Bazar günü günü, 15 noyabr 2026
     

Ta­rix­də iz bu­ra­xan­lar: Sə­məd bəy Meh­man­da­rov

Image


Sə­məd bəy Meh­man­da­rov 1855-ci il­də ok­tyabr ayı­nın 16-da Lən­kə­ran­da ana­dan olub. Ata­sı Sa­diq bəy, ana­sı Bö­yük­nə­nə xa­nım­dır. Ba­kı­da gim­na­zi­ya təh­si­li alan 16 yaş­lı Sə­məd bəy Pe­ter­burq­da II Kons­tan­ti­nov­ka ar­til­le­ri­ya mək­tə­bi­nə da­xil olub. 1875-ci il­də hə­min mək­tə­bi bi­ti­rən­də pra­por­şik, yə­ni il­kin za­bit rüt­bə­si alan Sə­məd bəy 1890-cı il­də ka­pi­tan, 1898-ci il­də pod­pol­kov­nik, 1901-ci il­də pol­kov­nik, 1904-cü il­də rus-ya­pon mü­ha­ri­bə­si baş­la­nan­da ge­ne­ral-ma­yor rüt­bə­si alıb. Rus-ya­pon mü­ha­ri­bə­sin­də bö­yük rə­şa­dət gös­tə­rən Meh­man­da­ro­va 1908-ci il­də tam ar­til­le­ri­ya ge­ne­ra­lı rüt­bə­si ve­ri­lib.

Sə­məd bəy Meh­man­da­rov tə­bi­ət­cə əda­lət­li, za­bit şə­rə­fi­ni hər şey­dən üs­tün tu­tan tə­miz bir şəxs olub. O, xid­mə­ti bo­yun­ca şəx­si işin­də bir də­fə də ol­sun töh­mət al­ma­yıb. On­da həm də qorx­maz­lıq var­dı. Cə­sa­rə­ti, ağıl­lı dav­ra­nı­şı onu irə­li apa­ran xü­su­siy­yət­lər­dən idi.

1904-cü il yan­var ayı­nın 26-da ge­cə ya­pon­lar rus­la­rın Port-Ar­tur li­ma­nın­da da­ya­nan es­kad­ra­sı­na hü­cum edib, "Ret­vi­zan," "Se­za­re­viç" zi­reh­li gə­mi­lə­ri­ni və "Pal­la­da" krey­se­ri­ni yan­dı­rır. Be­lə­cə mü­ha­ri­bə baş­la­yır. Sə­hə­ri­si gün Sə­məd bəy Meh­man­da­ro­vu yed­din­ci Si­bir atı­cı top­çu di­vi­zi­ya­sı­na ko­man­dir tə­yin edir­lər. Bu, qu­ru qo­şun­la­rı­nın ko­man­da­nı, ge­ne­ral-ma­yor Ro­man Kon­dra­ten­ko­nun əm­ri idi. Ro­man İsi­do­ro­viç Meh­man­da­ro­vun dö­yüş­də də­ya­nə­ti­nə, ko­man­dir­lik ba­ca­rı­ğı­na yax­şı bə­ləd idi. Məhz ona gö­rə də Sə­məd bə­yi Şərq cəb­hə­si­nin rəi­si tə­yin edir. Bu­ra Port-Ar­tur mü­da­fiə­sin­də ən mü­hüm cəb­hə he­sab olu­nur­du. Ya­pon­lar da ən güc­lü qüv­və­lə­ri­ni bu­ra­ya ye­rit­miş­di­lər. On­lar şid­dət­li həm­lə­lər edir və ar­dı-ara­sı kə­sil­mə­dən bom­ba­lar yağ­dı­rır­dı­lar. Sə­məd bəy Meh­man­da­rov top­çu­la­rın əmə­liy­ya­tı­na ba­ca­rıq­la rəh­bər­lik edir, qa­la mü­ha­si­rə­də olan­da hə­mi­şə ön möv­qe­də və çox təh­lü­kə­li yer­lər­də sər­rast atəş­lə sa­mu­ray­la­rın hü­cu­mu­nu dəf edir­di. Sə­məd bəy Meh­man­da­ro­vun ən təh­lü­kə­li dö­yüş­də be­lə özü­nü itir­mə­di­yi­nin şa­hi­di olan Əlia­ğa Şıx­lins­ki ya­zır:"Ok­tyabr ayı­nın 14-də qa­la top atə­şi­nə tu­tu­lan za­man Sə­məd bəy Meh­man­da­rov mə­nim möv­qe­yi­mə gəl­di. Hə­min möv­qe ya­pon­lar tə­rə­fin­dən 11 düym­lük top­dan 37 mil­li­metr­lik xır­da də­niz to­pu­na qə­dər müx­tə­lif top­lar­la atə­şə tu­tu­lur­du. Həm də bu möv­qe ya­pon­la­rın tü­fəng və pu­lem­yot atə­şi al­tın­da idi. Bu za­man Meh­man­da­ro­vun ya­xın­lı­ğın­da 6 düym­lük mər­mi part­la­yır və yer­dən qal­xan qa­ra pal­çıq onun üs­tü­nü bu­la­dı, am­ma ya­ra­lan­ma­dı. Meh­man­da­rov bu­na əs­la əhə­miy­yət ver­mə­yə­rək, bö­yük bir so­yuq­qan­lı­lıq­la ci­bin­dən ağ dəs­ma­lı­nı çı­xa­rıb, tə­zə pal­to­su­nun üzə­ri­nə sıç­ra­yan pal­çı­ğı sil­mə­yə baş­la­dı... De­kabr ayı­nın ilk gün­lə­rin­də ya­pon­lar qa­la­ya iki ağır zər­bə vur­du. Rus­la­rın inad­lı mü­qa­vi­mə­ti­nə bax­ma­ya­raq, on­lar qa­la­nın bir ne­çə mü­hüm for­tu­nu tut­du­lar. İkin­ci ağır zər­bə isə de­kabr ayı­nın 2-də ol­du. Ko­man­dan ge­ne­ral Ro­ma Kon­dra­ten­ko qəh­rə­man­lıq­la hə­lak ol­du. Onun ye­ri­nə ida­rə­çi­lik­də zə­if olan ge­ne­ral Fok ko­man­dan tə­yin edil­di. 16 gün son­ra ya­pon­lar qa­la­nın ta­le­yi­ni həll edən Dra­ko­no­vun Xre­bet da­ğı­nı ələ ke­çir­di­lər. Port-Ar­tu­run qor­xaq və is­te­dad­sız ko­men­dan­tı ge­ne­ral Stes­sel qa­la­nı düş­mə­nə təs­lim et­mək üçün hər­bi şu­ra­nın ic­la­sı­nı ça­ğır­dı. Şu­ra­da iş­ti­rak edən bə­zi ko­man­dir­lər Stes­se­lin tək­li­fi­nə şə­rik ol­du. Fə­qət ge­ne­ral-ma­yor Sə­məd bəy Meh­man­da­rov, pol­kov­nik Sem­yo­nov və bir qrup mərd za­bit təs­lim ol­ma­ğa eti­raz et­di. Dö­yüş­kən za­bit­lər inad edir­di­lər ki, güc­lü ya­pon or­du­su­nu ge­ri oturt­ma­ğa hə­lə güc­lə­ri ça­tar. Ge­ne­ral Meh­man­da­rov baş­da ol­maq­la, on­lar de­yir­di­lər ki, qa­la hə­lə özü­nü sax­la­ma­ğa qa­dir­dir. Nə qə­dər ki mər­mi var, top­lar­dan atəş yağ­dı­ra­ca­ğıq. Nə qə­dər ki pat­ron var, tü­fəng­lər­dən atəş aça­ca­ğıq. Mər­mi və pat­ron qur­tar­dıq­da isə sün­gü ilə dö­yü­şə­cə­yik. Fə­qət cə­sa­rət­siz ge­ne­ral Stes­sel mərd za­bit­lə­ri eşit­mə­di, si­la­hı ye­rə qoy­ma­ğı qar­ni­zo­na əmr et­di. Son­ra­lar Ru­si­ya­ya qa­yı­dan­da ge­ne­ral Stes­sel qa­la mü­da­fiə­çi­lə­ri­nin tə­lə­bi­lə Port-Ar­tu­ru tə­lə­sik təs­lim et­di­yi­nə gö­rə hər­bi məh­kə­mə­yə ve­ril­di. Ge­ne­ral-ma­yor Sə­məd bəy Meh­man­da­rov və onun za­bit dost­la­rı qa­la təs­lim edil­dik­dən son­ra da hər­bi an­da sa­diq qa­la­raq baş­qa əs­gər və za­bit­lə­rə nü­mu­nə gös­tər­di­lər. Ya­pon­la­rın şərt­lə­ri­nə gö­rə, əs­gər­lər hər­bi əsir alın­dı, za­bit­lər isə Ya­po­ni­ya­ya qar­şı bir da­ha mü­ha­ri­bə­də iş­ti­rak et­mə­yə­cək­lə­ri ba­rə­də öz dil­lə­rin­dən il­ti­zam ver­mə­li idi­lər. Sə­məd bəy Meh­man­da­rov il­ti­zam ver­mə­di­yi­nə gö­rə əsir alı­nıb Ya­po­ni­ya­ya gön­də­ril­di."

O, 1906-cı il­də Port­smut mü­qa­vi­lə­si bağ­lan­dıq­dan son­ra Ru­si­ya­ya qay­ta­rı­lır. Məş­hur Port-Ar­tur qa­la­sı­nın 332 gün­lük mü­da­fiə­si ge­ne­ral Sə­məd bəy Meh­man­da­ro­vun ta­le­yi­nə be­lə ya­zı­lır...

Sə­məd bəy Meh­man­da­rov bi­rin­ci dün­ya mü­ha­ri­bə­si baş­la­nan­da Vla­di­qaf­qaz­da yer­lə­şən 21-ci pi­ya­da di­vi­zi­ya­sı­nın ko­man­da­nı idi. Bu vax­ta­dək onun hə­ya­tın­da bir çox mü­hüm ha­di­sə­lər baş ver­miş­di. Əsir­lik­dən qa­yı­dan ki­mi yed­din­ci Şər­qi Si­bir ar­til­le­ri­ya bri­qa­da­sı­nın ko­man­da­nı tə­yin edil­di, az son­ra ona da­ha mə­sul və­zi­fə tap­şı­rıl­dı. O, Üçün­cü Si­bir or­du­su­nun kor­pu­sun­da ar­til­le­ri­ya rəi­si ol­du. 1908-ci il­də Sə­məd bəy bu yük­sək və­zi­fə­dən baş­qa da­ha iki bö­yük se­vinc ya­şa­dı. Hə­min ilin iyul ayı­nın 13-də onu ge­ne­ral-ley­te­nant rüt­bə­si­lə təl­tif et­di­lər, no­yabr ayı­nın 18-də isə uzun in­ti­zar­dan son­ra Tan­rı ona oğul pa­yı ver­di. Sə­məd bəy ona Pir adı­nı qoy­du.

Bi­rin­ci Dün­ya mü­ha­ri­bə­si il­lə­rin­də ge­ne­ral Meh­man­da­rov bir ne­çə uğur­lu hər­bi əmə­liy­yat ye­ri­nə ye­ti­rən is­te­dad­lı sər­kər­də ki­mi ad-san qa­zan­mış­dı. 1914-cü il sen­tyabr ayı­nın 15-də ke­çi­ri­lən Lodz əmə­liy­ya­tın­da ge­ne­ral Meh­man­da­rov xü­su­si şöh­rət qa­za­nır. Al­man ge­ne­ra­lı Ma­ken­ze­nin qo­şun­la­rı güc­lü hü­cum­la İvan­qo­rod şə­hə­ri­ni alıb sü­rət­lə Lodz şə­hə­ri uğ­run­da əmə­liy­ya­ta baş­la­yır. Güc­lü təz­yiq­lə ge­ri çə­ki­lən rus qo­şun­la­rı çox ağır və­ziy­yə­tə düş­müş­dü. Bü­tün möv­qe­lər­dən hü­cu­ma ke­çən al­man­lar da­yan­ma­dan irə­li­lə­yə­rək ge­ri çə­ki­lən rus qo­şun­la­rı­nın qa­ba­ğı­nı kə­sib on­la­rı mü­ha­si­rə­yə al­ma­ğa ça­lı­şır­dı. Meh­man­da­ro­vun 21-ci pi­ya­da di­vi­zi­ya­sı 81-ci Ab­şe­ron, 82-ci Da­ğıs­tan, 83-cü Sa­mur və 84-cü Şir­van alay­la­rın­dan təş­kil olun­muş­du. Bu alay­la­rın hə­rə­si­nin özü­nə­məx­sus dö­yüş ənə­nə­si var­dı. Kor­pus ko­man­da­nı öz böl­mə­lə­ri­nin mü­qəd­də­ra­tı üçün təş­vi­şə dü­şə­rək Meh­man­da­rov­dan di­vi­zi­ya­sı­nın nə və­ziy­yət­də ol­du­ğu­nu te­le­fon­la xə­bər alır. Sə­məd bə­yin ko­man­dir­lə­rə məx­sus mərd qı­sa ca­va­bı be­lə olur: "Və­ziy­yət ağır­dır. Hü­cu­ma ke­çi­rəm!" İki rus or­du­su­nun ge­ri çə­kil­di­yi be­lə ağır bir vaxt­da Meh­man­da­ro­vun di­vi­zi­ya­sı bö­yük bir iş­tah­la irə­li­lə­yən düş­mə­nə ağır zər­bə vu­rub onu ge­ri otur­dur. Üç­gün­lük ağır dö­yüş­lər­dən son­ra İvan­qo­rod şə­hə­ri­nin hü­dud­la­rı­na ça­tıb ona həm­lə edir. Bi­rin­ci Dün­ya mü­ha­ri­bə­si ta­ri­xin­də Meh­man­da­ro­vun bu uğur­lu əmə­liy­ya­tı al­man ge­ne­ra­lı Ma­ken­ze­nin sü­rət­li hü­cum plan­la­rı­nı pu­ça çı­xa­rır. Ge­ri çə­ki­lən iki rus or­du­su­nu isə mü­ha­si­rə­yə düş­mək rüs­vay­çı­lı­ğın­dan xi­las edir. Hə­min əmə­liy­yat za­ma­nı I Ge­ne­ral Əlia­ğa Şıx­lins­ki Ali Baş ko­man­dan tə­rə­fin­dən səh­ra top­la­rı­nın və­ziy­yə­ti­ni yox­la­maq və bu sa­hə­də fəa­liy­yə­tə is­ti­qa­mət ver­mək üçün qərb cəb­hə­si­nə ça­ğı­rı­lır. Əlia­ğa apar­dı­ğı yox­la­nış­dan son­ra be­lə de­yir: "Mən yed­di kor­pu­su gəz­dim və mü­əy­yən et­dim ki, yal­nız Sə­məd bəy Meh­man­da­ro­vun kor­pu­sun­da ağır top­la­rın və­zi­fə­si düz­gün ba­şa dü­şü­lüb və bu top­lar hə­min və­zi­fə­lə­rə uy­ğun yer­ləş­di­ri­lib. Bu iş kor­pus mü­fət­ti­şi­nin tə­şəb­bü­sü yox, məhz ma­hir top­çu olan Meh­man­da­ro­vun şəx­si tə­şəb­bü­sü­nün nə­ti­cə­si idi". Bu mü­ha­ri­bə­də mi­sil­siz qə­lə­bə­lə­rə gö­rə Meh­man­da­ro­va tam ar­til­le­ri­ya ge­ne­ra­lı rüt­bə­si ve­ri­lir. 1915-ci il­də o, ikin­ci Qaf­qaz or­du kor­pu­su­na ko­man­dan tə­yin edi­lir.

Ge­ne­ral Sə­məd bəy Meh­man­da­ro­vun dö­yüş­lər­də gös­tər­di­yi igid­lik və əs­gər­lər­lə xoş rəf­ta­rın­dan onun müa­sir­lə­ri if­ti­xar­la söh­bət açır. Ma­yor Ha­cıa­ğa İb­ra­him­bəy­li ya­zır ki, ge­ne­ral Meh­man­da­rov Bi­rin­ci Dün­ya mü­ha­ri­bə­si za­ma­nı çox bö­yük şöh­rət qa­zan­mış­dı. Vu­ruş­ma­la­rın ən qor­xu­lu də­qi­qə­lə­rin­də onun mi­sil­siz so­yuq­qan­lı­lı­ğı və həd­siz qo­çaq­lı­ğı rus or­du­sun­da məş­hur idi. O, tə­biə­tən əda­lət­li, düz da­nı­şan adam­la­rı se­vir, on­la­ra kö­mək gös­tə­rir, ürə­yi düz ol­ma­yan­la­ra qar­şı isə aman­sız idi. Ta­be­li­yin­də olan­la­rın ha­mı­sı on­dan çə­ki­nir, la­kin onu se­vir və ona ina­nır­dı­lar.

1917-ci il fev­ral bur­jua in­qi­la­bı baş ve­rər­kən Sə­məd bəy Meh­man­da­rov Qaf­qaz­da idi. Hə­min ilin ap­rel ayın­da o və­zi­fə­si­ni hə­mi­şə­lik tərk edib is­te­fa­ya çıx­mış, bir müd­dət Vla­di­qaf­qaz şə­hə­rin­də ya­şa­mış, son­ra Azər­bay­ca­na gəl­miş­di.

Sə­məd bəy Meh­man­da­rov Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti hö­ku­mə­tin­də 1918-ci ilin 25 de­kab­rın­dan hər­bi na­zir və­zi­fə­si­ni tut­muş və müs­tə­qil Azər­bay­ca­nın qı­sa müd­dət­də 30 min­lik or­du­su­nu ya­rat­ma­ğa na­il ol­muş­du. 1919-cu ilin ya­zın­da in­gi­lis hər­bi his­sə­lə­ri Azər­bay­can­da ol­du­ğu dövr­də hər­bi na­zir Sə­məd bəy Meh­man­da­rov Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti hö­ku­mə­ti baş­çı­sı Nə­sib bəy Yu­sif­bəy­li­yə gön­dər­di­yi rəs­mi mək­tub­da bil­di­rir­di ki, in­gi­lis hər­bi dəs­tə­lə­ri Azər­bay­can­da məs­kun­laş­dı­ğı yer­lər­də ta­lan­lar edir, kəş­fiy­yat işi apa­rır­lar. Bun­la­ra eti­raz ola­raq Sə­məd bəy Meh­man­da­rov İn­gil­tə­rə hö­ku­mə­ti­nin dün­ya mü­ha­ri­bə­si il­lə­rin­də ona ver­di­yi or­den­lə­ri İn­gil­tə­rə hö­ku­mə­ti­nə qay­tar­ma­ğı Azər­bay­can hö­ku­mə­tin­dən xa­hiş edir.

Sə­məd bəy Meh­man­da­rov So­vet ha­ki­miy­yə­ti qu­rul­duq­dan son­ra Nə­ri­man Nə­ri­ma­no­vun şəx­si zə­ma­nə­ti əsa­sın­da hər­bi fəa­liy­yə­ti­ni da­vam et­di­rir və Azər­bay­can­da ya­ra­dı­lan hər­bi ko­man­dir­lər mək­tə­bin­də 1921-1928-ci il­lər­də mü­əl­lim­lik edir. Qaf­qaz or­du­su­nun ko­man­di­ri ol­muş Bi­rin­ci də­rə­cə­li Or­du ko­man­di­ri İ.C.Ya­kir 1925-ci il­də be­lə ya­zır­dı: "Meh­man­da­rov na­dir ar­til­le­ri­ya­çı­dır".

Sə­məd bəy Meh­man­da­rov 1924-1927-ci il­lər­də Azər­bay­can­da hər­bi sa­hə­də apa­rı­lan ge­niş is­la­hat­lar­da və təd­bir­lər­də fə­al iş­ti­rak edib. Gör­kəm­li sər­kər­də­nin gər­gin səy­lə­ri nə­ti­cə­sin­də o döv­rün ən müa­sir si­lah­la­rı ilə təc­hiz edil­miş Mil­li Or­du­muz­da qa­tar, təy­ya­rə, zi­reh­li av­to­mo­bil, hər­bi gə­mi­lər olub, Xə­zər də­ni­zin­də do­nan­ma ya­ra­dı­lıb. Yə­ni Azər­bay­can­da or­du qu­ru­cu­lu­ğu pro­se­si­nin mil­li zə­min üzə­rin­də hə­ya­ta ke­çi­ril­mə­si, hər­bi po­ten­sia­lın mə­ha­rət­lə is­ti­qa­mət­lən­di­ril­mə­si və kon­kret ta­ri­xi şə­ra­it­də öl­kə­nin əra­zi bü­töv­lü­yü­nün, hər­bi təh­lü­kə­siz­li­yi­nin la­yi­qin­cə təş­kil edil­mə­si məhz onun fəa­liy­yə­ti­nin nə­ti­cə­si­dir.

Sə­məd bəy Meh­man­da­rov ilk azər­bay­can­lı ge­ne­ral idi ki, İn­gil­tə­rə, Fran­sa və Ru­mı­ni­ya­nın mü­ka­fat­la­rı və Ru­si­ya­nın bü­tün hər­bi or­den­lə­ri ilə təl­tif edil­miş­di. Bun­dan əla­və, Meh­man­da­ro­vun və­tə­nə sə­da­qə­ti onun im­ti­na et­di­yi mü­ka­fat­lar­dan da gö­rü­nür. O, İn­gil­tə­rə hö­ku­mə­ti­nin or­den və me­dal­la­rı­nı ge­ri qay­tar­dıq­da: "Tor­pa­ğı­mı və xal­qı­mı fəth edən bir öl­kə­nin or­de­ni mə­nə gə­rək de­yil" - de­yib.

Sə­ləf­lə­ri ilə fəxr et­mək hər bir mil­lə­tin üs­tün­lük ver­di­yi hə­yat tər­zi və əsas mil­li də­yər­lə­rin for­ma­laş­ma­sın­da güc­lü tə­sir gös­tə­rən amil­lər­dən­dir. Ata-ba­ba­sı­nın əməl­lə­ri ilə fəxr edən in­san hə­mi­şə lə­ya­qə­tə xə­ləl gə­ti­rən hə­rə­kət­lər­dən uzaq olar. Bu ba­xım­dan Azər­bay­can xal­qı xöş­bəxt xalq­dır. Həm öz ta­ri­xi­miz­də, həm də dün­ya­da ad qo­yub ge­dən həm­və­tən­lə­ri­mi­zin sa­yı az de­yil. On­la­rın ara­sın­da mi­sil­siz şü­caə­ti ilə yad­da qa­lan ge­ne­ral Sə­məd bəy Meh­man­da­ro­vun xü­su­si ye­ri var. O, Azər­bay­can hərb ta­ri­xin­də müs­təs­na rol oy­na­yıb və xal­qı­na, və­tə­ni­nə bö­yük xid­mət­lər edib.

1928-ci il­də Sə­məd bəy Meh­man­da­rov səh­hə­ti­nə gö­rə or­du­da xid­mət­dən tər­xis olu­nub və ona fər­di döv­lət tə­qaü­dü ve­ril­mə­si mü­əy­yən edi­lib. O, öm­rü­nün son üç ilin­də İs­lam ta­ri­xi və fəl­sə­fə ilə məş­ğul olub. Bir əlin­də qı­lınc, bir əlin­də qə­ləm tu­tan bu ta­ri­xi ata­mız 12 fev­ral 1931-ci il­də Ba­kı­da və­fat edib.

Al­lah rəh­mət elə­sin.

Fa­zil QA­RA­OĞ­LU
pro­fes­sor 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ