Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan Ermənistana daha bir diplomatik zərbə vurdu…

Image


Dağlıq Qarabağ münaqişəsinin çözümünə nail olmaq üçün işğalçı Ermənistanı konstrkutiv mövqeyə gəlməyə vadar edə biləcək tərəflərdən biri qismində İranın çıxış etdiyi danılmaz həqiqətdir. O da heç kimə sirr deyil ki, İranın iqtisadi müstəvidə Ermənistana təsir imkanları kifayət qədər yüksəkdir. Bu təsirlərin işə salınması isə İrəvanın Qarabağ məsələsində indiki mövqelərinin əhəmiyyətli dərəcədə zəifləməsinə rəvac vermək iqtidarındadır.

Elə Azərbaycan diplomatiyasının əsas məqsədlərindən biri də məhz Qarabağ məsələsində İranın da Ermənistana təzyiq rıçaqlarını işə salmasına nail olmaq, ən azından Tehranın İrəvanla iqtisadi əməkdaşlığının genişlənməsinin qarşısını almaqdır.

Qeyd edilənlər fonunda İran prezidenti Həsən Ruhaninin Azərbaycana son səfəri bəzi məqamlar baxımından Azərbaycan üçün çox vacib sayılır. Ruhaninin səsləndirdiyi fikirlərdən bəlli oldu ki, Tehran Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır və bu məsələdə İranın prinsipial mövqeyi var. İran tərəfi bəyan edir ki, münaqişə dinc yolla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Siyasi şərhçilərin fikrincə, İran prezidentinin səfəri zamanı Qarabağ məsələsinin qabardılması birbaşa İrəvana ünvanlanan mesajdır. Yəni artıq rəsmi Tehran Ermənistan rəhbərliyinə Qarabağ məsələsində Azərbaycanın yanında olduğunun mesajını verir. Elə bu səbəbdəndir ki, Prezident İlham Əliyev İranın Qarabağ məsələsində mövqeyindən razı qaldığını bildirdi: “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir. Ona görə biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır“.

Həsən Ruhaninin açıqlamaları isə həqiqətən də Bakıdan İrəvana verilən mesaj kimi qiymətləndirilə bilər. Çünki o, açıq şəkildə vurğuladı ki, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır: “Biz belə düşünürük ki, Qarabağ problemi siyasi yolla tənzimlənməlidir. Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik. Biz şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir. Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir“. Beləliklə, kifayət qədər aydın şəkildə vurğulanır ki, Qarabağ məsələsində ölkələrin ərazi bütövlüyü dəyişməməlidir. Bu isə Azərbaycanın istədiyi mövqedir.  Qeyd edilən səpkidə qətiyyətlə söyləmək mümkündür ki, Azərbaycan və İranın siyasi, iqtisadi zəmində bir-birinə yaxınlaşması son dövrün ən müsbət hadisələrindəndir. Təbii ki, iki ölkə arasında önəmli layihələr həm ikitərəfli formatda, həm də beynəlxalq arenada öz əhəmiyyətini artırır. Azərbaycanla İran arasındakı münasibətlər müstəqillik illərindən bəri özünün ən böyük intibah dövrünü yaşayır. İki ölkə arasındakı bu yaxınlaşma isə Ermənistanın vəziyyətini  bir az da ağırlaşdıran hal sayılır. Ən azı o baxımdan ki, İranın Ermənistanla birgə iqtisadi layihələrə marağı itir. Bu isə Ermənistanın daha zəif hala gəlməsi və dolayısı ilə Tehranın Qarabağ məsələsinin həllinə töhfəsi sayıla bilər. Ruhaninin Bakı səfərinin əhəmiyyətini millət vəkili Aydın Mirzəzadə elə bu fonda şərh edərək  bildirir ki, Azərbaycan və İran arasında münasibətlər həmişə yaxşı olub: “Bu, ilk növbədə iki ölkənin tarixinin eyni kökə, dəyərlərə söykənməsindən irəli gəlir. Bu gün hər iki ölkə bir-birinə maksimum yaxınlaşmağa, beynəlxalq aləmdə maraqlarını qorumağa çalışır. Azərbaycan üçün əhəmiyyətlidir ki, İran kimi tarixi bir dövlət onun ərazi bütövlüyünü dəstəkləyir. Ermənistanın Azərbaycan torpaqlarını işğalını qəbul etmir. Həmçinin qonşuluq münasibətləri tək dostluq, qardaşlıq deyil, eyni zamanda bu bünövrə əsasında bütün sahələr üzrə əməkdaşlığa böyük şərait yaradır”. 

Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurası Rəyasət Heyətinin fəxri sədri Serqey Karaqanov da, demək olar ki, eyni mövqeni bölüşür. O bildirir ki, mürəkkəb geosiyasi vəziyyət fonunda Azərbaycan müdrikcəsinə manevr edir: “Və onun vəziyyəti də kifayət qədər əlverişlidir, çünki elə mövqe tutub ki, demək olar, bütün böyük dövlətlərlə - İran, Türkiyə, Çin və Rusiya ilə dostluq edir. Üstəlik "Şərq-Qərb Axını”nın – biz onu "bir kəmər– bir yol" adlandırırıq, müəyyən hissəsi Azərbaycandan keçir. O müxtəlif istiqamətlərə uzanır. Bundan başqa, Azərbaycanın ərazisi vasitəsilə daha bir güclü "Şimal-Cənub" dəhlizi  keçir. Onun haqqında uzun müddət danışırdılar, amma indi o, reallığa çevrilir. Onun vasitəsilə Hindistan yenidən bura qayıdacaq və ya əksinə, Rusiya Hindistana, İrana gedəcək. Buna görə, Azərbaycan səhvlər etməsə, sözsüz ki, qalib gələcək. Bu  vəziyyətdə Qarabağ məsələsində Azərbaycana dəstək daha da artacaq və bura İran da daxildir”.

Baş verənlər artıq Ermənistanda da ciddi narahatlıq yaradır. Beynəlxalq problemlər və təhlükəsizlik məsələləri üzrə Ermənistan İnstitutunun eksperti Emma Beqicanyan da bildirir ki, Tehranın sürətlə Bakıya yaxınlaşması İrəvana yaxşı heç nə vəd emtir: “Digər tərəfdən, şiə İran islam dünyasında liderliyə can atan bir ölkə kimi şiə Azərbaycanın da maraqlarını saymaya bilməz. Hadisələrin belə inkişafı Ermənistan üçün zərbə ola bilər“. Onu da qeyd edək ki, son dövrlərdə erməni ekspert dairələrinin fikirlərinə, mediasına nəzər saldıqda belə bəlli olur ki, Azərbaycan və İranın birgə həyata keçirdiyi layihələr sözün həqiqi mənasında İrəvanda böyük ruh düşkünlüyü yaradıb. Erməni ekspert Qraçya Qalustyan hesab edir ki, Tehranla dərinləşən əməkdaşlıq Bakının mövqelərini  daha güclü hala gətirir: “Bizim etiraf edib-etməməyimizdən asılı olmayaraq, fakt odur ki, Azərbaycanın qlobal iqtisadi problemi yoxdur. Üstəlik, qeyd etməliyik ki, Azərbaycanın iqtisadi artımla bağlı ciddi perspektivi var. Ermənistanın uzun müddətdir özünə müttəfiq hesab etdiyi ölkələr bu gün Azərbaycanla səmimi münasibətlər qurur və bu münasibətlərdə biznes əsas paya sahibdir. Məsələn, biz artıq tez-tez eşidirik ki, Tehran, Bakı və Moskva arasında üçtərəfli görüşlər keçirilir və orada daha çox  Astara ilə Moskva arasında dəmir yolu ilə sərnişindaşıma xəttinin istifadəyə verilməsi müzakirə edilir.  İran Dəmir Yolları İdarəsinin beynəlxalq məsələlər üzrə baş direktoru Abbas Nəzərinin sözlərinə görə, “Astara-Moskva” qatarının işə salınması ilə bağlı İran, Azərbaycan və Rusiya arasında üçtərəfli və ikitərəfli danışıqlar aparılıb. Bundan başqa, artıq Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (İran)-Astara (Azərbaycan) arasında sınaq qatarı hərəkətə gətirilib, Astara-Rəşt dəmir yolu xəttinin təməli qoyulub. Belə vəziyyətdə Ermənistan yenə böyük gəlirlərdən təcrid olacaq, Azərbaycan isə təkcə maliyyə yox, həm də siyasi dividendlər əldə edəcək”.
Ekspertin sözlərinə görə,  İran tərəfi bəyan edib ki, bu, Fars körfəzi ilə Qara dənizi birləşdirən böyük əhəmiyyətli layihədir: “Həmin nəqliyyat dəhlizi vasitəsilə yüklər Gürcüstan, Ukrayna və Polşaya qədər daşınacaq. Ermənistan yenə böyük gəlirlərdən təcrid olacaq, Azərbaycan isə təkcə maliyyə yox, həm də siyasi dividendlər əldə edəcək. Azərbaycan İrana yarım milyard dollar kredit verir. Bu səbəbdən Azərbaycanda iqtisadi problemlərin olması ilə bağlı fikirlər səsləndirmək əsassızdır. Biz inanmaq istəməsək də, heç rəsmi Bakıya real siyasi təzyiq də yoxdur. Əksinə, Avropada Azərbaycanın enerji resursları ixrac edən ölkə kimi nə qədər önəmli dövlət olduğunu daha tez-tez ucadan deyirlər. Özümüzə bir çox şeyi aydınlaşdırmaq üçün təkcə ona diqqət edək ki, İlham Əliyevin Vladimir Putinlə olduqca çox isti münasibətləri var. Rusiya və Azərbaycanın neft-qaz bazarında rəqib olduğunu nəzərə alsaq, bu çox paradoksaldır. Bakı istədiyinə nail olur”. Beləliklə, hadisələrin gedişi Bakının regionda geosiyasi müstəvidə Ermənistan üzərində daha bir vacib qələbəyə imza atdığını göstərir. “Alternativ”' analitik mərkəzinin rəhbəri Tatul Manasaryan bildirir ki, Qafqazın istər beynəlxalq, istərsə də regional layihələrindən kənarda qalan ölkəsinə çevrilmiş Ermənistana heç bir investorun maliyyə ayırmayacağı həqiqətdir. O da bildirir ki, Azərbaycanın təşəbbüsü ilə baş tutan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi Ermənistana marağı daha da azaldır: “Çünki İran və Rusiya üçün bu marşurut daha cəlbedicidir. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istismara verilməsi isə yüklərin açıq dənizə çıxarılmasını faktiki olaraq təmin edir. Dağlıq Qarabağ münaqişəsində aparılan səhv siyasət Ermənistanı regionda ən arzuolunmaz yerə salıb. Həyata keçirilən layihələr Azərbaycanı Cənubi Qafqazın əsas infrastruktur- tranzit mərkəzinə çevirir. Ermənistan isə sadəcə kənardan müşahidə edir. Ermənistanın iqtisadi blokadaya salınmasının əsas səbəbi Dağlıq Qarabağ münaqişəsidir”. Artıq Ermənistan ictimaiyyəti də yaxşı bilir ki, Ermənistanın yeganə çıxış yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əks təqdirdə bir vaxtlar Ermənistanla əməkdaşlıq etmiş azsaylı ölkələr də tədricən ondan üz döndərir ki, bu da İrəvanın durumunu daha da ağırlaşdırır. Hər halda, hadisələrin gedişi İrəvana müsbət heç nə vəd etmir və proseslər Azərbaycanın uğurlu gedişlərinin öz məntiqi nəticəsini verdiyini göstərir. Bu da öz növbəsində Qarabağ münaqişəsinin həllini tezləşdirəcək faktorlardan sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ