çərşənbə axşamı günü, 17 noyabr 2026
     

Ta­rix­də iz bu­ra­xan­lar: Lüt­fi-Za­də

Image


Gör­kəm­li elm xa­di­mi Lüt­fi-Za­də 4 fev­ral 1921-ci il­də Ba­kı­da ana­dan olub. Ata­sı əs­lən Ər­də­bil­dən olan cə­nu­bi azər­bay­can­lı Rə­him Əs­gər­za­də ix­ti­sas­ca jur­na­list, ana­sı Fan­ya xa­nım hə­kim olub. Ba­kı­da 16 say­lı or­ta mək­təb­də ib­ti­dai təh­si­li­nə baş­la­yan Lüt­fi-Za­də ki­çik yaş­la­rın­dan el­mə bö­yük ma­raq gös­tə­rib, elə uşaq­lıq­dan bü­tün gü­nü­nü ki­tab­lar­la ke­çi­rib.

Ev­lə­rin­də­ki ki­tab­xa­na onun ən se­vim­li ye­ri olub. Onu gö­rən­lər, ai­lə­nin ya­xın in­san­la­rı bü­tün gü­nü­nü ki­tab oxu­maq­la ke­çi­rən bu is­te­dad­lı oğ­la­nın bö­yük gə­lə­cə­yi ola­ca­ğı­nı de­yir­miş. Am­ma bu ta­ri­xi şəx­siy­yət çox ki­çik yaş­la­rın­da ai­lə­si ilə bir­lik­də Ba­kı­nı tərk et­mək, İra­na köç­mək məc­bu­riy­yə­tin­də qa­lıb. Ai­lə­si­nin tək­rar İra­na qa­yıt­ma­sı­na sə­bəb 1932-ci il­də SSRİ-nin tət­biq et­di­yi ye­ni qay­da­lar olub. Bu qay­da­la­ra gö­rə, Cə­nu­bi Azər­bay­can­dan olan azər­bay­can­lı­lar ya So­vet və­tən­daş­lı­ğı­nı qə­bul et­mə­li, ya da öl­kə­ni tərk et­mə­li idi­lər... So­vet­lə­rin hə­ya­ta ke­çir­di­yi bir çox ad­dım­lar­dan da na­ra­zı olan ai­lə İra­na köç­mə­yə qə­rar ve­rib. Be­lə­lik­lə Lüt­fi-Za­də­nin hə­ya­tın­da ye­ni mər­hə­lə baş­la­yıb.

Ba­kı­dan Teh­ra­na kö­çən­dən son­ra ai­lə­si onu İran­da ame­ri­ka­lı­la­rın Abors mis­sio­ner mək­tə­bi­nə qo­yub. Qey­ri-adi qa­bi­liy­yə­tə sa­hib Lüt­fi-Za­də Teh­ran­da ame­ri­ka­lı­la­rın mək­tə­bin­də oxu­du­ğu il­lər­də Ame­ri­ka­da el­min in­ki­şa­fı üçün da­ha yax­şı şə­rai­tin ol­du­ğu­nu gö­rə­rək gə­lə­cək fəa­liy­yə­ti­ni bu öl­kə­yə bağ­la­ma­ğı dü­şü­nüb. Gənc Lüt­fi-Za­də əv­vəl­cə Teh­ran­da­kı Ame­ri­ka kol­le­cin­də oxu­yub, son­ra isə Teh­ran Uni­ver­si­te­ti­nə da­xil olub. Təh­si­li­ni "Elek­tro­tex­ni­ka" ix­ti­sa­sı üz­rə ba­ka­lavr ki­mi ba­şa vur­duq­dan son­ra 1944-cü il­də Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rı­na kö­çüb və ora­da təh­si­li­ni da­vam et­dir­mək məq­sə­di­lə Mas­sa­çu­sets Tex­no­lo­gi­ya İns­ti­tu­tu­na da­xil olub. Bu ins­ti­tu­tu "Elek­tro­tex­ni­ka" ix­ti­sa­sı üz­rə ma­gistr də­rə­cə­sin­də bi­ti­rib. İns­ti­tu­tu bi­tir­dik­dən son­ra o, Ko­lum­bi­ya Uni­ver­si­te­tin­də mü­əl­lim­li­yə baş­la­yıb və 1949-cu il­də dok­tor adı alıb. Gənc təd­qi­qat­çı az bir za­man­da as­sis­tent­lik­dən pro­fes­sor­lu­ğa qə­dər yük­sə­lib.

Lüt­fi-Za­də­ni bey­nəl­xalq alə­mə ta­nı­dan ilk işi qey­ri-sta­sio­nar dövr­lə­rin tez­lik ana­li­zi mə­sə­lə­si olub. O, 1962-ci il­də Ç.Ra­qas­si­ni ilə bir­lik­də Vi­ne­rin eks­tra­pol­ya­si­ya nə­zə­riy­yə­si­nin ma­raq­lı ümu­mi­ləş­mə­si­ni tək­lif edib. Elə hə­min il də dis­krit sis­tem­lər üçün Z-çe­vir­mə me­to­du­nu iş­lə­yib.

Lüt­fi-Za­də 1957-ci il­də elek­trik mü­hən­dis­li­yi sa­hə­sin­də Ko­lum­bi­ya Uni­ver­si­te­ti­nin pro­fes­so­ru olub və ki­ber­ne­ti­ka­nın ba­ni­si he­sab olu­nan məş­hur alim Nor­bert Vi­ne­rin töv­si­yə­si­lə Ka­li­for­ni­ya­ya kö­çüb. Berk­li­də­ki Ka­li­for­ni­ya Uni­ver­si­te­tin­də kom­pyu­ter elm­lə­ri və elek­tro­tex­ni­ka ka­fed­ra­sı­na baş­çı­lıq edib. 1963-cü il­də ida­rə­et­mə nə­zə­riy­yə­si­ni kö­kün­dən də­yi­şən və­ziy­yət­lər fə­za­sı ya­naş­ma­sı­nı tək­lif edib və Çarlz De­zo­ir­lə bir­lik­də "Xət­ti sis­tem­lər nə­zə­riy­yə­si" ki­ta­bı­nı nəşr et­di­rib. Be­lə­lik­lə, 1960-cı il­lə­rin or­ta­la­rın­da Lüt­fi-Za­də sis­tem­lər nə­zə­riy­yə­si, av­to­ma­tik ida­rə­et­mə nə­zə­riy­yə­lə­ri və on­la­rın tət­bi­qi sa­hə­sin­də ən ta­nı­nan mü­tə­xəs­sis­lər­dən bi­ri­nə çev­ri­lib. 1965-ci il­də qey­ri-sə­lis çox­luq­la­ra aid "Fuzzy Sets" el­mi mə­qa­lə­si­ni dərc et­dir­dik­dən son­ra isə onu ar­tıq bü­tün dün­ya­nın elm çev­rə­lə­ri ta­nı­yır­dı. Onun bu işi bü­tün dün­ya­da bö­yük re­zo­nan­sa sə­bəb olub və elm­də ye­ni is­ti­qa­mə­tin əsa­sı­nı qo­yub. Lüt­fi-Za­də el­mi araş­dır­ma­lar­la sü­but edir­di ki, tə­bii di­lə əsas­la­nan re­al in­san mü­ha­ki­mə­lə­ri ənə­nə­vi ri­ya­zi for­ma­lizm­lər çər­çi­və­sin­də ve­ri­lə bil­məz. Onun bu el­mi ye­ni­li­yi ilk za­man­lar ri­ya­ziy­yat­çı­lar ara­sın­da so­yuq və eh­ti­yat­la qar­şı­lan­sa da, bir ne­çə il son­ra bü­tün dün­ya on­dan fay­da­lan­ma­ğa baş­la­yıb. Bu nə­zə­riy­yə­nin tət­bi­qi Ya­po­ni­ya­ya mil­yard­lar­la dol­lar qa­zan­dı­rıb. Nə­ha­yət, bu nə­zə­riy­yə­dən Av­ro­pa­da da ge­niş is­ti­fa­də olu­nur.

Lüt­fi-Pa­də­nin dün­ya el­mi­nə bəxş et­di­yi fun­da­men­tal nə­zə­riy­yə­lər - "Tə­əs­sü­rat­lar nə­zə­riy­yə­si," "Fə­za və­ziy­yət­lə­ri nə­zə­riy­yə­si," "Söz­lə he­sab­la­ma nə­zə­riy­yə­si," "Soft Kom­pu­tinq nə­zə­riy­yə­si," "Qey­ri-sə­lis mən­tiq və çox­luq­lar nə­zə­riy­yə­si" ki­mi el­mi kəşf­lər dün­ya el­mi­nin in­ki­şa­fın­da bö­yük rol oy­na­yıb. Ey­ni za­man­da bu gün bu nə­zə­riy­yə­lər hə­ya­tı­mı­zın bü­tün sa­hə­lə­rin­də çox ge­niş tət­biq olu­nur. İn­san ki­mi dü­şün­mək qa­bi­liy­yə­ti­nə ma­lik kom­pyu­ter­lə­rin, yə­ni təc­rü­bə­yə və el­mi bi­lik­lə­rə yi­yə­lən­miş ma­şın­la­rın - sü­ni in­tel­lek­tin ya­ra­dıl­ma­sın­da ali­min el­mi nə­ti­cə­lə­ri bö­yük rol oy­na­yıb.

Lüt­fi-Za­də­nin məş­hur və­ziy­yət­lər fə­za­sı, di­na­mik sis­tem­lə­rin ida­rə olun­ma­sı və mü­şa­hi­də olun­ma nə­zə­riy­yə­lə­ri müa­sir ida­rə­et­mə el­mi­nin əsa­sı­nı təş­kil edir. Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rı­nın Mil­li Kos­mik Təd­qi­qat­lar Mər­kə­zi (NA­SA) bu nə­zə­riy­yə­lər əsa­sın­da ida­rə­et­mə sis­tem­lə­ri­ni təd­qiq edir, la­yi­hə­lən­di­rir və tət­biq edir. Bir söz­lə, bö­yük ali­min qey­ri-sə­lis mən­tiq nə­zə­riy­yə­si Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rın­da kos­mik proq­ram­la­rın hə­ya­ta ke­çi­ril­mə­sin­də mü­hüm rol oy­na­yır.

Lüt­fi-Za­də Nyu­ton, Eyn­şteyn sə­viy­yə­li bir da­hi he­sab olu­nur. Onun ver­di­yi nə­zə­riy­yə bü­tün elm­lə­ri də­yiş­di. İlk baş­da mən­tiq hən­də­sə üçün ya­ran­mış­dı. Am­ma Lüt­fi-Za­də­nin nə­zə­riy­yə­sin­dən son­ra mən­ti­qin özü də ye­ni­ləş­di. Bu elm hən­də­sə­ni, ri­ya­ziy­ya­tı və di­gər elm­lə­ri da­ha də­qiq­li­yə sə­fər­bər et­di.

Son iyir­mi il­də onun nə­zə­riy­yə­si ən müx­tə­lif sa­hə­lər­də tət­bi­qi­ni ta­pıb: məi­şət tex­ni­ka­sın­dan tut­muş, ta mü­rək­kəb tex­no­lo­ji pros­ses­lə­rin və di­na­mik ob­yekt­lə­rin ida­rə olun­ma­sın­da qey­ri-sə­lis ida­rə­et­mə mo­de­li­nin tət­bi­qi­ni xü­su­si qeyd et­mək olar. Bu gün qey­ri-sə­lis çox­luq­lar və qey­ri-sə­lis mən­tiq nə­zə­riy­yə­si ar­tıq bü­tün dün­ya tə­rə­fin­dən ta­nı­nır və is­ti­fa­də olu­nur.

Lüt­fi-Za­də­nin qey­ri-sə­lis mən­ti­qi­ni ob­raz­lı şə­kil­də be­lə izah et­mək olar: "Aris­to­tel mən­ti­qi" ilə mü­ha­ki­mə yü­rü­dən be­yin dün­ya­nı yal­nız ağ və ya qa­ra rəng­də qav­ra­yır, "Lüt­fi-Za­də mən­ti­qi" isə dün­ya­nı bü­tün ça­lar­la­rı ilə qav­ra­ma­ğa im­kan ve­rir, çün­ki "Aris­to­tel mən­ti­qi" iki­li mən­tiq­dir, "Lüt­fi-Za­də mən­ti­qi" isə çox­mə­na­lı mən­tiq­dir. Aris­to­te­lə gö­rə bir müd­dəa ya doğ­ru, ya da ya­lan ola bi­lər. Lüt­fi-Za­də­yə gö­rə isə, hər bir müd­dəa­nın doğ­ru­luq də­rə­cə­si doğ­ru və ya ya­lan ara­sın­da kə­sil­məz qiy­mət­lər alır. Lüt­fi-Za­də mən­ti­qin­də re­al hə­ya­tı da­ha dü­rüst ini­kas et­mək qa­bi­liy­yə­ti var, bu mən­tiq­də to­le­rant­lıq da­ha çox­dur. 20 il bo­yun­ca Ame­ri­ka el­mi ic­ti­ma­iy­yə­ti tə­rə­fin­dən qə­bul edil­mə­yən qey­ri-sə­lis mən­tiq nə­zə­riy­yə­si, nə­ha­yət 1980-ci il­lər­də ya­pon alim­lə­ri tə­rə­fin­dən bö­yük ma­raq­la qar­şı­la­nıb. Be­lə­lik­lə, bu nə­zə­riy­yə ri­ya­ziy­ya­tın, ki­ber­ne­ti­ka­nın, in­for­ma­ti­ka və he­sab­la­ma tex­no­lo­gi­ya­sı­nın in­ki­şa­fı ta­ri­xin­də ye­ni bir dövr açıb. Get­dik­cə hə­min nə­zə­riy­yə­nin əmə­li gü­cü onun mü­cər­rəd ma­hiy­yə­si­ni üs­tə­lə­yib.

"Qey­ri-sə­lis mən­tiq" nə­zə­riy­yə­si el­mə ye­ni ba­xış, ye­ni bir ya­naş­ma tər­zi gə­tir­di. De­mək olar ki, bu nə­zə­riy­yə hər ha­di­sə­yə, hər qə­ti fik­rə bir mü­qa­yi­sə açıq­lı­ğı gə­ti­rib. Bu isə elm­də eh­ti­yac du­yu­lan ağıl, id­rak əla­mə­ti ol­du. Si­nif­də ha­mı "5" qiy­mət ala bi­lər. Yal­nız mü­qa­yi­sə apa­rı­lar­sa ki­min bu qiy­mə­tə nə də­rə­cə­də sa­hib­lən­di­yi aş­kar­la­nar. Lüt­fi-Za­də­nin xid­mə­ti hə­min aş­kar­lı­ğı sü­but et­mək­dən iba­rət ol­du. İn­di biz mü­qa­yi­sə­lər he­sa­bı­na həd­lə­rin kə­nar sər­həd­lə­ri­ni da­ha şəf­faf və da­ha aş­kar gö­rə, on­la­rın al­dı­ğı qiy­mə­ti da­ha də­qiq­lik­lə ifa­də edə bi­li­rik.

Lüt­fi-Za­də ori­ji­nal el­mi ide­ya­lar irə­li sü­rən və ye­ni el­mi is­ti­qa­mət­lə­ri mü­əy­yən edən na­dir alim­lər­dən­dir. Onun, de­mək olar ki, hər bir əsə­ri elm alə­min­də ha­di­sə­yə çev­ri­lir. Biz bu­ra­da Lüt­fi-Za­də­nin bü­tün əsər­lə­ri­nin ad­la­rı­nı çək­mə­yə eh­ti­yac gör­mü­rük, la­kin qeyd et­mək is­tə­yi­rik ki, hə­lə 1970-ci il­lər­də onun yaz­dı­ğı əsər­lər­də irə­li sü­rü­lən qey­ri-sə­lis mən­tiq əsa­sın­da ida­rə­et­mə ide­ya­la­rı mü­əy­yən­lə­şib və bun­lar qey­ri-sə­lis tən­zim­lə­yi­ci­lər tex­no­lo­gi­ya­sı­na tət­biq edi­lib.

1980-ci il­lər­də Lüt­fi-Za­də qey­ri-sə­lis mən­tiq və im­kan­lar nə­zə­riy­yə­si­ni in­ki­şaf et­dir­mək­lə ya­na­şı, həm də bu nə­zə­riy­yə­nin in­tel­lek­tu­al sis­tem­lə­rə tət­bi­qi ilə məş­ğul olub. Be­lə ki, "Eks­pert sis­tem­lər­də qey­ri-mü­əy­yən­li­yin ida­rə edil­mə­sin­də qey­ri-sə­lis mən­ti­qin ro­lu" mə­qa­lə­sin­də də­qiq ol­ma­yan mə­lu­mat­da qey­ri-sə­lis mən­ti­qin tət­bi­qi üsu­lu və şa­hid­lə­rin de­dik­lə­ri əsa­sın­da nə­ti­cə çı­xar­maq üçün bir sı­ra qay­da­lar gös­tə­rib.

Lüt­fi-Za­də dün­ya­da əsər­lə­ri­nə ən çox is­ti­nad edi­lən alim sa­yı­lır. Tək­cə 1990-2000-ci il­lər­də onun əsər­lə­ri­nə 36 min­dən çox is­ti­nad edi­lib. Lüt­fi-Za­də­nin elm sa­hə­sin­də­ki xid­mət­lə­ri və qa­zan­dı­ğı föv­qə­la­də nai­liy­yət­lər dün­ya­nın müx­tə­lif elm mər­kəz­lə­ri, kor­po­ra­si­ya­la­rı və bey­nəl­xalq təş­ki­lat­la­rı tə­rə­fin­dən yük­sək qiy­mət­lən­di­ri­lib. O, dün­ya­nın bir çox məş­hur aka­de­mi­ya­la­rı­nın, el­mi mər­kəz­lə­ri­nin, elə­cə də bi­zim Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın üz­vü, 10-dan ar­tıq uni­ver­si­te­tin, o cüm­lə­dən Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin fəx­ri dok­to­ru­dur. Bu yük­sək ad­lar və bö­yük mü­ka­fat­lar ona in­for­ma­si­ya sis­tem­lə­ri­nin in­ki­şa­fın­da gör­kəm­li nai­liy­yət­lə­ri və qey­ri-sə­lis ri­ya­ziy­yat sa­hə­sin­də­ki mi­sil­siz kəşf­lə­ri ilə əla­qə­dar ve­ri­lib. Dün­ya əhə­miy­yət­li nə­zə­riy­yə­si sə­bə­bi­lə Lüt­fi-Za­də­yə sağ­lı­ğın­da Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rı­nın Ka­li­for­ni­ya Uni­ver­si­te­ti­nin ömür­lük fəx­ri pro­fes­so­ru adı ve­ri­lib. Sağ­lı­ğın­da bu cür fəx­ri ada sa­hib ol­maq dün­ya alim­lə­rin­dən yal­nız bir-iki­si­nə nə­sib olub. Lüt­fi-Za­də ona dün­ya şöh­rə­ti qa­zan­dı­ran çox say­da kəş­fin mü­əl­li­fi­dir. Ba­kı­da dün­ya­ya göz açıb bo­ya-ba­şa ça­tan Lüt­fi-Za­də­nin adı ilə Azər­bay­can­da fəxr edir­lər. Bu da­hi in­sa­nı­mız­la fəxr et­mə­yə də­yər!

Fa­zil QA­RA­OĞ­LU
pro­fes­sor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

16.11.2026 / 19:53
Avropa siyasi məkanına yeni diplomatik fəallıq fenomeni gəlir...

16.11.2026 / 19:38
ASB-nin Dublin sammitində Əliyev daha bir uğur qazandı - Litva prezidenti açıqladı...

16.11.2026 / 19:24
Türkdilli xalqların ortaq mədəni irsi memarlıq timsalında

16.11.2026 / 19:10
Qara dənizdə içərisində 4 azərbaycanlının da olduğu gəmi vurularaq batırıldı...

16.11.2026 / 18:56
ABŞ-ın Avropadan çəkilməsinə icazə verilmir - Tramp çətinə düşdü...

16.11.2026 / 18:42
Paşinyan Azərbaycanın tam haqlı olduğunu bütün Avropaya bəyan etdi...

16.11.2026 / 18:27
Üç ölkə liderləri Çin görüşünün gündəliyində razılaşa bilmədilər

16.11.2026 / 18:23
Ceyhun Bayramovla Birləşmiş Krallığın XİN başçısı arasında telefon danışığı olub

16.11.2026 / 18:18
AMEA-da Səhəndin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

16.11.2026 / 18:10
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

16.11.2026 / 18:02
Çin Rusiyadan dəstəyini geri çəkir, Putinin yeni Yalta arzusu suya düşür...

16.11.2026 / 17:45
Azərbaycanla Britaniya qarşılarında yeni yol açdılar...

16.11.2026 / 17:30
Gələn ildən əmanətçilərin qazancından vergi tutula bilər - faizlər də açıqlandı...

16.11.2026 / 17:17
Avropa yenidən Rusiya qazı üçün milyardlarla dollar ödəyir...

16.11.2026 / 17:12
Əhalinin dərman və ərzaq xərcləri artır...

16.11.2026 / 16:50
Ramiz Mehdiyevi ifrat tərifləyənlər risk aıtındadır – “kardinal” dövlət çevrilişində ittiham olunur...

16.11.2026 / 16:10
Azərbaycan ASB-nin yeni beynəlxalq təşkilata çevrilməsini önəmli saymır - niyə?..

16.11.2026 / 15:57
Hikmət Hacıyev: "Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır" - FOTO

16.11.2026 / 15:20
Ermənistan Rusiyadan qopur, İran o gücdə deyil, Azərbaycanla isə problem var...

16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur - RƏQƏMLƏR

16.11.2026 / 14:32
Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

16.11.2026 / 14:01
Azərbaycan 2030-cu ildə 27-ci Ümumdünya Enerji Konqresinə ev sahibliyi edəcək...

16.11.2026 / 13:57
Moskvanın sülh üçün maksimalist tələblərinə Aİ-dən maksimalist qarşılıq - Rusiya qoşunları bütün ölkələrdən çıxarılsın…

16.11.2026 / 13:52
Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif etdi...

16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi

16.11.2026 / 13:35
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

16.11.2026 / 13:34
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı

16.11.2026 / 13:30
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - FƏRMAN

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ