Cümə günü, 06 noyabr 2026
     

Sputnik Armeniya Azərbaycanın Söyüdlü qızıl yatağına qarşı informasiya təxribatı törədir...

Image


Sputnik Armeniya-nın yazdığına görə, Azərbaycanın AzerGold şirkəti Ermənistanla sərhəddə yerləşən Söyüdlü (Sotk) qızıl yatağının Azərbaycanın nəzarətində olan hissəsində qazma və partlatma işlərinə başlayıb. 2025-ci ilin avqustundan burada geoloji kəşfiyyat, topoqrafik ölçmə və qazma işləri aparılır, qazmanın ümumi dərinliyi 18 min metrə çatıb.

Yataq sovet dövründə müəyyən edilmiş sərhəd xəttinin üzərində yerləşir və 2020-ci il müharibəsindən sonra onun böyük hissəsi Azərbaycanın nəzarətinə keçib. AzerGold yatağın ehtiyatlarını iqtisadi dövriyyəyə cəlb etməklə hasilata hazırlıq işlərini davam etdirir.

Söyüdlü qızıl yatağının böyük hissəsinin Azərbaycanın nəzarətində olması və burada hasilata hazırlıq işlərinin başlaması Azərbaycan üçün iqtisadi baxımdan nə qədər əhəmiyyətlidir və Ermənistanla sərhəddə yeni gərginlik yarada bilərmi?

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan işğaldan azad etdiyi ərazilərlə yanaşı, həmin ərazilərdə Ermənistan tərəfindən qanunsuz istismar edilmiş təbii sərvətlərinə də nəzarəti bərpa edib. Qarabağ və Şərqi Zəngəzurun zəngin təbii ehtiyatları, münbit torpaqları və iqtisadi potensialı artıq beynəlxalq investorların da diqqətindədir.

Araşdırmaçı jurnalist, siyasi şərhçi Mətləb Salahov "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Qarabağda həyata keçirilən layihələr və bölgəyə göstərilən beynəlxalq investor marağı ərazilərin iqtisadi potensialının yüksək olduğunu nümayiş etdirir.

Mətləb Salahov: "Kəlbəcərdə qızıl hasilatı Azərbaycanın iqtisadi və siyasi gücünün yeni göstəricisidir"

Uşaqlarımızı Tik-tokdan QORUYAQ - təhlükə qapıdadır! - Baki-Xeber.com

"Əvvəla ondan başlayaq ki, 44 günlük zəfər müharibəsindən sonra 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızla yanaşı, Ermənistanın qanunsuz şəkildə istismar etdiyi təbii sərvətlərimiz də geri qaytarıldı. Qarabağ ərazisindəki təbii sərvətlərin, coğrafiyanın iqtisadi əhəmiyyəti və kənd təsərrüfatı potensialı artıq beynəlxalq investorlar tərəfindən dəfələrlə dilə gətirilib. Qarabağda hazırda həyata keçirilən layihələrin geniş vüsət alması da bunu sübut edir", – deyə M.Salahov bildirib.

Onun sözlərinə görə, Qarabağın münbit torpaqlarına, təbii ehtiyatlarına və digər iqtisadi imkanlarına xarici şirkətlərin maraq göstərməsi təsadüfi deyil.

"İri beynəlxalq investorlar əmin olmadıqları ərazilərə nəzər belə salmazlar, o ki qalsın, ora sərmayə qoymağa can atsınlar. Bu o deməkdir ki, iri investorlar və Avropanın aparıcı dövlətləri Qarabağ ərazisindəki təbii sərvətlərin işlənməsi və iqtisadi potensialın reallaşdırılması istiqamətində Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Bu fakt həm də Azərbaycan əleyhinə mövqe sərgiləyən qüvvələr üçün iqtisadi əhəmiyyət daşıyan ciddi siyasi zərbədir", – deyə siyasi şərhçi vurğulayıb.

M.Salahov Kəlbəcərdə, Ermənistanla sərhədə yaxın ərazidə qızıl yatağının istismarına başlanmasını yalnız iqtisadi hadisə kimi qiymətləndirmir. Onun fikrincə, bu addım Azərbaycanın öz suveren ərazilərində iqtisadi fəaliyyətini genişləndirmək imkanlarını nümayiş etdirən mühüm siyasi mesajdır.

"Ermənistanla sərhəddə Azərbaycanın qızıl yatağının işlənilməsinə başlanması həm də İrəvandakı revanşist siyasi qüvvələrə və daşnak təfəkkürlü dairələrə verilən mühüm mesajdır. Bu, Azərbaycan dövlətinin öz ərazilərində sahibkarlıq və iqtisadi fəaliyyət imkanlarının nümayişidir. Ermənistanla sərhəd xəttində iqtisadi fəaliyyətimizi genişləndirə bilməyimiz Azərbaycanın artıq öz ərazilərində istehsalat proseslərinə tam şəkildə başlamağa hazır olduğunu göstərir", – deyə o qeyd edib.

Siyasi şərhçinin fikrincə, Kəlbəcərdə iqtisadi aktivliyin artması uzunmüddətli perspektivdə bölgənin sosial-iqtisadi inkişafına da ciddi təsir göstərə bilər. Yeni müəssisələrin və istehsal sahələrinin yaradılması məşğulluğun artmasına, xidmət sektorunun genişlənməsinə və yerli iqtisadi dövriyyənin böyüməsinə imkan yarada bilər.

"Ermənistanla sərhəd xəttindəki son qarış torpağımızda belə iqtisadi fəaliyyətimizi həyata keçirməyimiz Azərbaycan dövlətinin gücünü göstərir. Bu, həm də Ermənistan vətəndaşlarının müqayisə aparmasına səbəb ola bilər. Çünki 30 illik işğal dövründə böyük dağıntılara yol verən Ermənistandan fərqli olaraq, Azərbaycan azad edilmiş ərazilərdə qısa müddət ərzində dünyanın aparıcı ölkə və şirkətlərinin diqqətini çəkən iqtisadi layihələr həyata keçirir. Bu faktı yalnız iqtisadi deyil, həm də siyasi dividend kimi qiymətləndirmək olar", – deyə M.Salahov bildirib.

Qızıl yatağının iqtisadi potensialına toxunan ekspert qeyd edib ki, yatağın çıxarıla bilən qalıq ehtiyatlarının 1,03 milyon unsiya qızıl həcmində qiymətləndirilməsi kifayət qədər böyük iqtisadi potensialdan xəbər verir.

"Bu, olduqca böyük maliyyə kapitalı və iqtisadi dəyər deməkdir. Qızıl hasilatı və satışından əldə edilən gəlirlər Azərbaycan iqtisadiyyatı üçün əlavə maliyyə axını yarada, investisiya cəlbediciliyinin artmasına xidmət edə bilər. Eyni zamanda hasilatdan dövlət büdcəsinə daxilolmaların artırılması üçün də imkanlar yaranır", – deyə siyasi şərhçi bildirib.

Onun sözlərinə görə, yatağın istismarı dövlət büdcəsinə vergi və digər ödənişlər şəklində gəlirlər gətirməklə yanaşı, qeyri-neft-qaz sektorunun inkişafına da töhfə verə bilər.

"Ən vacib məsələlərdən biri budur ki, qızıl hasilatı yeni iş yerlərinin yaradılmasına və bölgədə əmək bazarının formalaşmasına təkan verə bilər. Kəlbəcərin yüksək ekoturizm potensialını, təbii ehtiyatlarını və faydalı qazıntılarını nəzərə alsaq, gələcəkdə burada iqtisadi aktivliyin daha da genişlənəcəyini təsəvvür etmək çətin deyil", – deyə M.Salahov fikrini yekunlaşdırıb.

Beləliklə, Kəlbəcərdə qızıl yatağının istismara verilməsi yalnız yeni hasilat layihəsi kimi deyil, həm də işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyasının növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Yatağın səmərəli və şəffaf şəkildə istismarı həm dövlət gəlirlərinin artırılması, həm məşğulluğun genişləndirilməsi, həm də Kəlbəcərin uzunmüddətli iqtisadi inkişafı baxımından əhəmiyyətli ola bilər.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ