Cümə günü, 06 noyabr 2026
     

Putin-Paşinyan görüşü referenduma görə olduqca gərgin keçəcək - baş tutsa...

Image


Mediada Kremlin sözçüsü Dmitri Peskovun Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya mümkün səfəri ilə bağlı açıqlaması yer alıb.

Peskov bildirib ki, Vladimir Putin və Nikol Paşinyanın görüşündə Ermənistanın gələcək inkişaf istiqamətinin seçilməsi, ölkənin hansı istiqamətə və orientasiyaya üstünlük verəcəyi, həmçinin Ermənistanda mümkün referendumun keçirilməsi məsələləri müzakirə olunacaq.

Onun sözlərinə görə, Putin və Paşinyan arasında əvvəlki görüşdə ticarət-iqtisadi əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə edilib və Paşinyanın Moskvaya səfərinin keçirilməsi barədə razılıq əldə olunub.

Peskov səfərin dəqiq tarixinin hələ müəyyənləşdirilmədiyini, bunun diplomatik kanallar vasitəsilə razılaşdırılacağını bildirib.

Yəni Moskva-Paşinyan görüşünün gündəliyinə təkcə iqtisadi əməkdaşlıq deyil, Ermənistanın xarici-siyasi istiqaməti və mümkün referendum kimi siyasi məsələlərin də daxil ediləcəyi açıqlanır.

Peskovun açıqlamasından görünür ki, Putinlə Paşinyanın Moskvada keçiriləcək görüşündə Ermənistanın gələcək siyasi istiqaməti və referendum məsələsi ayrıca müzakirə olunacaq. Paşinyan indiyədək referendumun keçirilməsini tələsmədən, yalnız Ermənistanın Aİ-yə üzvlüklə bağlı rəsmi müraciətindən sonra mümkün hesab edib. Sizcə, Moskva görüşündə bu məsələ ilə bağlı konkret razılaşma əldə olunması mümkündürmü? Paşinyan referendumun keçirilməsi ilə bağlı mövqeyindən geri addım ata və Rusiyanın tələbi ilə güzəştə gedə bilərmi?

Rusiya və Ermənistan arasında münasibətlər son dövrlərdə ciddi dəyişikliklər fonunda inkişaf edir. İki ölkə arasında siyasi fikir ayrılıqları, Ermənistanın Qərblə yaxınlaşması və xarici siyasət kursunun dəyişməsi Moskvanın İrəvana münasibətində də özünü göstərir. Bu baxımdan Kremlin sözçüsü Dmitri Peskovun Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın mümkün Moskva görüşündə Ermənistanın gələcək inkişaf istiqaməti, siyasi orientasiyası və referendum məsələsini müzakirə edəcəkləri barədə açıqlaması diqqət çəkib.

Azər Həsrət: "Ermənistan Rusiyanın vassalı olmağı seçirsə, artıq bunu qəbul etmiş olacaq"

Region mediası faktiki olaraq ölmüş sayıla bilər" - Azər Həsrət | Modern.az

Məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlama verən siyasi şərhçi Azər Həsrət hesab edir ki, referendum kimi məsələnin başqa dövlətin rəhbəri ilə müzakirə edilməsi Ermənistanın suverenliyi baxımından ciddi suallar yaradır. Onun sözlərinə görə, referendum keçirilib-keçirilməməsi Ermənistanın daxili məsələsidir və bu barədə qərarı Ermənistan xalqı verməlidir.

"Ümumiyyətlə, bir ölkənin daxili işi olan referendum kimi məsələnin başqa bir dövlətin rəhbəri ilə müzakirə olunması həmin dövlətə heç də başucalığı gətirmir. Ermənistan referendum keçirməlidirsə və ya keçirmək istəyirsə, bunu niyə xarici bir ölkənin rəhbəri, konkret olaraq Rusiya Prezidenti ilə müzakirə etməlidir? Bu, Ermənistanın müstəsna suveren hüququdur və bu məsələdə müraciət ediləcək əsas ünvan Ermənistan xalqıdır", – deyə siyasi şərhçi bildirib.

Azər Həsrət hesab edir ki, Ermənistanın xarici siyasi kursunun da Moskva ilə bu şəkildə müzakirə edilməsi suveren dövlət prinsipləri ilə uzlaşmır.

"Özünə hörmət edən heç bir dövlət gedib xarici ölkənin prezidenti ilə öz dövlətinin xarici siyasi kursunu müzakirə etməz. Təbii ki, qarşılıqlı müzakirələr, hansısa güzəştlər, bir-birinə münasibətdə nəzakət və əməkdaşlıq məsələləri ola bilər. Amma dövlətin hansı istiqamətdə inkişaf edəcəyi və hansı xarici siyasi kursu seçəcəyi kimi məsələlərin bu şəkildə müzakirəyə çıxarılması Ermənistan üçün başucalığı gətirməyəcək", – deyə o vurğulayıb.

Siyasi şərhçi Kremlin açıqlamasının formasını da diqqətəlayiq hesab edir. Onun fikrincə, Rusiya prezidentinin sözçüsünün Ermənistanın siyasi orientasiyası və referendum kimi məsələləri açıq şəkildə Moskvanın gündəliyinə daxil etməsi İrəvana münasibətdə müəyyən mesajlar ehtiva edir.

"Rusiya dövlətinin sözçüsünün, prezidentin sözçüsünün bu cür qaba ifadələr işlətməsi Ermənistana qarşı hörmətsizlikdən başqa bir şey deyil. Yenə də görünür ki, Rusiya imperiya ambisiyalarından əl çəkmir. Ermənistanı yenə də qapazaltı, vassal dövlət kimi görür", – deyə Azər Həsrət bildirib.

Onun sözlərinə görə, Paşinyanın Moskva görüşündə bu məsələləri Rusiyanın diqtə etdiyi çərçivədə müzakirə etməsi Ermənistanın müstəqil xarici siyasəti baxımından mənfi görüntü yarada bilər.

"Əgər Ermənistanın Baş naziri də gedib bu müzakirəni aparsa, o artıq Rusiyanın vassalı olduqlarını qəbul etmiş olacaq. Özünə hörmət edən dövlət və onun rəhbəri bu cür aşağılanmamalıdır. Mən şəxsən olsam, Rusiyaya deyərdim ki, get işinlə məşğul ol. Referendum keçirməliyəmsə, xarici siyasi kursumu müəyyən etməliyəmsə, bunu səninlə müzakirə edəcək deyiləm. Bununla bağlı müzakirə edəcəyim əsas ünvan öz xalqımdır", – deyə siyasi şərhçi qeyd edib.

Azər Həsrət hesab edir ki, Ermənistan üçün bu mərhələdə əsas məsələ öz suverenliyini və müstəqil qərarvermə imkanını qorumaqdır. Onun fikrincə, İrəvan Moskvanın siyasi təsir dairəsinə qayıtmaq görüntüsü yaratmamalıdır.

"Ermənistanın bu halda Rusiyaya yerini göstərməsi və öz simasını qoruması daha doğru olardı. Əgər bunu etməyəcəksə, artıq bəlli olacaq ki, yenə də vassal dövlət olmağı seçirlər", – deyə o bildirib.

Siyasi şərhçi əlavə edib ki, Ermənistanın qonşuları və onunla əməkdaşlıq etməkdə maraqlı olan dövlətlər üçün də İrəvanın müstəqil siyasi kurs yürütməsi daha məqbul variantdır.

"Ümumiyyətlə, Ermənistanın tərəfdaşı və ya onunla iş birliyində maraqlı olan dövlətlərin bu ölkənin yenidən Rusiyanın vassalına çevrilməsini istəməyəcəyini düşünürəm. Əlbəttə, bunu dövlət adına demirəm, şəxsi mövqeyimi ifadə edirəm. Məncə, bizim yanımızda, qonşuluğumuzda özünə, özünün müstəqil siyasətinə və suverenliyinə hörmət edən dövlət olmalıdır”, – deyə Azər Həsrət fikrini yekunlaşdırıb.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ