Amerikalı ekspert Sarkisyanın qələbəsi ilə Ermənistanda iqtisadi böhran və korrupsiyanın davam edəcəyinə şübhə etmir

img

Ermənistanda keçirilən parlament seçkiləri zamanı çoxlu sayda təşkilati problemlər, nəticələrin saxtalaşdırılması məqsədilə səsvermə prosesinə qanunsuz müdaxilə faktları müşahidə edilib. Bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

Ekspertin sözlərinə görə, Serj Sarkisyanın partiyasının qələbəsi Ermənistanda böhranlı iqtisadi vəziyyətin, eləcə də korrupsiyanın davam edəcəyini ifadə edir: “Ölkəyə yenidən S.Sarkisyan rəhbərlik edəcək, ona görə Ermənistanın xarici siyasətində sağlam yanaşma gözləməyə dəyməz. Bundan başqa, yaxın zamanlarda Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində əvvəlki kimi atəşkəsin pozulması halları davam edəcək”.

P.Teys qeyd edib ki, Ermənistandakı parlament seçkiləri hətta ATƏT müşahidəçiləri tərəfindən tənqid olunub.

Son xəbərlər