çərşənbə günü, 18 noyabr 2026
     

Ulyukayevin həbsi - rüşvət ya, neft sektoruna nəzarət uğrunda hakimiyyətdaxili savaş...

Image


Rusiyada iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ətrafında korrupsiya skandalının pərdəarxası səbəblərilə bağlı ciddi müzakirələr gedir.

Baki-xeber.com xəbər verir ki, bazar ertəsi axşam saxlanan Ulyukayevlə yanaşı baş nazir müavini Arkadi Dvorkoviç və prezidentin köməkçisi Andrey Belousovla bağlı da operativ müşahidə aparıldığı ortaya çıxır. Bu barədə “Vedomosti” qəzeti güc qurumlarındakı mənbəyə istinadən xəbər yayıb. Mənbənin məlumatına görə, bu qalmaqalda İqtisadi İnkişaf Nazirliyi koporativ idarə departamentinin rəhbəri Oksana Tarasenko və baş nazirin birinci müavini İqor Şuvalovun köməkçisi Marina Romanovanın da adları hallanır. Belousov və Dvorkoviç məsələyə münasibət bildirməkdən imtina ediblər.

Qəzetin yazdığına görə güc qurumları Ulyukayevin komandasını çoxdan izləyirmiş və bundan prezident Vladimir Putin də xəbərdar imiş.

O da bildirilir ki, bu işlə əlaqədar yeni həbslər ola bilər və 8 vəzifəli şəxs saxlana bilər. Ancaq bu vəzifəlilərin kimliyi ilə bağlı konkret bir ad açıqlanmır.

Bununla yanaşı, Ulyukayev ətrafında baş verənləri hakimiyyət daxilində böyük güclərin toqquşması kimi dəyərləndirənlər də var. Misal üçün “Komsomolskaya Pravda” qəzeti onun həbsinin neft sektoruna nəzarət uğrunda savaşın tərkib hissəsi ola biləcəyini yazır.

Qəzet ölkənin neft sektoru uğrunda pərdə arxasında maraqlı mübarizənin getdiyini qeyd edir: "Bu hadisədə rüşvətin əsas mövzu olmadığına dair şübhələr var. Daha maraqlısı, neft sektoruna nəzarətdir... Hökumətdəki liberal blokun neft bazarında gedən proseslərin önünə qoyduqları son maneələr onların özlərini yıxır".

"Başneft hissələrini satın aldıqdan sonra “Rosneft”in 19,5 faizlik hissələrinin satışı problemi gündəmə gəldi. Sonra qızğın müzakirələr başladı: Bu hissələri kim satın alacaq? Söhbət 700 milyard rubldan gedirdi. Bu satışdan əldə ediləcək pul, 3 trilyon rubla çatan büdcə kəsirinin bir qismini qarşılamaq üçün Maliyyə Nazirliyinin ümid yeri idi. Ancaq problemlər oldu. Qərb şirkətlərinin sanksiyalar üzündən bu hissələri alması asan məsələ deyildi. Çinliləri isə neft bazarımıza soxmaq təhlükəlidir, çünki sürətlə kritik mövqeləri ələ keçirə bilərlər" – qəzet yazır.

Pərdəarxası mübarizəni şərh edən qəzet, Ulyukayev hadisəsindən sonra, 19.5 faizlik bu hissəni “Rosneft”in özünün satın almasından başqa ehtimal qalmadığını, yaşanan bu hadisələrdən sonra nə Rusiyada, nə də kənarda bunu almaq üçün risqə girəcək heç kimin olmadığını bildirir: "Mütəxəssislərin çoxuna görə, ortada adi bir rüşvət hadisəsi deyil, neft hissələrinin idarə edilməsilə əlaqədar ən yuxarıda böyük bir mübarizə var. Ulyukayev burada yalnız bir piyadadır, ya da itirmiş bir fil ola bilər".

Bütün bunlar, Ulyukayev hadisəsinin neft bazarındakı mübarizə, “Rosneft”in artan gücü, hökumət daxilində buna qarşı çıxan liberal nazirlərin müqaviməti və pərdə arxasında iqtidar daxilində qızğın mübarizənin bir parçası olduğunu göstərir.

Qeyd edək ki, Aleksey Ulyukayev bazar ertəsi axşam saxlanıb. Hakimiyyət onun “Rosneft” şirkətindən 2 milyon dollar məbləğində rüşvət alarkən yaxalandığını deyir. Amma KİV-lərin məlumatına görə pullar banka qoyulubmuş və Ulyukayevin əli o pullara heç toxunmayıb.

Məlumatlara görə o, “Başneft” in səhmlərinin sərfəli sövdələşmə ilə “Rosneft”ə satılması üçün rüşvət tələb edib. Amma keçmiş nazir ittihamı rədd edir.

Prezident Vladimir Putin noyabrın 15-də Ulyukaevi işdən azad edib və o, hazırda Minsk küçəsindəki mənzilində ev dustağıdır. Qoluna elektron bilərzik taxılan Ulyukayev gələn il yanvarın 17-dək ev dustağı olacaq. Onun səlahiyyətləri müavini Yevgeni Elinə tapşırılıb.

TAHİR



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

18.11.2026 / 16:01
Peskov: APEC sammiti çərçivəsində Putin və Tramp arasında tammiqyaslı danışıqların baş tutacağını gözləmir

18.11.2026 / 15:52
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib - Bütün zabitlər xəstəlik məzuniyyətinə çıxıblar

18.11.2026 / 15:41
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər - Uşakov açıqladı...

18.11.2026 / 15:37
"Daşnaksütyun" Qarabağ uğrunda 13 mənasız tələblə cəbhə açdı...

18.11.2026 / 15:14
Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik etdi

18.11.2026 / 15:10
Prezident İlham Əliyev Latviya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:36
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırıldı

18.11.2026 / 14:33
Hörmüz boğazında üç tanker minaya düşdü – boğaz tam bağlandı...

18.11.2026 / 14:18
Ukrayna Krasnodarda iki iri neft emalı zavoduna yenidən zərbə endirdi...

18.11.2026 / 14:01
Putin Tramla görüşdən əvvəl Cinplə iki saatdan çox qapalı görüş keçirdi

18.11.2026 / 13:52
Tramp Çinə gedib

18.11.2026 / 13:49
Almaniya Cənubi Qafqazda Rusiya ilə açıq mübarizəni bəyan etdi...

18.11.2026 / 13:46
Türkiyənin qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

18.11.2026 / 13:33
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı

18.11.2026 / 13:30
Körfəzdə gərginlik yenidən artır - İran Küveytdəki ABŞ hərbi bazasını bombaladı...

18.11.2026 / 13:23
"DƏDƏMİZ DƏDƏ MƏDƏD" ADLI TOPLU-KİTABIN TƏQDİMATI KEÇİRİLİB

18.11.2026 / 13:15
“Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi

18.11.2026 / 13:07
ABŞ-da Azərbaycan bayrağının endirilməsi xəbərləri yalan çıxdı - Dövlət Komitəsindən açıqlama...

18.11.2026 / 12:55
Alman nazir Azərbaycanı Avropanın enerji təchizatında mühüm tərəfdaş adlandırdı...

18.11.2026 / 12:39
İkinci əl avtomobillərin satışı üçün yeni vergi proseduru müəyyənləşir...

18.11.2026 / 12:25
Kuryerlər də vergiyə cəb edilir - ayda 15 manat ödəyəcəklər...

18.11.2026 / 12:14
Ceyhun Bayramov: "Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir"

18.11.2026 / 12:10
"Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq" - Ceyhun Bayramov

18.11.2026 / 12:03
"Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir" - Yohan David Vadeful

18.11.2026 / 11:58
Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olundu

18.11.2026 / 11:50
Bakıda bu ərazilərə giriş pullu olacaq

18.11.2026 / 11:42
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.11.2026 / 11:28
Lavrov Rusiyanın müttəfiqlərini incidən qeyri-diplomatik bəyanat verdi...

18.11.2026 / 11:09
Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

18.11.2026 / 10:19
Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirov apellyasiya şikayəti verdi

18.11.2026 / 09:52
Trampın reytinqi rekord dərəcədə aşağı düşdü - amerikalıların 66%-i ondan narazıdır...

18.11.2026 / 09:30
ABŞ İranın Qeşm adasına yeni hava zərbələri endirdi...

18.11.2026 / 09:18
"Bəzən əsgərlikdən möhlət almaq üçün saxta təhsil arayışları təqdim olunur" - General

18.11.2026 / 07:19
Moldova hava məkanını bağladı - dron təhlükəsi üzündən…

18.11.2026 / 07:12
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsi sıradan çıxıb - kiberhücum?..

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

17.11.2026 / 22:21
İran ABŞ bazaları yaxınlığındakı bəndləri, limanları və elektrik stansiyalarını vuracaq - sizin etdiyinizi edəcəyik...

17.11.2026 / 22:03
Xəzər dənizini zəbt edənlərin axırı çatdı - Fərman istisnasız icra olunsa...

17.11.2026 / 21:52
Peruda dindarın atdığı təsbeh Roma Papasını gözündən yaraladı

17.11.2026 / 21:47
İstanbul-İrəvan hava yükdaşımaçılığı başladı - həm də intensiv...

17.11.2026 / 21:38
Putinlə rəqs etmiş keçmiş naziri vətəndaşlıqdan çıxardırlar

17.11.2026 / 21:25
Tramp Putinlə ayrıca ikitərəfli görüş keçirmək istəyir...

17.11.2026 / 21:17
Rusiyada hərbi təyyarə qəzaya uğradı - ölənlərin sayı 17-yə çatdı...

17.11.2026 / 21:10
Pekinin Ukrayna ilə bağlı siyasəti kəskin dəyişildi...

17.11.2026 / 20:49
İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

17.11.2026 / 20:32
Tiflislə Moskva inanılmaz danışıqlara başlayır - bölgə üçün yeni təhlükə yetişir...

17.11.2026 / 20:17
Ukraynanın hücumundan sonra Krım körpüsünün bir hissəsi dənizə çökdü - hərəkət dayandırıldı...

17.11.2026 / 20:06
İran Bəhreynin hava hücumundan müdafiə qüvvələrini məhv etdi...

17.11.2026 / 19:48
Azərbaycan MDB-də Britaniya üçün 3-cü dövlət oldu - hərbi əməkdaşlıq...

17.11.2026 / 19:33
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 19:14
Ölkədə vergi borcları sürətlə artır - 28 faiz...

17.11.2026 / 19:02
Feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

17.11.2026 / 18:42
Rumıniya Bakı və İrəvanın da daxil olduğu təzə format yaradır...

17.11.2026 / 18:23
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:14
Prezidentin sosial media hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:10
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ