bu planların qarşısını ala bilmədi. Bütün 20-ci əsr boyunca azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması, kütləvi surətdə deportasiyası və kütləvi surətdə qətlə yetirilməsi davam etdi. Bu gün də torpaqlarımızın 20%-i erməni faşistlərinin işğalı altındadır və 1 milyona yaxın insan öz evlərinə dönəcəyi günü böyük ümidlə gözləyir.

Ən azı son 100 ili  xalqımız özü öz dərdləri və faciələri ilə baş-başa qalıb. Nə sovetlərdən əvvəl, nə də 70 illik sovet dönəmində son 200 il ərzində xalqın başına gətirilən fəlakətlər barədə dünyaya informasiya çıxışımız olmayıb. Hətta hadisələrin şahidlərinə də baş verənlər barəsində danışmaq yasaq olunub, danışanlar dərhal susdurulub. Dünyanın dörd tərəfinə səpələnmiş ermənilər isə bütün bu dövr ərzində “əzilən, öldürülən, məzlum xalq” cildinə girərək, qədim türk torpaqlarında törətdikləri amansız cinayətləri – soyqırımı cinayətlərini ört-basdır etməyə nail olublar. Lakin erməni həyasızlığı erməni iddiaları qədər sonsuzdur. Onlar bununla da kifayətlənməyib və imperialist havadarlarının köməyi ilə guya özlərinin soyqırıma məruz qaldıqlarını iddia etməyə başlayıblar. Ermənilər türk dünyasının beynəlxalq siyasət  səhnəsində sıxışdırılması şəraitində saxta “erməni soyqırımı” iddialarının dünyanın bir sıra ölkələrində tanınmasına da nail ola biliblər. Belə bir şəraitdə qarşımızda duran vəzifələrin məsuliyyətini dərk edərək 100 ildən çox xalqımıza qarşı aparılan fiziki və mənəvi terrorun qarşısını almaq, əsl həqiqətlərin dünya tərəfindən tanınmasını və qəbul olunmasını təmin etmək üçün əlindən gələni etmək hər bir azərbaycanlının şəxsi öhdəliyi və şərəf borcu olmalıdır.

Xalqımıza qarşı soyqırımı siyasətini dayandırmaq və Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarını tam dolğun şəkildə birdəfəlik təmin etmək üçün ilk növbədə, baş vermiş hadisələrin dərindən öyrənilməsi, bu bilgilərin hər bir vətəndaşa öyrədilməsi və eyni zamanda soyqırımı hadisələrinin dünya miqyasında tanıdılması mühüm əhəmiyyət daşıyır. 1998-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə 31 Mart tarixinin “Azərbaycanlıların soyqırımı günü” elan edilməsi bu tədbirlərin dünya miqyasında həyat keçirilməsinə təkan verdi və geniş imkanlar yaratdı. Bu istiqamətdə dövlət qurumları tərəfindən, qeyri-hökumət təşkilatları,vətəndaş cəmiyyətləri və ziyalılar tərəfindən çoxsaylı tədbirlər həyata keçirilir. Elmi-tədqiqat institutları çoxsaylı araşdırmalar aparır və elmi əsərlər yazılır. Bütün bunlara baxmayaraq, dünya miqyasında Azərbaycan tarixinə dair, xüsusilə, xalqımızın soyqırımı tarixi ilə bağlı bilgilər olduqca azdır və biz digər ölkələrin siyasətçiləri ilə görüşlərimizdə bir daha bunun şahidi oluruq.  Bu vəziyyət düşmənlərimizin özlərinin uydurduqları “tarixi faktlar” əsasında əks-təbliğat aparmasına, real tarixi hadisələrin təhrif olunmasına imkan yaradır. Beynəlxalq mediada və elmi dövriyyədə belə hallara tez-tez rast gəlmək mümkündür. Məsələn, 2015-ci ildə ABŞ-nın Kaliforniya Ştatında Joseph R.Rudolf adlı bir naşirin tərtibatçılığı ilə “Müasir etnik münaqişələrin Ensiklopediyası” adlı kitab buraxılıb. Bu kitabda dünyada baş verən bir sıra etnik münaqişələrlə yanaşı Azərbaycan-Ermənistan münaqişəsinə də yer verilib. Lakin Dağlıq Qarabağ münaqişənin mahiyyətini anlatmaq üçün istifadə olunan şərhlərin çox böyük hissəsi erməni müəllifləri tərəfindən yazılmış mənbələrdən götürülüb. Azərbaycan mənbələrinə istinada cəmi bir yerdə rast gəlinir, o da sovet dövrünün sonlarında Moskva tərəfindən Azərbaycana prezident təyin olunmuş Ayaz Mütəllibovun verdiyi müsahibədən ibarətdir. Kitabın formatından belə bir nəticəyə gəlmək olur ki, tərtibatçı dünyada baş verən etnik münaqişələrin ensiklopediyasını tərtib etmək üçün mənbə kimi on-line resurslarda yer alan analitik materiallardan istifadə edib. Bu fakt nə qədər təəssüfləndirici olsa da, eyni zamanda həm də nəticə çıxarmağa və informasiya siyasətimizdə olan boşluqları görməyə imkan yaradır.

Bu onu göstərir ki, beynəlxalq mediada, beynəlxalq elmi – kütləvi nəşrlərdə Azərbaycan həqiqətlərinin yayılması istiqamətində hələ çox işlər görülməlidir.İlk növbədə, ölkəmizin dövlətçilik tarixi ilə bağlı, eləcə də müasir tariximizlə bağlı qısa və konkret bilgilərin xarici tədqiqatçılara açıq və əlçatan olmasını təmin etməkdən olduqca zəruridir. Xüsusilə soyqırımları ilə bağlı aparılmış araşdırmalar, müxtəlif dövrlərdə qəbul olunmuş rəsmi sənədlər, faktları təsdiqləyən istintaq materialları və s. on-line resurslarda dünyanın müxtəlif aparıcı dillərində təqdim olunmalı və şərh olunmalıdır. Hazırda bir çox ölkələrdə, o cümlədən, İspaniyada, İtaliyada, Fransada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələri araşdıran tədqiqatçılar var və onlar da on-line resurslarda soyqırım hadisələrinə dair faktların, bu faktları təsdiq edən sənədlərin tapılmamasından əziyyət çəkdiklərini bildirirlər. Hətta Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 80-ci illərin sonlarında və 90-cı illərin əvvəllərində qəbul olunmuş rəsmi sənədlərin bir qisminə arxivlərin on-line versiyalarında rast gəlinmir və xarici tədqiqatçılara rəsmi sənədlər əsasında ətraflı araşdırmalar aparıb, ədalətli nəticəyə gəlməsi üçün çətinlik yaradır.

Ölkə daxilində vətəndaşlarımızın öz tariximizə dair xüsusi əhəmiyyət kəsb edən bilgilərinin də məhdud olması təəssüf doğurur. Orta və ali təhsil müəssisələrimizdə tarix fənninin tədrisinin daha səmərəli şəkildə yenidən qurulmasına ehtiyac hiss olunmaqdadır. Birinci növbədə, orta məktəb dərsliklərində Azərbaycan tarixinin öyrədilməsi prosesində bu bilgilər daha optimal şəkildə sistemləşdirilməli və daha səmərəli formada tədris edilməlidir. Əlbəttə, orta məktəbin ayrı-ayrı siniflərində soyqırımı hadisələrinə dair  məlumatlar var və öyrədilir. Lakin bir sıra orta məktəb müəllimləri ilə apardığım söhbətlərdən belə qənaətə gəlmək olur ki, bu biliklər fərqli siniflərdə ayrı-ayrı tarixi epizodlar şəklində öyrədildiyindən şagirdlərin təsəvvüründə soyqırımı tarixinin ardıcıl, mükəmməl mənzərəsi yaranmır. Ona görə də ilk növbədə hələ aşağı siniflərdən başlayaraq şagirdlərə Azərbaycan dövlətçiliyinin atributları və tarixi barədə, tarixi dövlətçilik ənənələrimiz barədə qısa, lakin əhəmiyyətli biliklərin verilməsi çox vacibdir. Daha sonrakı orta siniflərdə tarixi hadisələrin gedişatı, mahiyyəti və nəticələri haqqında ətraflı biliklər verilməli, orta məktəbi bitirmək ərəfəsində isə Azərbaycan tarixi üzrə qazanılmış bütün biliklərin qısa xronikasının ümumiləşdirilmiş şəkildə bir daha tədris edilməsi bu boşluqları aradan qaldıra bilər. Yeri gəlmişkən, Avropa ölkələrinin məktəblərində tarix fənni üzrə tətbiq edilən kurrikulum ölkə tarixinin məhz 3 mərhələdə öyrədilməsini nəzərdə tutur ki, bizim də bu təcrübədən yararlanmağımız faydalı olardı.

Bu və digər çatışmazlıqların müvafiq qurumlar tərəfindən nəzərə alınması və onların aradan qaldırılması üçün lazımi addımların atılması son 100 ildə azərbaycanlılara qarşı törədilmiş soyqırım faktlarının dünya ictimaiyyətinə, beynəlxalq elmi, siyasi dairələrə obyektiv şəkildə çatdırılmasına yardım edəcəyinə inanıram. Lakin bütün bunlar problemin tam həlli deyil. Torpaqlarımız hələ də düşmən tapdağı altındadır, soydaşlarımız dədə-baba ocaqlarına qayıtmağın həsrəti ilə üzülür. Dünya həmişə olduğu kimi susur. Bizimsə bir yolumuz var - öz həqiqətlərimizi özümüz öyrənməli və bütün dünyaya öyrətməliyik. Faciələrimizi özümüz araşdırmalı, bütün dünyaya da özümüz tanıtmalıyıq. Ona da inanıram ki, çox şey öz əlimizdədir. Çünki biz varlığı ilə qürur duyduğumuz, varlığı üçün can verməyə və qan tökməyə hazır olduğumuz müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq. 100 illik ədalətsiz təzyiqlərin, fiziki və mənəvi terrorun, başımıza gətirilən soyqırımı faciələrinin qalibiyyətli sonluğunu da üçrəngli bayrağımızın altında özümüz yazmalıyıq !

Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru
30 mart 2018-ci il.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ