çərşənbə axşamı günü, 17 noyabr 2026
     

Robert Sekuta Azərbaycanın enerji təhlükəsizliyi və terrorçuluqla mübarizədə roluna xüsusi diqqət çəkdi

Image


Azərbaycanla ABŞ arasında münasibətlər daha da yaxşılaşır və tərəflər müxtəlif istiqamətlər üzrə birgə çalışır. Bunu iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi münasibətilə Trend-ə eksklüziv müsahibəsində ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta deyib.

Səfir qeyd edib ki, ABŞ Azərbaycanın güclü, stabil, müstəqil, çiçəklənən və demokratik ölkə olmasında maraqlıdır: “Biz bu məqsədə nail olmaq üçün önəminə görə bərabər 3 sahədə çalışırıq: təhlükəsizlik, iqtisadiyyat və energetika, eləcə də demokratiya və insan hüquqları sahəsində. Bütün bu sahələr bir-biri ilə əlaqəlidir və fikrimcə Azərbaycanın olmaq istədiyi ölkəyə çevrilməsi üçün çox vacibdir”.

Səfir qeyd edib ki, Azərbaycan və ABŞ-ın əməkdaşlıq edə biləcəyi bir çox məqamlar var. Amma onlar arasında iki sahə var ki, burada əməkdaşlıq təkcə hər iki ölkə üçün yox, həm də region üçün böyük strateji əhəmiyyət daşıyır. Bu, enerji təhlükəsizliyi və terrorçuluqla mübarizədir: “Azərbaycan əhəmiyyətli enerji resurslarına malik ölkədir və Avropanın enerji təhlükəsizliyində, Avropaya enerji ehtiyatları təchizatının diversifikasiyasının təmin olunmasında vacib rol oynayıb, oynayır və fikrimcə oynamaqda davam edəcək. Bu, Avropa ölkələrinə xarici təzyiqlərə qarşı daha yaxşı müqavimət göstərməyə imkan verir. Azərbaycanın vacib rolu məhz bundadır”.

Səfir qeyd edib ki, Azərbaycan həmçinin terrorçuluqla və ekstremizmlə mübarizədə vacib rol oynayır. O xatırladıb ki, ABŞ və Azərbaycan Əfqanıstanda NATO missiyası tərkibində əməkdaşlıq edib, indi də etməkdədir və Azərbaycan qərblə Əfqanıstan arasında tranzit marşrutunun vacib hissəsidir.

R.Sekutanın sözlərinə görə, nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər var: “Azərbaycanın coğrafi mövqeyi böyük əhəmiyyət kəsb edir və Azərbaycanın şərq-qərb, şimal-cənub dəhlizi qismində rolu artmaqda davam edəcək. Mən bunun əhəmiyyətini Şərqi Asiya və Avropa, eləcə də Cənubi Asiya ilə Avropa arasında ticarət baxımından nəzərdən keçirirəm”.

Səfirin sözlərinə görə, ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq, Azərbaycanda yeni iqtisadi fəaliyyət və yeni müəssisələr üçün potensial mövcuddur: “Biz bunu iqtisadiyyatın inkişafı, diversifikasiyası və regionda mövqeyinin gücləndirilməsi üzrə Azərbaycanın müsbət səyləri kimi nəzərdən keçiririk”.

“Cənub Qaz Dəhlizi” layihəsi üzrə əməkdaşlıq

R.Sekuta deyib ki, ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı oynaya biləcəyi müsbət rola görə “Cənub Qaz Dəhlizi”ni güclü şəkildə dəstəkləyir. Bu layihənin Amerikanın hər hansı bir maliyyə təşkilatı tərəfindən maliyyələşdirilməsi ehtimalı barədə suala cavab verən səfir qeyd edib ki, bu cür qərarlar kommersiya xarakteri daşıyır və banklar tərəfindən qəbul olunur. Bununla belə, ABŞ Azərbaycanla qarşılıqlı əməkdaşlıq çərçivəsində bu məsələ üzərində işlədiyini bildirib.

Səfirin sözlərinə görə, bu vəziyyətdə ABŞ-ın edə biləcəyi iş Azərbaycana daha rəqabət qabiliyyətli olmaqda yardım etmək və iqtisadi baxımdan bu sahədə daha geniş işləməkdir. “Dünyada maliyyə vaəsiti əldə etmək və beynəlxalq maliyyə təşkilatlarının diqqətini cəlb etmək üçün böyük rəqabət mövcuddur. Ona görə biz Azərbaycanla birgə çalışırıq ki, bu ölkənin daha cəlbedici işgüzar tərəfdaş olması üçün şərait yaradaq”.

R.Sekuta qeyd edib ki, bu şərtlərə korrupsiya ilə mübarizə, şəffaflığın artırılması və qanunun aliliyi daxildir: “Banklar bu sahələrə önəm verir və biz Azərbaycanla bu məsələlər üzrə işləmək istəyirik. Biz Azərbaycanla işləyirik ki, onu beynəlxalq maliyyə təşkilatları ilə fəaliyyətlər baxımından daha cəlbedici edək”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması

R.Sekutanın sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün sülh danışıqları çox vacibdir: “Bu münaqişənin hərbi yolla həlli yoxdur. Tərəflərin bir araya gələrək münaqişənin dinc yolla həll edilməsi istiqamətində işləmələri vacibdir. Bu münaqişə artıq həddən çox uzanıb”.

O qeyd edib ki, tərəflərə münaqişənin həll yolunun tapılmasına kömək etmək üçün ABŞ ATƏT-in Minsk qrupu vasitəsilə çox fəal şəkildə çalışır: “Biz tərəflərə irəliləyiş əldə etməkdə kömək etməliyik”.

ABŞ-ın ATƏT Minsk qrupundakı yeni həmsədri Riçard Hoqland haqqında danışan səfir deyib ki, o, ABŞ Dövlət Departamentində zəngin iş təcrübəsinə malikdir, bu regionu yaxşı tanıyır və əvvəl də bu regionla çalışıb. Səfir xatırladıb ki, R.Hoqland Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə tanış olmaq, insanlarla ünsiyyət yaratmaq, münaqişə tərəflərinə həll yollarının tapılmasında yardım etmək üçün fransalı və rusiyalı həmkarları ilə əməkdaşlığa başlayıb: “R.Hoqland çox enerjili və çox güclü bir insandır və fikrimcə o, bu prosesin irəli aparılmasına həqiqətən də kömək edəcək”.

Ermənistanın Azərbaycan sərhədi və qoşunların təmas xətti boyunca sıx-sıx təxribat törətməsi barədə sualı cavablandıran səfir bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur: “Zorakılıq heç kimə kömək etmir. Tərəflərin dinc həll yollarını tapması regiondakı bütün insanlar üçün vacibdir”.

R.Sekuta qeyd edib ki, o, ölkə daxilində səfər edərkən məcburi köçkünlərlə görüşür və münaqişənin insanlara nə cür təsir etdiyini görür. Səfirin sözlərinə görə, qoşunların təmas xəttinin qarşı tərəfindəki həmkarları da eyni şeyi görür: “Biz mümkün olan hər şeyi etməliyik ki, tərəflərə irəliləməkdə və həll yolunu tapmaqda kömək edək”.

O vurğulayıb ki, irəliləmək üçün tərəflər siyasi iradə nümayiş etdirməlidir, vasitəçilər isə bu prosesdə onlara kömək edə bilər.

Azərbaycanda multikulturalizm

R.Sekuta bildirib ki, Azərbaycan müxtəlif dini konfessiyaların nümayəndələrinin birgə yaşayışına yaxşı nümunədir: “Düşünürəm ki, amerikalıların Azərbaycan haqqında bilməli olduğu məsələlərdən biri də ölkənizdə dini dözümlülük ənənəsidir”.

Onun sözlərinə görə, amerikalıların Azərbaycan barədə bilməli olduqları bir məqam da dini tolerantlıqla yanaşı digər dinlərdən olanları qəbul etməkdir. O, əlavə edib ki, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan dünyəvi dövlət kimi tolerantlığa və müxtəlif insanların dinc birgə yaşayışına yaxşı nümunədir. “Digər ölkələr bu nümunədən insanların terrorizm və ekstremizmə yönəlməsinin qarşısını almaq üçün istifadə edə bilərlər”.

Səfir ötən ilin sentyabrında ABŞ-a köçən azərbaycanlının Bakıdakı sinaqoqa Tövrat hədiyyə etdiyini misal çəkib. Bu mərasimdə iştirak etmək üçün Azərbaycana Bruklindən nümayəndə heyəti gəlmişdi:“Onlar müsəlman ölkəsində Tövratın təqdimatını görərək bundan həqiqətən də təsirlənmişdilər. Bu, bir çox amerikalıları heyrətləndirdi. Bu, dünyanın bütün ölkələri üçün nümunədir”.

R.Sekuta ABŞ-ın “Sülh Korpusu”nun vaxtilə Azərbaycandakı fəaliyyətindən, bu təşkilatın Azərbaycanda yerli sakinlərə ingilis dilini öyrədən, icma inkişafına kömək edən 500 könüllüsünün çalışmasından danışıb. Diplomat bu könüllüləri Azərbaycanın ABŞ-da ən yaxşı elçiləri adlandırıb: “Mən mart ayında Vaşinqtonda olanda bir qrupla (“Sülh Korpusu”nun könüllüləri – red.) görüşdüm. Onlar Azərbaycandakı hadisələri izləməyə davam edir, ölkə ilə maraqlanır, öz dostlarına və ailələrinə Azərbaycan haqqında danışırlar və toylarda iştirak etmək üçün Azərbaycana gəlirlər. Bu həqiqətən də münasibətlərin qurulmasına şərait yaradır”.

Səfir vurğulayıb ki, insanlar arasında belə münasibətlər ölkələr arasında davamlı əlaqələrin qurulması üçün həqiqətən vacibdir: “Elə şeylər var ki, amerikalılar Azərbaycan haqqında öyrənə və Azərbaycan onları öyrədə bilər”.

R.Sekuta deyib ki, Azərbaycan maraqlı turizm istiqamətlərindən biridir və o, ölkənin müxtəlif yerlərinə tez-tez səyahət edir. “Azərbaycanın bölgələrinə getmək, dağları, təbiəti, ölkənin müxtəlifliyini görmək xoşuma gəlir. Tarixi yerlərə baxmaq, təbiəti seyr etmək, fermalara baş çəkmək, müxtəlif yeməklərdən dadmaq maraqlıdır”.

Səfirin sözlərinə görə, Bakıda işlədiyi iki il ərzində hər Milad bayramında onun ailəsi Azərbaycana gəlir. O bildirib ki, bura onların çox xoşuna gəlir. Ötən Milad bayramında isə onun kiçik oğlu hətta öz universitet yoldaşlarını da Azərbaycana gətirmişdi.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

16.11.2026 / 19:53
Avropa siyasi məkanına yeni diplomatik fəallıq fenomeni gəlir...

16.11.2026 / 19:38
ASB-nin Dublin sammitində Əliyev daha bir uğur qazandı - Litva prezidenti açıqladı...

16.11.2026 / 19:24
Türkdilli xalqların ortaq mədəni irsi memarlıq timsalında

16.11.2026 / 19:10
Qara dənizdə içərisində 4 azərbaycanlının da olduğu gəmi vurularaq batırıldı...

16.11.2026 / 18:56
ABŞ-ın Avropadan çəkilməsinə icazə verilmir - Tramp çətinə düşdü...

16.11.2026 / 18:42
Paşinyan Azərbaycanın tam haqlı olduğunu bütün Avropaya bəyan etdi...

16.11.2026 / 18:27
Üç ölkə liderləri Çin görüşünün gündəliyində razılaşa bilmədilər

16.11.2026 / 18:23
Ceyhun Bayramovla Birləşmiş Krallığın XİN başçısı arasında telefon danışığı olub

16.11.2026 / 18:18
AMEA-da Səhəndin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

16.11.2026 / 18:10
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

16.11.2026 / 18:02
Çin Rusiyadan dəstəyini geri çəkir, Putinin yeni Yalta arzusu suya düşür...

16.11.2026 / 17:45
Azərbaycanla Britaniya qarşılarında yeni yol açdılar...

16.11.2026 / 17:30
Gələn ildən əmanətçilərin qazancından vergi tutula bilər - faizlər də açıqlandı...

16.11.2026 / 17:17
Avropa yenidən Rusiya qazı üçün milyardlarla dollar ödəyir...

16.11.2026 / 17:12
Əhalinin dərman və ərzaq xərcləri artır...

16.11.2026 / 16:50
Ramiz Mehdiyevi ifrat tərifləyənlər risk aıtındadır – “kardinal” dövlət çevrilişində ittiham olunur...

16.11.2026 / 16:10
Azərbaycan ASB-nin yeni beynəlxalq təşkilata çevrilməsini önəmli saymır - niyə?..

16.11.2026 / 15:57
Hikmət Hacıyev: "Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır" - FOTO

16.11.2026 / 15:20
Ermənistan Rusiyadan qopur, İran o gücdə deyil, Azərbaycanla isə problem var...

16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur - RƏQƏMLƏR

16.11.2026 / 14:32
Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

16.11.2026 / 14:01
Azərbaycan 2030-cu ildə 27-ci Ümumdünya Enerji Konqresinə ev sahibliyi edəcək...

16.11.2026 / 13:57
Moskvanın sülh üçün maksimalist tələblərinə Aİ-dən maksimalist qarşılıq - Rusiya qoşunları bütün ölkələrdən çıxarılsın…

16.11.2026 / 13:52
Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif etdi...

16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi

16.11.2026 / 13:35
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

16.11.2026 / 13:34
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı

16.11.2026 / 13:30
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - FƏRMAN

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ