Bazar ertəsi günü, 17 avqust 2026
     

Səudiyyə-İran qarşıdurması İslam dünyasını qana bürüyə bilər

Image


Vüqar Zifəroğlu: "İran hazırda "Səudiyyə-Misir-İsrail" üçlüyü ilə üz-üzədir"

"Yaxın Şərqə son dərəcə təhlükəli və miqyası olduqca geniş olan qanlı məzhəb qarşıdurması köynəyini geyindirirlər"

Səudiyyə Ərəbistanında nüfuzlu şiə ruhanisi Nimr ən-Nimr ilə birlikdə 47 nəfərin edam edilməsi İranda bu ölkənin diplomatik nümayəndəliklərinə hücumla nəticələnmiş kəskin etirazlara səbəb olub.
Bu hücumlardan sonra Səudiyyə Ərəbistanının İranla diplomatik münasibətlərini kəsməsi iki ölkə arasında gərginliyin növbəti dəfə artması ilə nəticələnib.
Yaxın Şərqin bu iki güclü dövləti arasinda müharibə küləklərinin əsməsi isə onsuz da od içində olan regionda vəziyyəti xeyli mürəkkəbləşdirib.
Digər tərəfdən, nəhəng karbohidrogen ehtiyatlara malik olan bu ölkələrin müharibə vəziyyətinə gəlmələri dünya neft bazarında qiymətlərin hissolunacaq dərəcədə yüksəlməsinə yol açıb.
İslam dünyasının iki əhəmiyyətli dövləti arasında qarşıdurmanın yenidən güclənməsi İran - Səudiyyə Ərəbistanı münasibətlərinin tarixinə bir daha nəzər salmağa ehtiyac yaradır.
Maraqlıdır ki, ötən əsrin 60-70-ci illərində, qapalı gərginliyə baxmayaraq, İranla Səudiyyə Ərəbistanının münasibətləri yüksəlişdə olub.
Lakin 1979-cu ildə İranda baş vermiş İslam inqilabı bu dövlətlərin münasibətlərinə də təsirsiz ötüşməyib. O dönəmdə İranın şiəliyi, Səudiyyə Ərəbistanının isə sünniliyi özünün rəsmi doktrinası elan etmələri bu ölkələri dini-ideoloji müstəvidə də qarşı-qarşıya gətirib.
Bu ziddiyyətlər İraq-İran müharibəsi zamanı özünü daha açıq və qabarıq şəkildə büruzə verdi. Səudiyyə Ərəbistanı İraqın İrana hərbi təcavüzünü dəstəkləyərək, Bağdada ciddi maliyyə-iqtisadi yardım göstərməkdən çəkinmədi.
Hətta İraq-İran müharibəsi çərçivəsində aparılan "Tanker savaşı" zamanı İran və Səudiyyənin hərbi aviasiyası arasında birbaşa toqquşmalar da qeydə alınmışdı.
Amma İran-Səudiyyə Ərəbistanı münasibətlərində ən ciddi gərginlik 1987-ci il iyulun 31-də Məkkədə yarandı. Həcc ziyarəti zamanı İrandan və daha bir neçə ölkədən olan zəvvarların Məkkədə Tehran rejiminin lehinə təşkil etdiyi aksiyanın gülləbaran edilməsi nəticəsində 400-dən artıq adam həlak oldu.
Bu hadisədən sonra Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətləri kəsərək bu ölkədən olan zəvvarların Həcc ziyarətinə gəlmələrini əngəllədi.
Lakin 1990-cı ildə İraqın Küveytə təcavüzü zamanı Tehran və Ər-Ryad eyni mövqedən çıxış edərək, Bağdadın işğalçılıq siyasətini pislədilər.
İranla Səudiyyə Ərəbistanı 1991-ci ildə İraqa qarşı keçirilən "Səhrada fırtına" əməliyyatını da səssiz razılıqla qarşıladılar.
1990-cı illərin ortalarından sonra bu ölkələr arasında ikitərəfli münasibətlərin normallaşdırılması və diplomatik əlaqələrin bərpası istiqamətində qarşılıqlı addımlar atıldı.
Ancaq 2003-cü ildə İraqın ABŞ tərəfindən işğalı və yeni Bağdad rejimi ilə İran arasında ciddi strateji müqavilələrin imzalanması Səudiyyə Ərəbistanı-İran münasibətlərini yenidən gərginləşdirdi. İranın Livanda da xeyli fəallaşması isə bu gərginliyi bir qədər də gücləndirdi.
2011-ci ildə başlayan "Ərəb baharı" dönəmində bu ölkələrin qarşıdurma mərkəzi Suriya ilə Yəmənə keçdi. İran Suriyanın şiə hakimiyyətini qorumağa, Yəməndə isə şiə müxalifəti iqtidara gətirməyə yönəlik, Səudiyyə isə əksinə siyasət yürütməyə başladı.
2016-ci il yanvarın 3-də Səudiyyə Ərəbistanının İranla diplomatik əlaqələri kəsməsindən sonra bu ölkələrin münasibətlərinin, o cümlədən Yaxın Şərqdə proseslərin hansı yöndə inkişaf edəcəyi maraqla izlənir. Bu iki nüfuzlu müsəlman ölkəsinin qarşı-qarşıya gəlməsi İslam dünyasının gələcəyi üçün nə vəd edir?
"Səudiyyə Ərəbistanı-İran qarşıdurması klassik Yaxın Şərq savaşı olacaq".
Bunu öz Feysbuk səhifəsində Rusiya Baş nazirinin keçmiş müavini, politoloq Alfred Kox paylaşıb. Onun sözlərinə görə, bu müharibədə İsrailin rolunu Səudiyyə Ərəbistanı öz üzərinə götürəcək:
"Səudiyyə Ərəbistanı və İranın necə döyüşəcəyinə baxmaq maraqlıdır. Səudiyyəlilərin hərbi büdcəsi 80 milyard, İranınkı isə cəmi 10 milyard dollardır. Səudiyyəlilər ən müasir silahlara, həmçinin "STELS" texnologiyalı təyyarələrə, "Abrahams" tanklarına sahibdir. İranda isə yalnız MiQ-29, Su-24 təyyarələri, T-54, T-55, T-62 və T-72 tankları var. Lakin İran ordusunun sayı yarım milyon, Səudiyyə Ərəbistanının isə 80 min nəfərdir. Bu, klassik Yaxın Şərq savaşı olacaq, lakin bu dəfə İsrailin rolunu Səudiyyə Ərəbistanı öz üzərinə götürəcək".
Politoloq Vüqar Zifəroğlunun sözlərinə görə, İran-Qərb yaxınlaşması rəsmi Ər-Riyadı İranı hədəf alan daha kəskin siyasət yürütməyə vadar edir:
"Vyana razılaşması və Qərb-İran yaxınlaşmasından narazı qalan İsrail Tehranın nüvə bazalarını hava zərbələri ilə vurmaq təhdidini açıq şəkildə dilə gətirir. Səudlar İraqın qarşısında duran İsrailə dəstək ifadə edirlər. Hərbi qarşıdurma gerçəkləşdiyi zaman Səudiyyə İsrailə İrana hücum üçün hava dəhlizi verməyə hazırdır. Sisinin rəhbərliyi altında gerçəkləşən hərbi çevrilişdən sonra səudlarla son dərəcə yaxın olan Misirin də bu ittifaqda təmsil olunması tam mümkündür. İran hazırda "Səudiyyə-Misir-İsrail" üçlüyü ilə üz-üzədir. Bəhreyn, BƏƏ, Qətər, Küveytin də rəsmi Ər-Riyadla bir sırada olacaqlarına heç bir şübhə yoxdur".
Politoloqun sözlərinə görə, ABŞ-ın Səudiyyə Ərəbistanında gerçəkləşən edamlara münasibət bildirməməsi Vaşinqtonun Ər-Riyadın yanında yer aldığına işarədir:
"Amerika əslində İran və Rusiyanın bölgədə irəliləmələrinə göz yumaraq onları ustalıqla Suriyaya doğru yönəltdi. İŞİD hər iki ölkənin Suriya girdabında daha artıq batmaları üçün bir oyuncaq, Əsəd isə oyunda daha aktiv iştirak üçün bir faktor oldu. Hazırda bu bataqlığa kifayət qədər batmış İranın Yaxın Şərqdəki nüfuzunu laxlatmaq üçün Səudiyyə önə çıxarılır. Amerika isə regional münaqişələrin həllində birbaşa müdaxilə əvəzinə öz "müttəfiqlərini" qabağa verir. Amerika səudları İranın qabağına itələməsi fonunda Avropa edamı qəti şəkildə pisləyərək dolayısı ilə İrana yol verməkdədir. Qərbin tərəfləri bir-biri ilə savaşdıraraq sonradan kənarda durub olanları həvəslə müşahidə etmək təcrübəsi böyükdür.Yaxın Şərqə son dərəcə təhlükəli və miqyası olduqca geniş olan qanlı məzhəb qarşıdurması köynəyini geyindirirlər. Əslində, səudiyyəli ayətullahı deyil, bütöv bir bölgəni edam kötüyünə çıxartmaqdadırlar. Maraqlıdır ki, qurban verənlərlə qurban edənlər eyni qüvvələrdir. Ancaq həmişəki kimi yenə günahsızların qanı axacaq".
Məhəmmədəli QƏRİBLİ






DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ