Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə axşamı jurnalistlərə bildirib ki, Macarıstanın on rus diplomatını ölkədən çıxarmaq qərarına cavab "sərt və ağrılı olacaq".
Xarici İşlər Nazirliyinin sözçüsü Macarıstanın hərəkətlərini "Budapeştdəki anti-Rusiya lobbisinin işi" kimi təsvir edib.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Anita Orban on rus diplomatının ölkədən çıxarıldığını elan edib. O, bunların "Vyana Konvensiyasına əsasən diplomatlar üçün Macarıstanda qəbuledilməz fəaliyyətlə məşğul olan" şəxslər olduğunu iddia edib.
Orban qeyd edib ki, qərar Macarıstanın təhlükəsizliyini və suverenliyinin qorunması üçün verilib" və Rusiya ilə diplomatik münasibətlərin kəsilməsini nəzərdə tutmur.
Tahir TAĞIYEV