çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Dünya neft bazarında Azərbaycanın hədəflərinə uyğun proseslər başlayır

Image


Rusiya, Venesuela və İrana qarşı ABŞ-ın tətbiq etdiyi yeni sanksyialar, eləcə də neft hasilatçılarının  "qara qızıl" istehsalını azaltmaq niyyəti bu məhsulun dünya bazarlarında qiymətini yenidən nəzərəçarpacaq dərəcədə yüksəldir. Artıq son məlumatlara əsasən, neftin qiymətində yeni yüksəliş qeydə alınır.

Bura Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azerilight" markalı neft də daxildir. Son məlumatlara əsasən,  ölkəmizin satdığı xam neftin 1 barrelinin qiyməti 1,61 dollar və yaxud 2,7% artaraq 61,31 dollara bərabər olub. Ekspertlər isə bildirir ki, ümumiyyətlə, qarşıdakı aylar ərzində neftin qiymətinin 60 dollarıq həddən aşağı düşməsi gözlənilmir. Bu isə, digər hasilatçılar kimi, Azərbaycanın da neft satışından gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq. Yeri gəlmişkən qeyd edək ki, beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 50 dollar ətrafında proqnozlaşdırılması nəzərə alınaraq, 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiyməti 45 dollar səviyyəsində qəbul edilib. Amma qeyd olunduğu kimi, neftin qiymətinin ən azı 60 dollar olması gözlənir.

Məsələ ilə bağlı " BP plc" şirkətinin Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Drebentsov qeyd edir ki, OPEK-in neft hasilatını azaltmaq barədə qərarı qiymətlərin sabitləşməsində və dünya üzrə kommersiya neft ehtiyatlarının azalmasında böyük rol oynayıb: “Hazırda neft bazarında təklif-tələb tarazlığı yaxşılaşır”. Drebentsovun fikrincə, 2018-ci ilin birinci rübünün sonunadək qüvvədə olan Vyana sazişinin müddəti uzadılmalıdır. Onun sözlərinə görə, neft bazarının normal vəziyyətini bərpa etmək üçün həmin sazişdə müvafiq dəyişikliklər edilməli və onun müddəti uzadılmalıdır. Ekspert xatırladıb ki, OPEK üzvü olan Liviya və Nigeriya kimi ölkələr hasilatın azaldılması barədə öhdəlik götürməyib və bu müddətdə onlar hasilatı artırıb: “Vyana sazişinin müddətinin artırılması ehtimalı kifayət qədər yüksəkdir. Çox güman ki, neft hasilatının azaldılması barədə sazişin müddəti uzadılacaq, çünki qarşıya qoyulmuş məsələ hələ tam yerinə yetirilməyib. Bazarda təklifin tələbdən çox olması problemi həll edilməyə başlanıb, kommersiya ehtiyatları azalmaqdadır, lakin bazar hələ normal vəziyyətə qayıtmayıb. Mənim fikrimcə, həmin sazişin müddəti 2018-ci ilin sonuna qədər uzadılacaq”.

Drebentsov hesab edir ki, saziş həm də yenilənməlidir: “Kvotalar rejimini Liviyaya və Nigeriyaya da aid etmək lazım gələcək, çünki bu ölkələrin sazişdə iştirak etməməsi müvafiq qərarın effektivliyini azaldır. Bundan əlavə, neft hasilatının azaldılması mexanizmini də nəzərdən keçirmək lazım gələcək. Ona görə ki, hər hansı ölkənin nə qədər neft hasil etməsi yox, onun bazara nə qədər neft çıxarması əhəmiyyətlidir. Bəzi ölkələr öhdəliyə əməl edərək neft hasilatını azaldıb, lakin neft ixracını artırıblar. Belə məqamlar kvotaların təyin edilməsi mexanizminə yenidən baxılmasını tələb edir”.

Bir daha xatırladaq ki, OPEK ölkələri arasında keçən il noyabrın 30-da Vyana görüşündə neftin qiymətinin sabitləşdirilməsi məqsədilə hasilatın həcmini keçən ilin oktyabr ayında qeydə alınmış səviyyə ilə müqayisədə gündə 1,2 milyon barrel azaltmaq barədə razılıq əldə edilib. Dekabrın 10-da OPEK üzvü olmayan on bir ölkə hasilatın ümumi həcmini gündə 558 min barrel, o cümlədən Azərbaycanda hasilatın həcmini gündə 35 min barrel azaltmaq barədə razılığa gəlib. Bu öhdəliyə əməl edilir. 2017-ci il mayın 25-də bu təşkilatın üzvü olan ölkələr və kartelə daxil olmayan dövlətlər OPEK  Nazirlər Şurasının 172-ci iclası çərçivəsində hasilatın azaldılması barədə sazişin müddətini 2018-ci il birinci rübün sonuna qədər uzatmaq haqqında razılığa gəlib. İndi bu sazişin müddətinin uzadılması və ora Liviya və Nigeriya kimi ölkələrin də daxil edilməsi halında neftin qiymətinin 70 dollarıq həddi keçməsi də tamamailə gözlənilən sayılır. Digər tərəfdən, neft hasilatının azaldılmasında yeni mexanizmlərin tətbiqi halında qiymətlərin daha da yüksəlməsi gözlənir. Belə vəziyyət hasilatçı ölkələrin, o cümlədən Azərbaycanın neft satışından daha böyük gəlir əldə etməsi deməkdir. Ekspertlər hesab edir ki, bu vəziyyət ölkə iqtisadiyyatında bir sıra mühüm dəyişikliklərə də səbəb olacaq. Məsələn, neftin qiymətinin yüksək olması halında valyuta ehtyiatlarının həcmində kəskin artım gözlənir. Eyni zamanda investisiya xərclərinin artması da gözlənir. Digər tərəfdən, bu vəziyyət manatın məzənnəsinin daha da güclənməsini qaçılmaz edəcək. Ümumiyyətlə, həm neftin qiymət artımı, həm də qeyri-neft sektoru üzrə ixrac həcminin artması nəticəsinəd gələn il manatın məzənnəsinin daha da güclənməsi qaçılmaz sayılır.

Nahid SALAYEV 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ