Bazar günü günü, 15 noyabr 2026
     

Ta­rix­də iz bu­ra­xan­lar: Əli bəy Hü­seyn­za­də

Image


Əli bəy Hü­seyn­za­də 24 fev­ral 1864-cü il­də ana­dan olub. Ata­sı Mol­la Hü­seyn Hü­seyn­za­də, ana­sı Xə­di­cə xa­nım­dır. Ki­çik yaş­la­rın­da ikən ai­lə­si ilə Tif­li­sə kö­çüb. Ata­sı­nı er­kən iti­rən Əli bəy o za­man Qaf­qaz şey­xü­lis­la­mı olan ba­ba­sı Şeyx Əh­məd Səl­ya­ni­nin hi­ma­yə­sin­də bö­yü­yüb.

Əli bəy Hü­seyn­za­də Tif­lis gim­na­zi­ya­sın­da təh­sil alıb. Uşaq­lıq və tə­lə­bə­lik il­lə­rin­də türk, fars, ərəb və rus dil­lə­ri­ni öy­rə­nib. Əli bəy ba­ba­sı Şeyx Əh­məd­lə onun dos­tu, Azər­bay­can dra­ma­tur­gi­ya­sı­nın ba­ni­si, ic­ti­mai xa­dim Mir­zə Fə­tə­li Axun­do­vun söh­bət­lə­rin­dən fay­da­la­nıb və on­la­rın tər­bi­yə­si al­tın­da za­ma­nı­nın ədə­bi çev­rə­si­ni ta­nı­yıb. Yə­ni Əli bəy Hü­seyn­za­də­də gim­na­zi­ya­da təh­sil al­dı­ğı dövr­dən eti­ba­rən türk­çü­lük fik­ri­nin ya­ran­ma­sın­da və türk­çü­lük­lə bağ­lı fi­kir­lə­rin for­ma­laş­ma­sın­da ba­ba­sı Şeyx Əh­məd Səl­ya­ni­nin və Mir­zə Fə­tə­li Axun­do­vun bö­yük tə­si­ri olub.

Gör­kəm­li ic­ti­mai xa­dim Zi­ya Gö­kalp Əli bəy Hü­seyn­za­də­dən bəhs edər­kən onun Ru­si­ya­da­kı mil­lət­çi­lik cə­rə­yan­la­rı­nın tə­si­ri­lə bir türk­çü ki­mi ye­tiş­di­yi­ni, kol­lec­də ikən gür­cü gənc­lə­rin­dən son də­rə­cə mil­lət­se­vər olan bir dos­tu­nun ona mil­lət sev­gi­si­ni aşı­la­dı­ğı­nı ya­zıb. Yə­ni Əli bəy­də mil­lət sev­gi­si uşaq­lıq­dan for­ma­la­şıb.

Əli bəy Hü­seyn­za­də 1885-ci il­də Sankt-Pe­ter­burq Uni­ver­si­te­ti­nin ri­ya­ziy­yat fa­kül­tə­si­nə da­xil olub. Bu­ra­da o, həm də Şərq­şü­nas­lıq fa­kül­tə­sin­də gör­kəm­li pro­fes­sor­la­rın mü­ha­zi­rə­lə­ri­ni din­lə­yib. Döv­rün məş­hur elm xa­dim­lə­ri - Dmit­riy Men­de­le­yev, Ye­qor Vaq­ner, Ni­ko­lay Men­şut­kin, Ni­ko­lay Be­ke­tov, Va­len­tin Ju­kovs­ki və baş­qa­la­rın­dan dərs alan Əli bəy Hü­seyn­za­də im­pe­ri­ya­nın pay­tax­tın­da ge­dən ic­ti­mai-si­ya­si pro­ses­lər­lə də ya­xın­dan ta­nış olub, "xaç­lı­lar" hə­rə­ka­tı­na rəğ­bət bəs­lə­yib. O za­man Sankt-Pe­ter­burq­da ya­ran­mış və­ziy­yə­tə gö­rə, bir sı­ra in­qi­lab­çı tə­lə­bə­lər ki­mi, o da Sankt-Pe­ter­burq­dan uzaq­laş­maq məc­bu­riy­yə­tin­də qa­lıb. Ru­si­ya im­pe­ri­ya­sı­nın pay­tax­tın­da­kı ic­ti­mai-si­ya­si tə­la­tüm­lər­lə əla­qə­dar ola­raq Tür­ki­yə­yə, İs­tan­bu­la ge­dib və ora­da əs­gə­ri-zib­biy­yə fa­kül­tə­sin­də təd­ris al­maq­la də­ri-zöh­rə­vi xəs­tə­lik­lər üz­rə mü­tə­xəs­sis ix­ti­sa­sı və yüz­ba­şı hər­bi rüt­bə­si qa­za­nıb. 1897-ci il­də o, Qır­mı­zı Ay­pa­ra Cə­miy­yə­ti he­yə­ti­nin tər­ki­bin­də İta­li­ya­ya ge­dib. Üç il­dən son­ra ge­ri qa­yı­da­raq mü­sa­bi­qə yo­lu ilə İs­tan­bul Da­rül­fü­nu­nun­da əs­gə­ri-tibb fa­kül­tə­sin­də pro­fes­sor kö­mək­çi­si və­zi­fə­si­nə tə­yin edi­lib. O, bu­ra­da da in­qi­lab­çı gənc türk­lər hə­rə­ka­tı­na qo­şul­du­ğu­na və İt­ti­had Tə­rəq­qi par­ti­ya­sı­nın ilk özə­yi­ni ya­ra­dan­lar­dan bi­ri ol­du­ğu­na gö­rə tə­qib olu­nub.

Tür­ki­yə­də­ki tə­qib­lər­dən son­ra Azər­bay­ca­na qa­yı­dan Əli bəy Hü­seyn­za­də "Kas­pi" qə­ze­ti ilə əmək­daş­lı­ğa baş­la­yıb, pub­li­sis­tik ya­zı­la­rı­nı dərc et­di­rib və "Gənc türk­çü­lük nə­dir?" ad­lı mə­qa­lə­si ilə türk tən­zi­mat hə­rə­ka­tı­nın ma­hiy­yə­ti­ni açıq­la­yıb, is­la­hat­çı-re­for­mist ide­ya ada­mı ki­mi ta­nı­nıb. Az son­ra o, döv­rü­nün məş­hur teo­loq ali­mi, ic­ti­mai xa­dim və pub­li­sis­ti Əh­məd bəy Ağa­oğ­lu ilə bir­lik­də mil­yon­çu Ha­cı Zey­na­lab­din Ta­ğı­ye­vin ma­liy­yə­si ilə "Hə­yat" qə­ze­ti­nin nəş­ri­nə baş­la­yıb. Bu qə­zet Əli bəy Hü­seyn­za­də­ni Azər­bay­ca­na "ağır baş­lı" fi­lo­sof, "ağ­la qi­da ve­rən söz­lər" söy­lə­yən mü­tə­fək­kir ki­mi ta­nı­dıb. Onun sə­hi­fə­lə­rin­də əsər­lə­ri­ni dərc et­dir­mək­lə ic­ti­mai-mə­də­ni mü­hi­tə ye­ni ab-ha­va gə­ti­rib, ümum­xalq dün­ya­gö­rü­şü­nün mən­ti­qi əsas­la­rı­nı ye­ni prin­sip­lər­lə zən­gin­ləş­dir­mə­yə ça­lı­şıb. Əli bəy Hü­seyn­za­də­nin fəl­sə­fi mü­ha­ki­mə­lə­ri bu mə­na­da çox ma­raq­lı­dır. Mə­sə­lən, o de­yir­di: "Türk­lər ya ölər, ya hic­rət edər­lər, fə­qət qul ol­maz­lar," "Hər kə­sə uşaq­lıq­da ədəb və tər­bi­yə ve­ril­mə­sə, bö­yük­lük­də onun ni­ca­tı ola bil­məz," "Qa­lib ol­maq haq­qı o ca­maa­tın­dır ki, hə­ya­ta açıq göz­lə nə­zər sa­lar, zə­ma­nə­nin ru­hu­nu, ica­ba­tı­nı an­lar, dərk edər..."

Döv­rün zid­diy­yət­li, mə­də­niy­yət, dil və türk­çü­lü­yün prob­lem­li ol­du­ğu bir ta­ri­xi şə­ra­it­də, "türk" kəl­mə­si­nin di­lə gə­ti­ril­mə­di­yi ta­ri­xi bir mə­qam­da Əli bəy Hü­seyn­za­də "Hə­yat" qə­ze­ti­nin sə­hi­fə­lə­rin­də çap et­dir­di­yi "Türk­lər kim­dir və kim­lər­dən iba­rət­dir?" ad­lı əsə­ri ilə türk xalq­la­rı­na, o cüm­lə­dən Azər­bay­can türk­lə­ri­nə üz tu­ta­raq "Biz ki, türk oğ­lu tür­kük, biz ki, mil­lət­lə­rin ən qə­di­mi və ulu­su­yuq," de­yə hay­qı­rır, bə­zi mət­bu­at or­qan­la­rın­da Çin­giz xa­nın və Əmir Tey­mu­run mon­qol ki­mi gös­tə­ril­mə­si­ni tən­qid edir, on­la­rın türk ol­duq­la­rı­nı və nə­sil­lə­rin­dən olan şəx­siy­yət­lə­rin də ad­la­rı­nı çə­kə­rək on­la­rın hər za­man türk­cə da­nış­dıq­la­rı­nı və türk­cə yaz­dıq­la­rı­nı bil­di­rir­di. Məş­hur Ame­ri­ka ta­rix­çi­si Ta­de­us Svya­to­xovs­ki Azər­bay­can ta­ri­xi ilə bağ­lı araş­dır­ma­la­rın­da xü­su­si ola­raq qeyd edir ki, "XX əs­rin əv­vəl­lə­rin­də türk xalq­la­rı­na kim­li­yi­ni bil­di­rən bir nə­fər var idi, o da Əli Bəy Hü­seyn­za­də idi.

Çə­tin­lik­lər çox idi. Bir yan­dan da er­mə­ni­lə­rin "Hə­yat" qə­ze­ti ba­rə­də xə­ya­nət­lə­ri bi­tib-tü­kən­mir­di. On­la­rın tə­lə­bi ilə Qaf­qaz ca­ni­şi­ni tə­ci­li ola­raq "Hə­yat"ın sər­löv­hə­sin­də "türk" sö­zü­nün "ta­tar" sö­zü ilə əvəz­lən­mə­si­ni tə­ləb edir­di. Təz­yiq­lə­rə döz­mə­yən "Hə­yat"ı bağ­la­maq­dan baş­qa bir yol qal­ma­dı... Çox keç­mə­di ki, bö­yük maa­rif­çi, xey­riy­yə­çi Ha­cı Zey­na­lab­din Ta­ğı­ye­vin ma­liy­yə yar­dı­mı ilə "Fü­yu­zat" jur­na­lı nəş­rə baş­la­dı. Nə­ti­cə­də, Əli bəy "Hə­yat"da baş­la­dı­ğı türk­çü­lük ide­ya­la­rı­nı "Fü­yu­zat"da da da­vam et­di­rə­rək türk­çü­lü­yün si­ya­si proq­ra­mı olan "türk­ləş­mək, is­lam­laş­maq, av­ro­pa­laş­maq" for­mu­lu­nu bit­kin bir sis­tem ha­lı­na gə­tir­di. "Fü­yu­zat" jur­na­lı ey­ni za­man­da Azər­bay­can ədə­biy­ya­tın­da ye­ni bir is­ti­qa­mə­tin - ədə­bi mək­tə­bin ya­ran­ma­sı­na sə­bəb ol­du.

XX əs­rin əv­vəl­lə­rin­də ic­ti­mai-si­ya­si fik­rin təş­ki­li və tən­zim­lən­mə­sin­də, in­for­ma­si­ya mü­hi­ti­nin for­ma­laş­ma­sın­da mil­li mət­bu­at nü­mu­nə­lə­ri əhə­miy­yət­li rol oy­na­yıb. Jur­na­lis­ti­ka­nın ic­ti­mai fi­kir tri­bu­na­sı­na çev­ril­mə­si də hə­min ta­ri­xi mər­hə­lə­nin məh­su­lu­dur. "Fü­yu­zat" jur­na­lı və onun re­dak­si­ya he­yə­ti­nin xid­mət­lə­ri bu mə­na­da diq­qə­tə­la­yiq­dir. Çün­ki on­lar yal­nız bir jur­nal nü­mu­nə­si nəşr et­mək­lə məh­dud­laş­ma­dı­lar, fü­yu­zat­çı­lıq xət­ti-hə­rə­ka­tı­nı, Fü­yu­zat jur­na­lis­ti­ka­sı mək­tə­bi­ni ya­rat­maq­la ta­rix sə­hi­fə­lə­ri­nə öz im­za­la­rı­nı həkk et­di­lər.

Əli bəy Hü­seyn­za­də "Fü­yu­zat" jur­na­lın­da nəşr olu­nan mə­qa­lə­lə­ri­nin bi­rin­də ya­zır­dı: "Bi­zə fə­dai la­zım­dır! Türk his­siy­yat­lı, İs­lam eti­qad­lı, müa­sir qi­ya­fə­li fə­dai!" Bu fi­kir fü­yu­zat­çı mət­bu­at or­qan­la­rı tə­rə­fin­dən tək­mil­ləş­di­ril­di və "Ta­zə hə­yat," "İr­şad," "Tə­rəq­qi," "İq­bal," "Açıq söz," "Qur­tu­luş," "Azər­bay­can" və di­gər mət­bu­at or­qan­la­rı tə­rə­fin­dən "Türk­ləş­mək, is­lam­laş­maq, müa­sir­ləş­mək" - azər­bay­can­çı­lıq şək­lin­də for­mu­lə edi­lə­rək təb­liğ olun­du.

Pub­li­sis­tik fəa­liy­yət­lə ya­na­şı, Əli bəy Hü­seyn­za­də pe­da­qo­ji sa­hə­yə də xü­su­si diq­qət ye­ti­rir­di. 1907-ci ilin av­qust ayın­da Ba­kı­da ke­çi­ri­lən Azər­bay­can mü­əl­lim­lə­ri­nin II qu­rul­ta­yı­nın təş­ki­li və ke­çi­ril­mə­sin­də onun da müs­təs­na ro­lu var­dı. "Fü­yu­zat" məc­muə­si bağ­lan­dıq­dan son­ra Əli bəy 1908-1910-cu il­lər­də "Səa­dət" Ru­ha­ni Xey­riy­yə Cə­miy­yə­ti­nin Ba­kı­da tə­sis et­di­yi "Səa­dət" mək­tə­bin­də əv­vəl­cə türk di­li və ədə­biy­ya­tı mü­əl­li­mi, son­ra hə­min mək­tə­bin mü­di­ri ol­du. Bu mək­təb­də ça­lı­şan­lar­dan bi­ri də məş­hur Üze­yir bəy Ha­cı­bə­yov idi. Əli bə­yin Üze­yir bəy­lə əmək­daş­lı­ğı və dost­lu­ğu tək­cə mək­təb hə­ya­tı və mət­bu­at­la məh­dud­laş­mır­dı. Türk-is­lam dün­ya­sın­da ilk ope­ra sa­yı­lan Üze­yir Ha­cı­bə­yo­vun "Ley­li və Məc­nun" ope­ra­sı­nın Ha­cı Zey­na­lab­din Ta­ğı­ye­vin te­at­rın­da baş tu­tan ilk ta­ma­şa­sı­nın bə­dii tər­ti­bat­çı­sı, rəs­sa­mı da Əli bəy Hü­seyn­za­də idi.

Keç­miş in­qi­lab­çı dost­la­rı­nın də­və­ti­lə Əli bəy Hü­seyn­za­də 1910-cu ilin so­nun­da Tür­ki­yə­yə köç­mək qə­ra­rı­na gə­lir. Ə.Qu­li­yev qeyd edir ki, döv­rün ta­nın­mış zi­ya­lı­la­rın­dan Əlab­bas Muz­nib Əli bə­yi "bir bö­lük maa­rif ye­ti­mi olan Qaf­qaz mü­səl­man­la­rı­nın ata­sı" he­sab edir, onun ge­di­şi­lə "Qaf­qaz əha­li­si­nin baş­sız, bö­yük­süz" qa­la­ca­ğı­nı ürək ağ­rı­sı ilə di­lə gə­ti­rir­di... Əli bəy Hü­seyn­za­də Ba­kı-İs­tan­bul mar­şru­tu ilə sə­fə­ri za­ma­nı Tif­lis­də də­mir­yol vağ­za­lın­da bö­yük ədib Cə­lil Məm­məd­qu­lu­za­də ilə gö­rü­şür. So­vet ədə­biy­yat­şü­nas­lı­ğın­da mol­la nəs­rəd­din­çi­lər­lə fü­yu­zat­çı­lar hə­mi­şə üz-üzə qo­yul­sa da, C.Məm­məd­qu­lu­za­də Əli bə­yin ic­ti­mai-si­ya­si fəa­liy­yə­ti­ni yük­sək qiy­mət­lən­di­rir­di. Tür­ki­yə­yə dö­nən Əli bəy Hü­seyn­za­də İs­tan­bul Uni­ver­si­te­ti­nin pro­fes­so­ru ki­mi Uni­ver­si­tet bağ­la­na­na qə­dər pe­da­qo­ji fəa­liy­yət­lə məş­ğul olub. Onun vax­ti­lə Av­ro­pa də­yər­lə­ri ilə bağ­lı söy­lə­di­yi fi­kir­lər in­di də ak­tu­al­lı­ğı­nı itir­mə­yib: "Biz av­ro­pa­lı­la­rın ədə­biy­yat­la­rı­na, sə­na­ye­lə­ri­nə, elm və maa­rif­lə­ri­nə, kəş­fiy­yat və ix­ti­ra­la­rı­na mü­ra­ci­ət et­mək is­tə­yi­rik, öz­lə­ri­nə de­yil! Biz is­tə­yi­rik ki, is­lam öl­kə­si­nə on­la­rın be­yin­lə­ri gir­sin, bo­ğaz­la­rı, mə­də­lə­ri gir­mə­sin. Biz is­tə­yi­rik ki, öl­kə­miz on­la­rın be­yin­lə­ri­ni həzm et­sin, mə­də­lə­rin­də həzm olun­ma­sın..."

Əli bəy Hü­seyn­za­də İs­lam-Türk mil­lə­ti­nin yük­səl­mə­si və müa­sir­ləş­mə­sin­də üç düs­tu­ra gö­rə hə­rə­kət edil­mə­si­ni və bu düs­tu­run türk­ləş­mək, is­lam­laş­maq və av­ro­pa­laş­maq ol­du­ğu­nu bil­di­rir­di. Bu üç­lü gö­rüş da­ha əv­vəl bir az qey­ri-mü­əy­yən, sis­tem­siz şə­kil­də Əli Sua­vi tə­rə­fin­dən irə­li sü­rül­müş və mü­da­fiə edil­miş­di. Fə­qət Əli Sua­vi hə­lə Türk­çü­lü­yün oyan­ma­dı­ğı və Na­miq Ka­ma­lın Os­man­lı-İs­lam gö­rü­şü­nün ha­kim ol­du­ğu bir dövr­də ya­şa­dı­ğı­na gö­rə onun fi­kir­lə­ri unu­dul­muş­du. Əli bəy Hü­seyn­za­də­nin tək­li­fi tam za­ma­nın­day­dı.

Əli bəy Hü­seyn­za­də­nin Türk­çü­lü­yə da­ir ba­xış­la­rı­nın Zi­ya Gö­kal­pa tə­si­ri ilə əla­qə­dar mə­sə­lə­lər Hil­mi Zi­ya Ül­kə­nin ya­ra­dı­cı­lı­ğın­da par­laq şə­kil­də öz ək­si­ni ta­pıb: 1905-ci il­də Tif­lis­də Əli bəy Hü­seyn­za­də tə­rə­fin­dən irə­li sü­rü­lən türk­ləş­mək, is­lam­laş­maq və av­ro­pa­laş­maq fik­ri 1911-ci il­də hə­ra­rət­li tə­rəf­dar­lar tap­dı. Zi­ya Gö­kalp "Türk­ləş­mək, is­lam­laş­maq, müa­sir­ləş­mək" ad­lı mə­qa­lə­lər yaz­dı və 1918-ci il­də bu mə­qa­lə­lər­dən iba­rət ki­ta­bı­nı nəşr et­dir­di. Zi­ya Gö­kalp Əli bəy Hü­seyn­za­də­nin də­yə­ri­ni an­la­mış­dı və bu ki­ta­bın­da onu "Ya­la­vac" ad­lan­dır­mış­dı. "Ya­la­vac" sö­zü isə gə­lə­cək­dən xə­bər ve­rən, müj­də­çi və s. ki­mi mə­na­la­rı da­şı­yır.

Əli bəy Hü­seyn­za­də Azər­bay­can xal­qı­nın mil­li oya­nı­şın­da, əsa­sı Mir­zə Fə­tə­li Axun­dov və Hə­sən bəy Zər­da­bi tə­rə­fin­dən qo­yu­lan mil­li maa­rif­çi­lik hə­rə­ka­tı­nın is­lam­çı­lıq və qərb­çi­lik ide­ya­la­rı­nın in­ki­şa­fın­da müs­təs­na rol oy­na­yan ta­ri­xi şəx­siy­yət­lə­ri­miz­dən bi­ri­dir. O, "türk­ləş­mək, is­lam­laş­maq, av­ro­pa­laş­maq" mil­li dir­çə­liş və mil­li is­tiq­lal for­mu­lu ilə türk­çü­lü­yün si­ya­si mə­ram­na­mə­si­ni, el­mi-nə­zə­ri əsas­la­rı­nı və mil­li is­tiq­lal mü­ca­di­lə­si­ni ha­zır­la­yan və ta­ri­xi­mi­zə türk­çü­lü­yün ata­sı ki­mi da­xil olub. Türk­çü­lü­yün bö­yük ideo­lo­qu Zi­ya Gö­kalp Əli Bəy Hü­seyn­za­də­ni özü­nün us­ta­dı sa­yıb.

Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti döv­rün­də döv­lət bay­ra­ğın­da üç rəng­lə (ma­vi, qır­mı­zı, ya­şıl) sim­vol­la­şan Azər­bay­can və­tən­da­şı­nın ide­ya-mə­nə­vi də­yər­lə­ri Əli bəy Hü­seyn­za­də­nin "Türk­ləş­mək, is­lam­laş­maq, müa­sir­ləş­mək" te­zi­si və fü­yu­zat­çı­la­rın ta­ri­xi xid­mət­lə­ri ilə bağ­lı­dır.

Hil­mi Zi­ya Ül­kən Əli bəy Hü­seyn­za­də­ni gənc­lə­rin qay­ğı­sı­na qa­lan, on­la­ra yol gös­tə­rən bir in­san ki­mi xa­rak­te­ri­zə edib və: "Məhz Əli bəy Hü­seyn­za­də türk­çü­lə­rin rəh­bər­lə­rin­dən və bi­zə yol gös­tə­rən bir in­san ol­du"- de­yib.

Əli bəy Hü­seyn­za­də 1940-cı il­də İs­tan­bul­da və­fat edib. O, bü­tün şü­ur­lu öm­rü bo­yu öz məh­sul­dar qə­lə­mi ilə ümum­türk mə­nə­vi də­yər­lə­ri­ni təd­qiq və təb­liğ edib, tür­kün tə­rəq­qi­si na­mi­nə öz par­laq is­te­da­dı­nın bü­tün gü­cü ilə çar­pı­şıb.

Al­lah rəh­mət elə­sin.

Fa­zil QA­RA­OĞ­LU
pro­fes­sor




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ