Bazar günü günü, 15 noyabr 2026
     

Təcavüzkar Qarabağ siyasətinin daha bir məntiqi nəticəsi - erməni ordusu sürətlə çökür...

Image


Ermənistanda getdikcə daha geniş vüsət almağa başlayan tənəzzül bu ölkənin silahlı qüvvələrindən də yan keçməyib. Maddi-texniki təminatı davamlı şəkildə pisləşən erməni ordusunda fərarilik, nizamnamədən kənar davranış qaydaları xeyli dərəcədə çoxalıb, yüksək rütbəli zabitlər isə orduya ayrılan vəsaitin böyük hissəsini yenə mənimsəməklə məşğuldur.

Döyüş və qeyri-döyüş şəraitində itkilərin durmadan artması isə vəziyyəti daha da ağırlaşdırır. Bütün bunlar erməni ordusunun düşdüyü acınacaqlı durumu pisləşdirməkdə davam etməklə yanaşı, silahlı qüvvələrin həm də xaotik bir dövr yaşadığını aydın surətdə nümayiş etdirir.

Baş verənlər fonunda erməni mediasında indi çoxsaylı etiraflara rast gəlmək mümkündür ki, belə vəziyyətdə Ermənistan Azərbaycan ərazilərinin işğalını uzun müddət davam etdirə bilməyəcək. Qeyd olunur ki, əslində, orduda xidmət edənlərin böyük əksəriyyəti  həyatını Azərbaycan torpaqlarında itirmək istəmir. Bu səbəbdən təkcə əsgərlər yox, hətta kiçik və orta rütbəli zabit heyəti belə xidmətdən yayınmağa can atır. Eyni zamanda az miqdarda məvacib də zabitlərin qərarına təsir edir. Bunu zabitlərin hüquqlarını müdafiə edən vəkil Norayr Norikyan da təsdiq edir: “Bu gün zabitlərin əksəriyyəti Ermənistanı tərk etmək niyyətindədir. Bu bizim ümumi bəlamızdır və ordunun problemidir. Ermənistan ordusunun zabiti öz ailəsini saxlamaq iqtidarında deyil və bu səbəbdən xaricə getmək üçün çıxış yolları axtarır. Bu yalnız Müdafiə Nazirliyinin deyil, dövlətin strateji problemidir. Dövlət bu sahədə əsaslı dəyişikliklər etməyə borcludur. Elə şərait yaradılmalıdır ki, erməni ordusunun zabiti özbaşına xidməti tərk etməsin. Müdafiə Nazirliyi bu yolla ordudan axının qarşısını almağa çalışsa da, bu mümkün deyil”. Norikyan xatırladıb ki, Ermənistan müdafiə nazirinin cari il iyunun 20-də verdiyi əmrdən sonra 17 zabit məhkəmələrə hüquqlarının bərpa edilməsi tələbilə müraciət edib: “Yeni əmrdə zabitlərlə bağlanmış müqavilənin yeni dəyişdirilmiş variantı təklif olunub. Əmrə əsasən, hərbi təhsil müəssisəsini bitirmiş zabit 10 il başa çatmamış xidmətdən imtina edərsə, hər il üçün hazırda mövcud 250 min dram əvəzinə dövlətə 1 milyon dram ödəməlidir. Bir çox zabit yeni müqaviləni imzalamaqdan imtina edib”. O da vurğulanır ki, bu vəziyyətdə erməni ordusunda onsuz da dərinləşən  zabit çatışmazlığı problemi özünü daha qabarıq surətdə göstərəcək.

Vəziyyətin kifayət qədər acınacaqlı olduğunu Madagizdə xidmət edən snayper və bölük komandiri Qayane Avetyan da təsdiq edir. O, Ermənistanın “Qraparak” qəzetinə  müsahibəsində Ermənistan ordusu ilə bağlı çox maraqlı ifşaedici faktlar açıqlayıb.  Baş verən qanunsuzluqlardan artıq təngə gəldiyini vurğulayan Qayane Avetyan bildirir ki, Serj Sarkisyan bu gün ordunu öz şəxsi əmlakına çevirib:  "Cəbrayıla komandir dostum Armen Gözəlyanın yanına getmişdim. Deyirəm ki, Ermənistandan Dağlıq Qarabağa hərbi xidmətə xəstə uşaqları göndərirlər, o isə mənə bildirir ki, “bu normaldır, əgər Ermənistandan uşaqları göndərirlərsə, nəticədə onlar ümumən “ətlik” olurlar. Biz heç nə edə bilmirik”. Mən həkim komissiyasına sual ünvanlayıram ki, uşağın əlilliyi var, 7-ci maddənin “Q” bəndinin tələblərinə uyğundur. Bəs niyə həmin xəstə uşaqları sərhədə göndərirlər? Ermənistan prezidenti müharibə vəziyyətində hər kəslə manipulyasiya edir. O, təcrübəli polkovniki vəzifəsindən çıxarır, başqa yerə qoyur. İnsan xidmət edib, lakin onu düz danışdığına görə ruhi xəstə hesab edirlər”.  Onun sözlərinə görə, Madagizin komandiri Harutyun Əmirxanyanı vəzifəsindən çıxararaq Ermənistanın digər hərbi hissəsinə komandir təyin ediblər: ”Əmirxanyanı yaxşı tanıyırıq. Neçə dəfə həyəcan olub, Əmirxanyan hərbi hissədə olmayıb, heç diversiyanın nə olduğunu bilmir. Həmin insanı nəinki məsuliyyətə cəlb etdilər, hətta prezident tərəfindən təltif edildi. O nəyə əsaslanaraq həmin medalı aldı və 3-cü korpusa komandir təyin edildi?

Deyə bilərəm ki, Əmirxanyan Serj Sarkisyanın qohumudur. Madagizin digər bir komandiri Qevorq Manqasaryanı da ikinci korpusa komandir təyin etdilər. Manqasaryan da döyüş mövqeyinin nə olduğunu bilmir. Əsgərlərdən istifadə edən, onların valideyinlərini aldadan həmin komandirləri məsuliyyətə cəlb etmək lazım idi. Bu sualı prezidentə verin ki, niyə belə yararsız insanları komandir təyin edir. O, ümumiyyətlə silahdan anlayışı olmayan Vigen Sarkisyanı müdafiə naziri təyin edib. Təyin edib, çünki Vigen Sarkisyan da Serj Sarkisyanın qohumudur. Sarkisyanın heç nədən xəbəri yoxdur. Vigen Sarkisyan kimi nazir vəziyyət gərginləşəndə bir dəfə də olsun gəlib hansısa mövqedə dayanıb? Vigen özünü nazir kimi göstərmək istəyir. Bizə bu cür nazir lazım deyil”.

Ümumiyyətlə, erməni ordusunda mövcud idarəçilikdən narazılıq edən zabitlərin sayı kifayət qədərdir. Hətta indi əsgərlərlə yanaşı, yenə döyüş və qeyri-döyüş şəraitində həyatını itirən erməni zabitlərinin arasında da artım qeydə alınır. Məhz belə bir vaxtda Ermənistan ordusunun Mehridə yerləşən hərbi hissələrindən birində kapitan rütbəli hərbçinin meyiti tapılıb. Ermənistan Müdafiə Nazirliyinin  bildirdiyinə görə, hərbçinin cəsədi iş otağında aşkar edilib. 26 yaşlı kapitan Andranik Mkrtçyanın çənəsindən güllə ilə vurulduğu məlum olub. Onun intihar edib-etmədiyi haqda heç nə deyilmir. Bundan başqa, Ermənistan mətbuatı Şirak vilayətinin Hatsik kəndində 19 yaşlı əsgər Abas Sloyanın intiharı ilə bağlı xəbər yayıb. Məlumata görə, Armavir şəhərində xidmət keçən əsgər yoldaşları tərəfindən fiziki zorakılıq və təhqirlərə məruz qalıb. Buna dözməyərək kazarmadan qaçan Sloyan əmisinin evində asılı vəziyyətdə tapılıb. Eyni hal Nubaraşen hərbi hissəsində də qeydə alınıb. Vardan Melkonyan adlı əsgər intihar edib. Yaxınları isə onun öldürüldüyünü iddia edir. Bununla bağlı artıq Helsinki Vətəndaş Assambleyasına da müraciət olunub. İşğalçı ölkənin ordusunda qətl və intiharların artması cəmiyyətdə kəskin narazılığa səbəb olub. Müdafiə Nazirliyinin və hökumət binasının qarşısına toplaşan vətəndaşlar övladlarının qatilinə çevrilmiş hökumətin istefasını tələb edir. Etirazçılardan biri deyir ki, oğlu xidmətdə olduğu hərbi hissədə yüksək rütbəli zabit tərəfindən öldürülüb. Həmin şəxs Serj Sarksiyanın yaxın qohumu olduğundan cinayətkar cəzasız qalıb. Vətəndaşlar bildirir ki, oğulları hakim rejimin qurbanlarıdır. Onların övladları hərbi xidmətdən ya əlil kimi qayıdır, ya qətlə yetirilir, ya da intihar edirlər. Bu cür hallara son qoyulmasını istəyən valideynlər cəmiyyətə çağırış ediblər. Onlar tövsiyə edirlər ki, hər kəs oğullarını Ermənistan ordusundan yayındırsın. Əsasən də gəncləri Qarabağa göndərməkdən çəkinməyə səsləyiblər. Onlar qeyd ediblər ki, cəbhədə vəziyyət daha acınacaqlıdır. Hərbi hissələrdə sosial şərait bərbad vəziyyətdədir. Yemək keyfiyyətsizdir. Hətta zabit ailələri dözülməz şəraitdə yaşayır. Hərbi hissədə intizamsızlıq hökm sürür. Belə vəziyyətdə övladlarının sağ qayıtması ailələr üçün böyük bir möcüzə olar.

Yuxarıda qeyd olunduğu kimi, erməni ordusunun maddi-texniki təminatı da kifayət qədər aşağı səviyyədədir. Bura ordunun ərzaqdan tutmuş silahla təminatına qədər hər şey daxildir. Erməni mediası yenə yazır ki, Azərbaycan Rusiyadan yeni ən müasir silahlar aldığı halda, Ermənistan ordusuna anbarlarda pas atan köhnə silahlar verilir. Məhz belə bir vaxtda yenə Ermənistanı qorxudacaq və kifayət qədər narahat edəcək daha bir məlumat yayılıb. “İzvestiya” nəşrinə müsahibəsində hərbi ekspert, “Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov bildirib ki, Azərbaycan Rusiyanın S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərinin mümkün alıcılarından biridir. Onun sözlərinə görə, bu sistemlər ilk dəfə “Ordu-2017” sərgi-forumda xarici hərbi mütəxəssislərə təqdim ediləcək. Onlardan başqa, sərgidə yenilənmiş “Buk-M3” zenit-raket kompleksi də nümayiş olunacaq.

Məlumat üçün bildirək ki, S-500 “Prometey” S-500 və “Antey-4000” Rusiyada yaradılan hava-kosmik müdafiəsinin vahid milli sisteminin əsas elementləri hesab edilir. Ancaq onların real imkanları haqqında rəsmi informasiya praktik olaraq yoxdur. Məlumdur ki, S-500 hava-kosmik hədəflərinin geniş spektrini ələ keçirməyə qadirdir. Rusiya S-500 komplekslərinin göstəricilərini məxfi saxlayır və Hərbi Elmlər Akademiyasının professoru Vadim Kozyulin qeyd edir ki, bu həmin komplekslərin qarşısında duran vəzifələrdən irəli gəlir. Çünki bu komplekslər adi və səsdən dəfələrlə iti uçan qanadlı raketləri, təyyarələri və pilotsuz uçan aparatları, yaxın kosmosda aşağı orbitdə uçan peykləri və digər hava-kosmik hədəflərini vurmaq üçün nəzərdə tutulub.  “Antey-4000” kompleksi isə  hazırda Rusiyanın silahlanmasında olan S-300B4 zenit-raket komplekslərinin yenilənmiş və ixrac üçün nəzərdə tutulan versiyasıdır. Rusiya ordusuna S-300B4 sistemləri 2014-cü ildən daxil olub.  Kompleks əsaslı yenilənmədən keçib, orada hədsiz güclü kompyuterlər, Rusiyada hazırlanan yeni proqram təminatı qoyulub. Kompleksin radarları daha həssas və güclüdür. Yeni sistem üçün hədəfi 400 kilometrdə vuran unikal raketlərlə təchiz edilib. Bundan başqa, kompleksdə kiçikölçülü hədəfləri 150 kilometr məsafədə vurmağa imkan verən daha aşağı güclü raketlər də nəzərdə tutulub. Nəticədə S-300B4 komplekslərinin döyüş effektivliyi S-300 komplekslərinin əvvəlki nəsilləri ilə müqayisədə xeyli artıb.

Qeyd edək ki, Azərbaycan S-300 PMU “Favorit” zenit-raket komplekslərinə malikdir. Bu, S-300 raketləri nəslinin ən geniş imkanlara malik olan və ixrac üçün nəzərdə tutulmuş versiyasıdır. Lakin indi S-300B4 və ya “Antey-4000” kompleksləri də Azərbaycanın marağını cəlb edə bilər. Çünki Azərbaycan silahlı qüvvələri istənilən növ hava hədəfinin, o cümlədən raketlərin vurulması üçün özünün hava müdafiə imkanlarını genişləndirir. Andrey Frolovun da fikrincə, ən yeni zenit-raket sistemlərinin mümkün sifarişçilərin siyahısı kifayət qədər böyükdür. Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Çin, Hindistan, Vyetnam, Əlcəzair, Qazaxıstan, Türkiyə, Misir, İran, İraq, həmçinin Fars körfəzinin bəzi ölkələri - Küveyt, Səudiyyə Ərəbistanı və Qətər raket sistemlərinə maraq göstərə bilər. Azərbaycanın isə həmin silahları alması ordumuzun düşmən üzərində üstünlüyünü daha da artıracaq. Yeni silahlarla təchiz olunan Azərbaycan Ordusu isə bu vəziyyətdə çökməkdə olan erməni silahlı qüvvələrini daha tez məğlubiyyətə uğradacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ